''Uşaqlarımızın çarpayısında barama saxlayırlar''

Direktor: “Xahiş edirəm, səsə salmayın”

Goranboy rayonunun Nizami kənd Vüqar Quliyev adına uşaq bağçasında barama saxlanır.

Bu barədə Meydan TV-yə bağça uşaqlarının valideynləri məlumat verib. Onlar bağçanın bütün otaqlarının barama ilə doldurulduğunu söyləyiblər:

“Körpə uşaqlar bundan əziyyət çəkir. Uşaqla bir damın altında barama saxlayarlar? İpək qurdları uşaqlarımızın yatdığı çarpayıların içində saxlanır. Sonra da həmin çarpayılarda uşaq yatırdacaqlar”.

“İcra nümayəndəsi: 100 faiz quraşdırmadır”

Meydan TV məsələyə münasibət öyrənmək üçün Nizami kəndinin icra nümayəndəsi Elvin Musayevlə əlaqə saxlayıb. O, valideynlərin yalan söylədiyini, belə bir halın olmadığını söyləyib:

“Həmin ipək qurdları əvvəl qutuda, xırda vəziyyətdə olur. Bəlkə həmin vaxtı kimsə bağçaya aparıb. Ya da həmin videolar başqa yerlərdə çəkilib, ancaq bağça adı ilə sizə göndərilib. Sizə həmin məlumatı kim göndərib? Adını verə bilərsiniz? 100 faiz quraşdırmadır. Görünür, kimsə qəsdən edir. İcra başçısı deməz axı gedin bağçada elə bir iş görün”.

“Təkcə, idman zalında barama saxlanır”

Meydan TV-yə həm də Göyçayda Elnur Seyidov adına Ulaşlı - Şıxlı kəndi tam orta məktəbində də barama saxlandığı ilə bağlı şikayət göndərilib. Valideynlər bu haldan narazı olduqlarını, məktəbdə təsərrüfatla məşğul olmanı doğru saymadıqlarını söyləyiblər:

“Məktəbin idman zalı bütünlüklə barama ilə əhatə olunub. Baramanı harada saxlamaq lazımdır, orada saxlasınlar. Məktəb barama saxlama yeri deyil”, - şikayət edən valideynlər belə deyirlər.

Göyçay Elnur Seyidov adına Ulaşlı - Şıxlı kənd məktəbindən isə Meydan TV-yə bildiriblər ki, valideynlər necə şikayət edə bilər, onlar məktəbdə olmayıblar axı:

“Elə bir şey yoxdur. Kim nə məqsədlə belə bir şey çəkir, atır, bilmirəm. Təkcə, idman zalında barama saxlanır. Başqa siniflərdə belə hal mövcud deyil. Mən heç bilmirəm sizə nə cavab verim. İdman zalı məktəbin binasından kənardadır. Onun sinif otaqlarına, məktəbə aidiyyatı yoxdur. Biz də dövlətə xidmət edən, qulluğunda duran insanlarıq. Nə ehtiyac var, bunu şişirtməyin, böyütməyim. Bütün kənd camaatı barama saxlayır. İndi müvəqqəti çətinlikdir, məktəblərə verilib. Gələn ildən insanlara paylanacaq. Bizim kənddə yer olmadı deyə, müvəqqəti razılaşdıq. Təmizlənəcək, gedəcək. Bilmirəm nə deyim. Xahiş edirəm, bizim məktəbin adını səsə salmayın”.

“Prezident: Dövlət baramaçılıqla bağlı hər şeyi öz üzərinə götürüb”

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində baramaçılığın Azərbaycanda geniş vüsət aldığını, fermer və kəndlilər tərəfindən ən çox maraq göstərilən sahə olduğunu söyləyib:

“Dövlət baramaçılıqla bağlı hər şeyi öz üzərinə götürüb. Bu gün Azərbaycanın bölgələrində bütün lazım olan infrastruktur layihələr icra edilir. Biz hazırda sürətli inkişaf dövrünü yaşayırıq. Azərbaycan tarixində heç vaxt belə qısa müddət ərzində bu qədər işlər görüşməmişdi”.

Füzulinin Haramı adlanan bölgəsində məcburi köçkünlər üçün salınan “Qayıdış” qəsəbələrindəki məktəblərin içində də ipək qurdu saxlanılırdı. Meydan TV həmin ərazidə olub, narazı valideyn, müəllimlərlə danışıb.

Həmin xəbərdən sonra adının açıqlanmasını istəməyən mənbə Meydan TV-yə Bakıdan məktəblərə yoxlama gəldiyini, ancaq direktorların həmin şəxsləri razı şəkildə yola saldıqlarını söyləmişdi. Nə bugünkü şikayətlər, nə də bir müddət öncə Füzuli məktəblərində barama saxlanması ilə bağlı məsələyə Təhsil Nazirliyindən cavab öyrənmək mümkün olub. Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov “yazılı sorğu göndərin, cavablayacağıq” – desə də, göndərilən sorğulara cavab verməyib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/uv445o

Самое читаемое