Источник: Meydan.TV

Türkiyənin otel biznesinə Azərbaycandan axan milyonlar

Статья обновлена:  17 Май 2019

2013-cü ilin martında Türkiyə mediası Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Bodrumun Yalıkavak bölgəsində otel aldığını yazırdı. Ümumi sahəsi 17 min kvadratmetr olan daşınmaz əmlakın yerləşdiyi bu prestijli ərazi üçün 13 milyon avro ödənildiyi iddia olunurdu. Yenidən qurulduqdan sonra 4 ulduzlu butik otel kimi istifadəyə verilən, dənizə açılan gözəl mənzərəli bu məkan hazırda “PD Turizm Qayrimankul Anonim Şirkəti”nə məxsusdur və “Pasha Holding” şirkətlər qrupuna daxil olan “Absheron Hotel Group” MMC tərəfindən Azərbaycanda və ölkə xaricində idarə olunan çoxsaylı lüks qonaqlama təsislərindən biridir.

İpekçi ailəsinin hələ ötən əsrdə İstanbulda qurduqları “On-Cue Turizm İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti”ni bir müddət (16 yanvar, 2013-cü il) tanınmış Aksoy ailəsi üç üzvü (Erdal Aksoy, Seffat Banu Aksoy, Banu Aksoy Tarakçıoğlu) idarə etsə də, şirkət üzərində nəzarəti qoruyub saxlayırdılar. Ta ki, həmin ilin noyabr ayının 1-də “Paşa Development” MMC ilə anlaşanadək. Həmin gün həm şirkətin adının dəyişdirilməsinə, həm də kapitalının artırılmasına qərar verildi. “Paşa Holding” MMC-nin 2012-ci ilin iyun ayında təsis etdiyi “Paşa Development” MMC şirkətə 21 milyon lirə, ovaxtkı məzənnə ilə 10.5 milyon ABŞ dolları məbləğində vəsait yatırdı. Şirkət isə “PD Turizm və Gayrimankul Anonim Şirkəti” adlandırıldı. Bir il sonra, 2014-cü ilin oktyabrında İpekçi ailəsi şirkətdəki 250 min lirəlik payını “Paşa Development” MMC-yə satdı və bundan sonra şirkətin kapitalı əsasən Azərbaycandan daxil olan nağd vəsaitlər hesabına fasiləsiz olaraq artırılmağa başladı. Hazırda onun toplam kapitalı 415 milyon lirədir.

İlham Əliyev Bodrumda öz hotelində istirahət edərkən

İlham Əliyev Bodrumda öz hotelində istirahət edərkən

Источник: Meydan.TV

İstanbulda “Pasha Yatırım Bankı A.Ş.” ilə eyni iş mərkəzində yerləşən “PD Turizm və Gayrimankul A.Ş.” 2017-ci ildə Bodrumda ilk şöbəsini açıb. Buradakı otel biznesinin idarə olunması italyan Marco Rabbiaya həvalə olunub. Hazırda şirkətin mülkiyyətində bir otel – 36 nömrədən ibarət Allium Villas Resort var. 2017-ci ilin martında o, Muğla vilayətində daha bir otelin tikintisi üçün sərmayə təşviqi sənədi alıb. Söhbət 54 yerli butik otel tikintisinə 19.5 milyon lirə vəsaitin yatırılmasından gedir. Şirkət təşviq sənədinə əsasən 2 il müddətinə əlavə dəyər vergisi ödəməkdən azad edilib, digər vergiləri isə 50 faiz güzəştlə ödəyəcək. Daha bir neçə güzəştdən yararlanmaq hüququ ona təkcə sərmayə qoyuluşuna həvəsləndirməkdən ötrü deyil, həm də 54 iş yerinin açılması üçün verilib.

İlham Əliyevin Bodrumun Yalıkavak bölgəsindəki "Allium Villas Resort" hoteli

İlham Əliyevin Bodrumun Yalıkavak bölgəsindəki "Allium Villas Resort" hoteli

Источник: Alliumvillas.com

Maraqlıdır ki, Aksoy ailəsinin üzvlərinin bəzisi indiyədək “Pasha Holding”ə məxsus bu şirkətdə yüksək vəzifə tuturlar. Türkiyədəki bu otelçilik və daşınmaz əmlak şirkətinin idarəçiliyinə holdinqdə çalışan Nəriman Sərdarlı və Tural Piriyev də cəlb olunub.

Otel biznesi sayəsində Azərbaycanın hakim ailəsi ilə yolları kəsişən Aksoy ailəsi bir müddət sonra bank sektorunda da onunla işbirliyində oldu. 2013-cü ilin mayında “TAİB Bank B.S.C”-ni satın alan “Aksoy Holding A.Ş.” 2014-cü ilin dekabrında “Pasha Bank” ASC ilə müqavilə bağladı. Həmin sənədə əsasən, “TAİB Bank”-ın səhmlərinin bir hissəsini Azərbaycan bankına satıldı. 2015-ci ilin əvvəlində bankın kapitalının “Pasha Bank” hesabına 175 milyon lirə artırılması və nəhayət, həmin ilin dekabrında “Aksoy Holding”də qalan 51 milyon lirəlik səhmlərin alınması nəticəsində Türkiyədəki bank “Pasha Holding”in tam nəzarətinə keçdi. 2015-ci ildən o, “Pasha Yatırım Bankı A.Ş.” adı altında fəaliyyət göstərir.

Qeyd edək ki, bu, Azərbaycanın ən iri holdinqinin Türkiyədəki biznes fəaliyyətinin heç də hamısı deyil. Məsələn, “Pasha Holding” diş müalicəsi sahəsində müasir texnologiyalar təqdim edən “Şeffaf Aparey Ortodonti ve Elektronik San. Tic. A.Ş.” şirkətinin sərmayə ehtiyaclarını qarşılamaqdan ötrü 427129 lirə ödəməklə onun kiçik səhmdarlarından biri olub. 2017- ilin oktyabrında “Pasha Holding” MMC-nin bu şirkətdəki səhmərinin dəyəri 1,2 milyon lirəni aşıb və hazırda o, “Şeffaf Aparey Ortodonti ve Elektronik San. Tic. A.Ş.”-nin səhmlərinin 31.2%-nə nəzarət edir.

“Pasha Development” Gürcüstanda “Pasha Development Georgia” MMC törəmə şirkəti ilə 2015-ci ildən təmsil olunur. O, burada özəlləşdirmə yolu ilə əldə etdiyi köhnə xəstəxananın yerində otel tikməyi öhdəsinə götürmüşdü. Gürcüstanın reyestr məlumatlarına görə, 2016-cı ilin yanvarında Bakıdakı ana şirkət onun kapitalını 8.1 milyon lari artırıb və indi onun 11.7 milyon laridən çox vəsaiti var.

Monteneqroda daşınmaz əmlak idarəçiliyinə iri sərmayələr qoyan şirkətlərdən biri “Azerbaijan Global Investments” (AGI) MMC-dir. Bu ilin yayında AGI-yə məxsus “Azmont İnvestment” MMC “Portonovi Resort”un açılışına hazırlaşır. “Azmont” bu turizm və istirahət obyektinin sərmayə dəyərinin 800 milyon avroya qalxdığını bildirir. “Azmont İnvestment” Montoneqrodakı “Nova Banka” ASC ilə yanaşı, “Rare Developments” MMC və “Portonovi Hospitality Management Company” MMC-nin təsisçisidir.

Monteneqroda "Portonovi Resort" turizm və istirahət obyekti

Monteneqroda "Portonovi Resort" turizm və istirahət obyekti

Источник: Azmont.com

AGI şirkəti 2013-cü ildə yaradılarkən səhmlərinin 35%-i “Pasha Holding” MMC-yə məxsus idi. Sonra holdinq payını “Pasha Development” MMC-yə ötürdü. 2017-ci ildə “AtaHolding” MMC də AGI-dəki 33 faizlik payını “Pasha Development”-ə transfer etdi. “AtaHolding” MMC-nin ümumi şöbəsinin illik hesabatında belə deyilir. Üçüncü payçı isə “Synergy Group” MMC idi. AGI onu özünün iki səhmdarından biri kimi təqdim edir.

“Pasha Development” MMC-nin Azərbaycandakı fəaliyyəti barədə məlumat yoxdur. Onun barəsindəki reyestr məlumatları 2017-ci ilin yanvar ayından ictimaiyyət üçün bağlanıb. O zaman şirkətin kapitalının 412 milyon manata yaxınlaşdığı elan olunmuşdu.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  17 Май 2019
Pазделы:  
Короткие линки:   http://mtv.re/p425du

Самое читаемое