Ukrayna, Belarus və Azərbaycan opera ulduzları Bakıda eyni səhnəni bölüşüblər

Səhnə əsəri Xalq artisti, professor Yalçın Adıgözəlov tərəfindən idarə olunub.

Akademik Opera və Balet Teatrı. Mənbə: Mədəniyyət Nazirliyi


“Bohema” operasının nümayişi olub

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Bohema” operası nümayiş olunub.

Səhnə əsərində əsas partiyaları ifa etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar artisti Tatyana Qanina (Mimi), Odessa Milli Akademik Opera və Balet Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin qalibi Eduard Martınyuk (Rudolf) və Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belarusun Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov (Marsel) dəvət edilib.

Operada Ukrayna və Belorusdan dəvət olunmuş vokal ulduzları ilə yanaşı, həm də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri – Əməkdar artistlər İnarə Babayeva (Müzetta), Tural Ağasıyev (Şonar), Əliəhməd İbrahimov (Parpinol), Xalq artistləri Əli Əsgərov (Alsindor), Əkrəm Poladov (Kollen) və başqaları çıxış ediblər.

Səhnə əsəri Xalq artisti, professor Yalçın Adıgözəlov tərəfindən idarə olunub.

bohema.jpeg
“Bohema” operası
Ana səhifəMədəniyyətUkrayna, Belarus və Azərbaycan opera ulduzları Bakıda eyni səhnəni bölüşüblər