Источник: Meydan Tv

Tofiq Yaqublu: "Həbsdə qaldığım illəri Rəsulzadəyə ithaf edirəm...”

Статья обновлена:  3 Сентябрь 2020

Nigar Yaqublu: "İlham Əliyev Belarusdan nümunə götürsün"

Müxalifətçi 4 il 3 ay azadlıqdan məhrum edildi

Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində siyasi fəal Tofiq Yaqublunun işi ilə bağlı məhkəmə prosesi sonlandırılıb. Məhkəmədə Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqubluya hökm oxunub. O, 4 il 3 ay müddətində azadlıqdan mərhum edilib. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Məhkəmənin hökmünə əsasən, Tofiq Yaqublunun telefonu və maşını ailəsinə qaytarılmalı, cinayət aləti kimi xarakterizə edilən “vintaçan” məhv edilməlidir.

Sentyabrın 1-də keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ona elə 4 il, 6 ay iş istəmişdi. Tofiq Yaqublu məhkəmədə əminliklə bildirmişdi ki, haqqında ittiham hökmü çıxarılacaq və o verilən sifarişə uyğun həbs cəzası alacaq:

“Amma mən azadlıqdan məhrum olduğum illəri, ayları, günləri Azərbaycan xalqının milli lideri, çox sevdiyim böyük şəxsiyyət, millət atası, Əliyevlərin də nifrət etdiyi Məhəmməd Əmin Rəsulzadəyə ithaf edirəm...”

O, sentyabrın 2-dən aclıq aksiyasına başladığını bəyan edib.

Tofiq Yaqublu bu il martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında Tofiq Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil E.Cəbrayılovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub:

"Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

Tofiq Yaqublunun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Amma Tofiq Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də “Facebook” səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı.

""8-ci kilometr bazarı"nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır", - o yazmışdı.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  3 Сентябрь 2020
Bölmələr:  
Короткие линки:   http://mtv.re/hcwdws

Самое читаемое