Təndirçi Mədinə nənə

She needs 10 - 15 days to make a tandoor oven

She needs 10 - 15 days to make a tandoor oven

Qubada hamı onu təndirçi Mədinə nənə kimi tanıyır. Rayonun İspik kəndində anadan olan Mədinə Xıdırova artıq uzun illərdir təndir hazırlamaqla məşğuldur. Təndir hazırlamaq həvəsinin atasından keçdiyini deyən Mədinə nənə bu işi çox sevir: " Mən uşaq olanda atam gildən qablar hazırlayardı. Bir gün atamın yanına gedəndə palçıqla işləyən yerdə gördüm. Bu işdən çox xoşum gəldi. O vaxtdan bugünə qədər bu işin vurğunuyam".

Öncə həyat yoldaşı, daha sonra isə atası dünyasını dəyişəndən sonra evin bütün yükü Mədinə nənənin üzərinə düşür. Qısa zamanda çıxış yolunu palçıqdan əl işləri düzəltməkdə tapır:

"33 yaşında yoldaşım dünyadan getdi, daha sonra da atam. İşsiz qala bilməzdim, ona görə ilk işim palçıqdan xərək düzəltmək oldu. Qısa zamanda xərəyi hazırlaya bildim. Xərək düzəldə-düzəldə günlərin bir günü bir nəfər gəlib dedi ki, təndir almaq istəyir. Mən də heç vaxt təndir düzəltməmişdim, amma sifarişçiyə düzəldəcəyimi dedim. ilk işim olduğuna baxmayaraq, düzəltdiyim təndir çox uğurlu alındı".

Qiymətlərin qalxması Mədinə nənənin işinə də təsir edib. Belə ki, əvvəllər hazırladığı 80-100 manatlıq təndiri indi 100-150 manata satır:

"Əvvəl hazırladığım təndirlər ucuz idi. İndi nisbətən qiymətləri də qaldırmışam. Ona görə ki, hər şey bahalaşıb. Keçi tükü, gil daşlar və s. hamısının qiyməti qalxıb. Kabab təndirini 100 manata, çörək təndirini 150 manata satıram. İş çətin olsa da. öhdəsindən gələ bilirəm. Bir təndiri hazırlamaq üçün 10-15 gün vaxt lazım olur".

Mədinə nənə hazırladığı təndirlərə tam zəmanət də verir. Dediyinə görə. başqalarının hazırladığı təndir 1-2 il istifadəyə yararlı olduğu halda. onun təndirini 8-10 il istifadə etmək mümkündür:

"Mən keçi tükü, gil daşlardan istifadə etdiyim üçün hazırladığım təndir çox gec xarab olur. həm də istiliyi özündə çox saxlayır. Başqa insanların hazırladığı təndir 1-2 il istifadədən sonra xarab olursa, mənim hazırladığım təndiri 8-10 il istifadə etmək mümkündür. Hətta Rusiya və Gürcüstandan da təndir sifarişləri alıram. Hər şeyi bu palçıqla işləyə-işləyə qazanmışam".

Mədinə nənə sifariş üçün yeni təndir hazırlayır

Mədinə nənə sifariş üçün yeni təndir hazırlayır

Bir təndirir hazırlamaq üçün 10-15 gün vaxt sərf olunur

Bir təndirir hazırlamaq üçün 10-15 gün vaxt sərf olunur

Mədinə nənə təndir hazırlamaq üçün palçıq qarışdırır

Mədinə nənə təndir hazırlamaq üçün palçıq qarışdırır

Hər gün bir sıra olmaqla təndiri böyüdür

Hər gün bir sıra olmaqla təndiri böyüdür

Təndir hazırlamaq üçün palçıqdan bir sıra vurduqdan sonra bir gün gözləmək lazımdır ki, növbəti hissəsni əlavə etmək mümkün olsun

Təndir hazırlamaq üçün palçıqdan bir sıra vurduqdan sonra bir gün gözləmək lazımdır ki, növbəti hissəsni əlavə etmək mümkün olsun

Təndir hazırlamaq üçün keçi tükü və kiçik gil daşlarından istifadə olunur

Təndir hazırlamaq üçün keçi tükü və kiçik gil daşlarından istifadə olunur

Təndirin keyfiyyətini artırmaq üçün əlavə palçıqdan istifadə edir

Təndirin keyfiyyətini artırmaq üçün əlavə palçıqdan istifadə edir

Mədinə nənə hazırladığı xərəkləri qurumağa qoyub

Mədinə nənə hazırladığı xərəkləri qurumağa qoyub

Hazırlanmış təndirdə kosmetik işlər görülür

Hazırlanmış təndirdə kosmetik işlər görülür

Keçi tükü,  gil daşların qiyməti artdığından təndirin qiymətini də artırmaq məcburəyyitində olduğunu deyir

Keçi tükü, gil daşların qiyməti artdığından təndirin qiymətini də artırmaq məcburəyyitində olduğunu deyir

Mədinə nənə deyir ki, əvvəl təndir hazırlamaq çətin görsənirdi sonradan daha asan bir iş olduğunu gördü

Mədinə nənə deyir ki, əvvəl təndir hazırlamaq çətin görsənirdi sonradan daha asan bir iş olduğunu gördü

Təndir və xərək hazırlamaqla özünə ev də tikdirə bilib

Təndir və xərək hazırlamaqla özünə ev də tikdirə bilib

Mədinə nənənin işini Rusiya, Gürcüstandan da almağa gələnlər var

Mədinə nənənin işini Rusiya, Gürcüstandan da almağa gələnlər var

Təndirçi nənə

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/fko5a6

Самое читаемое