Источник: Meydan TV

"Transgenderlərin hər gün ölüm təhlükəsi var"

"Transgenderlərin hər gün ölüm təhlükəsi var"

Transgender qadın Aysu Məmmədliyə iyunun 18-də müştəri adı ilə yaxınlaşan şəxs onu evinə apararaq 11 bıçaq zərbəsilə öldürüb. Baş Prokurorluğun məlumatına görə, qətlin trans qadınla Kənan Abdurahmanov adlı şəxs arasındakı münaqişə zamanı törədilməsinə əsaslı şübhələr var. Trans qadının yaxınları və LGBTQ aktivist Seymur Nəzərsə deyir ki, həmin şəxs məhz Aysunu öldürmək üçün gəlmişdi.

Yaxınları deyir ki, aprel ayında bloger Ata Abdullayev transgender qadın Aysu Məmmədlini videoya çəkdikdən sonra dayısı onun seks işçiliyi ilə məşğul olduğunu öyrənib. Qətlindən iki gün əvvəl dayısı Aysunu ölümlə hədələyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ekspertiza təyin olunub.

Aysunun öldürülməsindən bir gün sonra iyunun 19-da başqa bir trans qadın avtomobilində hücuma məruz qalır.

Transgender qadın ona xəsarət yetirənin cəzalanmasını istəyir.

Ata Abdullayevin yayımladığı görüntülərdən bir neçə ay sonra öldürülən Aysunun meyitini dostları elə videoda görünən məscidə aparıb, sonra dəfn ediblər.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/pg5bwx

Самое читаемое