Türkiyədə mandatları əllərindən alınmış millət vəkilləri həbs edilib

Prokurorluğa gətirilən Berberoğlu cəzasının davamını çəkmək üçün yenidən həbs olunaraq Maltepe Cəza İcra Təşkilatına göndərilib.

Source: Hurriyet.com.tr


Prokurorluğa gətirilən Berberoğlu cəzasının davamını çəkmək üçün yenidən həbsxanaya göndərilib

Türkiyənin mandatı əllərindən alınmış müxalif millət vəkilləri – CHP İstanbul Millət vəkili Enis Berberoğlu, HDP Hakkari Millət vəkili Leyla Güven və HDP Diyarbakır Millət vəkili Musa Farisoğulları – həbs edilib, – Diken xəbər verir.

Milli İstihbarat Qurumuna (MİT) aid yardım maşınlarının dayandırılması ilə bağlı məhkəmə işində 5 il 10 ay həbs cəzasına məhkum edilmiş və 20 oktyabr 2018-ci ildə ali məhkəmənin razılığı ilə sərbəst buraxılmış Berberoğlu cümə axşamı parlamentin qərarı ilə mandatından məhrum edildikdən sonra Bakırköydəki evində axşam saatlarında polislər tərəfindən tutulub. Prokurorluğa gətirilən Berberoğlu cəzasının davamını çəkmək üçün yenidən həbs olunaraq Maltepe Cəza İcra Təşkilatına göndərilib.

Eyni gün Diyarbakır Baş Prokurorluğu tərəfindən mandatları əllərindən alınmış millət vəkillərinin həbs edilməsi qərarı çıxardıqdan sonra tutulan Güven və Farisoğulları sağlamlıq müayinəsindən sonra ədliyyəyə göndərilib.

Mühakimə edildikdən sonra tutulan Güven Yüksək Qapalı Qadın Həbsxanasına, Farisoğulları isə D Tipli Həbsxanaya göndərilib.

Diyarbakır 2-ci Ağır Cəza Məhkəməsində mühakimə olunmuş Farisoğulları “silahlı terror təşkilatına üzv” olmaqda ittiham edilirdi və 9 il həbs cəzasına məhkum edilmişdi. Güven isə eyni məhkəmədə 6 il 3 ay həbs cəzasına məhkum edilmişdi.

Ana səhifəDünyaTürkiyədə mandatları əllərindən alınmış millət vəkilləri həbs edilib