Tənhalığa çoxdan öyrəşmişdim

Burda imkansız oldu tənhalıq

Source:

Aydın mәsәlәdir ki, hәbsxana hәsәd aparılası yer deyil. Lakin dәhşәtli mәkan kimi tәsvir etmәk dә düzgün olmazdı. Düzdür, son zamanlar tikilәn 1­2 penitensiar müәssisә istisna olmaqla digәrlәrindә şәrait bәrbad vә çağdışıdır. Bununla yanaşı, sovet, xüsusәn Stalin dövrünün hәbs düşәrgәlәri haqqında oxuduqlarımızla müqayisәdә indiki cәzaçәkmә müәssisәlәrindә rejim xeyli yumşaqdır.

Fәqәt hәbsxana hәbsxanadır, şәrait vә rejim necә olursa-­olsun, insanın canını fiziki dә olmasa, ruhәn sıxan, әzab verәn faktorlar hәmişә olub vә olacaq. Onlardan bәzilәri isә bütün hallarda qaçılmazdır. Yәni, elәsi var ki, tәcridxanada yalnız kamera şәraitindә mövcuddur vә ya cәzaçәkmә müәssisәsindә ortaya çıxır.

Elәlәri dә var ki, bütün hәbs müddәtindә sәni müşayiәt edir – tәcridxanada da, çәzaçәkmә müәssisәsindә dә, etap zamanı dustaq vaqonunda da. Sonunculardan mәnim üçün әn dözülmәzi tәnhalıq imkansızlığı.

Daim adam içindә, bәzәn isә qәlәbәlik arasında olmaq, doğrudan da, hәddindәn artıq usandırıcıdır. Bir kәnara çәkilib düşüncәlәrin vә xatirәlәrinlә tәkbәtәk qalmaq imkanın olmur. Öncә fikirlәşdim ki, ola bilsin, bu mәnim xarakterimlә bağlı xüsusiyyәtdir. Ailәnin tәk övladı olmağımdan, tәnhalığa öyrәşmәyimdәn irәli gәlir. Lakin sonralar bәzi dustaqların da mәnimlә eyni fikirdә olduqlarını gördüm.

Nәhayәt, bu yaxınlarda Hindistan milli­ azadlıq hәrәkatının lideri Cәvahirlәr Nehru haqqında kitabda da qәhramanın hәbslәr zamanı tәnhalıq imkansızlığından şikayәtlәndiyini oxudum. O zaman fikirlәşdim ki, bәlkә dә başqa tarixi personajlar haqqında oxuyarkәn analoji qeydlәrә rast gәlmişәm, lakin ciddi әhәmiyyәt vermәmişәm. Düşünmüşәm ki, bah, böyük şey olub, tәnha qala bilmәyib.

Camaata min bir işgәncә verirlәr, bu isә gör nәdәn gileylәnir… Yalnız özün bu taleyi yaşayanda bilirsәn ki, hәrdәn tәnha qalmaq imkanı azadlıqda әhәmiyyәtini lazımınca qiymәtlәndirmәdiyin böyük fürsәt imiş. “Prosesin şirin yerindә kimsә mütlәq peyda olur”

Kürdәxan tәcridxanasında kameralar 2 hissәdәn ibarәtdir – yaşayış otağı vә gәzinti yeri. Bu 2 hissәni bir-­birindәn ayıran qapı saat 9-­dan 17-­yә kimi açıq olur. Bәzәn olurdu ki, müәyyәn sәbәblәrdәn (soyuq hava vә s.) gәzinti yerindә kimsә olmurdu.

Belә halda nәzәrә çarpmadan, sakitcә sivişib çölә çıxır vә düşüncәlәrindә tәkbәtәk qalmağın dadını çıxarmağa çalışırsan. Heyhat… Bu zövqü­-sәfa әn çoxu 20-­30 dәqiqә çәkirdi. Prosesin şirin yerindә kimsә mütlәq peyda olur vә öz alәmindә sәnә tәsәlli verirdi: nә fikrә getmisәn, çox fikir elәmә, hәr şey yaxşı olacaq, Allah kәrimdir vә s. vә i.a.

Maraqlıdır ki, bu xoş niyyәtlә edilir, guya sәnin fikrini saxlayır. Anlatmaq istәyirsәn ki, fikir elәmәk vә fikirlәşmәk ayrı­-ayrı şeylәrdir. Lakin bihudә. Növbәti dәfә hәr şey yenidәn tәkrar olunur.

Psoixoloji hәssaslıq hәr kәsә verilmәyib. Nuh әyyamından qalan Şüvәlan tәcridxanasında isә tәnhalıq üçün heç bir imkan yox idi. Burada gәzinti yeri hәyәtdә idi, kameradakılar oraya eyni vaxtda vә birlikdә çıxarırdılar.

“Şirvanda qalardım…”

Bu yöndә Apellyasiya mәhkәmәsi zamanı Şirvan şәhәrinә getdiyim sәfәrlәr ecazkar istisna tәşkil edirdi. Şirvan polislәri sağ olsunlar, çox hörmәtcil davranırdılar vә öz razılığımla kamerada tәk saxlayırdılar.

Әlimin altında kitablar, Şirvan müsavatçılarının hәr gün gәtirdiklәri yeni qәzetlәr, pleyerdә sәslәndirdiyim mikrokartda da zorәn qulaq müsafiri olduğum bayağı mahnı vә meyxanalar deyil, öz sevimli mahnılarım! Tam xoşbәxtlik üçün dustağa daha nә lazımdır? Tәәssüf ki, bu istirahәt 5-6 gündәn artıq çәkmirdi.

Növbәti mәhkәmә iclasından sonra yenidәn Şüvәlana qayıdırdım. Guya ki, Şirvandakı tәcridxana müvәqqәti xarakterli imiş, televizor­-filan olmadığından burada 10 gündәn artıq saxlanılmaq mәhbus hüquqlarının pozulması imiş. Halbuki bütün apellyasiya prosesi boyu mәmnuniyyәtlә Şirvanda qalardım.

“Göbәlәk xәstәliyindәn tutmuş atom bombası”na qәdәr

Ümumi rejimli cәzaçәkmә müәssisәsindә isә tәnhalıq xoş bir xәyal kimi qalmaqdadır. Min nәfәrdәn artıq dustağın cәza çәkdiyi dar mәkanda nәinki fiziki, heç rühәn dә tәnhalaşmaq mümkün deyil.

Mütlәq nәsә, kimsә sәni xәyallarından, düşüncәlәrindәn ayıracaq. Özü dә hәrdәn elә suallar olur ki… Yәqin düşünürlәr ki, әgәr adam ali savadlıdırsa, o zaman göbәlәk xәstәliyindәn tutmuş atom bombasının düzәldilmәsinә qәdәr hәr şeydәn başı çıxmalıdır. Uzun sözün qısası, müsavatçılar üçün darıxmaq siyasi dönüklük kimi interpretasiya olunsa da, demәliyәm ki, tәhnalıq üçün darıxmışam. Sevdiyim müğәnni Funda Ararın mahnısındakı kimi: yalnızlığa vurğunum…


Yazıdakı fikirlər müəllifin şəxsi fikirlərini ifadə edir…


Mənbə:

nopoliticalprisoners.org

Ana səhifəXəbərlərTənhalığa çoxdan öyrəşmişdim