Təkcə bir mağazada 35 milyon manat xərcləyən Zamirə Hacıyeva kimdir?

Zamirə Hacıyeva ingilis mediasının “qəhrəmanına” çevrilib

Source:
Zamirə Hacıyeva
Zamirə Hacıyeva


Zamirə Hacıyeva ingilis mediasının “qəhrəmanına” çevrilib

Dövlət bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı on il ərzində Londonun məhşur dükanı Harrods-da 21 milyon dollar xərcləyib.

“BBC Azərbaycan” xidməti xəbər verir ki, Britaniyada Məhkəmə ondan bu qədər pulu haradan aldığını açıqlamasını tələb

edib.

55 yaşlı Zamirə Hacıyeva Azərbaycan Beynəlxalq Bankın idarə heyətinin keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşıdır.

Zamirə Hacıyevanın adı ictimaiyyətə 2005-ci ildə onun oğurlanması ilə məlum olub.

O, Daxili İşlər Nazirliyinin baş əməliyyat müvəkkili olmuş Hacı Məmmədov və onun dəstəsi tərəfindən qadın salonundan çıxarkən qaçırılıb.

Onu Keşlədə, Hacı Məmmədovun qeyri-rəsmi yaşadığı qadının evində, zirzəmidə saxlayıblar.

Cahangir Hacıyevin bacısı Əminə Hacıyevanın verdiyi məlumata əsasən, o zaman Zamira Hacıyevaya görə on milyon dollar pul tələb olunub.

Hazırda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi “Qara kəmər” əməliyyatından sonra Zamirə Hacıyeva azad olunub, Hacı Məmmədov və onunla bərabər 20-dən çox adam həbs edilib.

Zamirə Hacıyeva
Zamirə Hacıyeva

Cahangir Hacıyev 2015-ci ilin dekabrında həbs olunandan sonra yerli media 2016-cı ilin iyununda Zamirə Hacıyevaya qarşı da cinayət işi açıldığını və onun axtarışa verildiyini yazıb.

Cahangir Hacıyevin vəkili Aqil Layıcov mətuata açıqlamasında deyib ki, Nərimanov rayon Məhkəməsinin Zamirə Hacıyeva ilə bağlı qərarı “tamamilə gizli şəraitdə” qəbul edilib.

“Məhkəmənin keçirilməsi ilə və qəbul edilmiş qərarla bağlı Hacıyevaya və onun vəkilinə, qohumlarına xəbər verilməyib. Zamirə Hacıyevanın vəkili olduğu halda, özləri vəkil seçib. Seçdikləri vəkil adi primitiv qaydada apelyasiya şikayəti də verməyib”,- Aqil Layıcov “Amerikanın Səsi” radiosuna müsahibəsində deyib.

Ona Böyük Britaniyanın Daxili İşlər Nazirliyi Britaniyada varlı sahibkarlar üçün nəzərdə tutulmuş viza ilə yaşamaq icazəsi verib.

35 ədəd kredit kart

İngiltərədə media, ictimaiyətin belə bir işin bütün faktları bilməli olduğunu tələb etdikdən sonra Zamirə Hacıyeva, anonimliyinin qorunması barədə tələbini məhkəmədə uduzub.

Son on ildə Zamirə Hacıyeva mediada görünməyib və onun heç bir fotosuna rast gəlinmir.

Zamirə Hacıyeva Londonda alış-verişlərini Beynəlxalq Bankın 35 ədəd kredit kartı və Harrods-un üç ədəd mağaza kartı ilə ödəyib.

Bundan əlavə məhkəmə işlərindən məlum olub ki, 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını – Mill Ride Golf Club-u almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib.

Rəsmi məlumatlar cütlüyün Harrods-ın avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) “Gulfstream G550 jet” təyyarəsini aldığını da ortaya çıxarıb.

Böyük Britaniya tarixində ilk “İzahedilməmiş Sərvət Sərəncamı”nın şərtlərinə əsasən, 55 yaşlı Zamirə Hacıyeva, əri Cahangir Hacıyev ilə birgə Milli Cinayət Agentliyinə hesabat verməlidir ki, Londonun bahalı Knightsbridge bölgəsində böyük bir evi hansı maliyyə hesabına alıblar.

Cahangir Hacıyevin ailəsi isə Zamirə Hacıyeva haqqında səslənən ittihamları qəbul etmir.

Keçmiş bankirin bacısı Əminə Hacıyeva AzadlıqRadiosuna “bunlar hamısı böhtandır, quramadır”

deyir.

O hətta iddia edir ki, Z.Hacıyeva ilə bağlı göstəriş Azərbaycandan verilib:

“Zamirə məhkəməyə getməzdən qabaq onun Londondakı evinə burdan çek, sənəd göndərmişdilər. Cahangirlə bağlı ittihamlar ora göndərilmişdi. Ona görə də birinci Zamirənin işinə baxıblar”.

Ə.Hacıyeva “burdan” deyəndə kimi nəzərdə tutur? O cavab verir ki, bilmir, amma “bu tərəfdən getmişdi”:

“Necə ki birinci gündən Cahangiri qurban seçdilər, hər şeyi onun üstünə atdılar, artıq başqa adam lazım deyildi. Qoy baxsınlar kimlər iri məbləğli kreditlər götürüb, kimlərin başqa ölkələrdə villaları var. Cahangirin özünün biznesi vardı. Beynəlxalq Bank kommersiya qurumudur, ona görə bizneslə məşğul olmağa haqqı vardı. Bura gələnə qədər də bizneslə məşğul olub. Bu vəsaitlər bizim Beynəlxalq Bankdan gedən vəsaitlər deyil. 15 il bizneslə məşğul olan adam Londonda bir dənə ev ala bilməz?”.

O, qardaşı arvadının təxminən 55 milyon dollara təyyarə alması haqda deyilənləri də rədd edir: “O təyyarənin söhbəti Cahangir həbsə düşən birinci gündən gedir, burdan Mütəşəkkildən (Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi nəzərdə tutulur – red.) bir dəstə adam getmişdi ora. Nə təyyarə tapıldı, nə də bir dənə pul. İndi bizim zamanda bütün ofşorları yoxlayıb kimin orda çirkli pulları olduğunu, kimin onları yuduğunu asanlıqla tapmaq olar. Mən bunu bacı kimi demirəm. Cahangir Beynəlxalq Bankdan bir manat oğurlamayıb. Londondakı evi də oranın bankından kredit götürərək alıb, öz biznesindən qazandığı pulla. Tapaydılar təyyarəni. Tapsaydılar, heç olmasa, şəklini çəkərdilər, sənəd, sübut təqdim edərdilər”.

Cahangir Hacıyevin vəkili və daha əvvəl Zamirə Hacıyevanın vəkilin olmuş Aqil Layıc deyib ki, Zamirə Hacıyevanın malik olduğu sərvət barədə suallara cavab verə bilməyəcək.

Hər uğurlu qadının arxasındakı dayaq
Hər uğurlu qadının arxasındakı dayaq

Digər bir materialda “BBC” bahalı satışları və yaşıl torbaları ilə tanınan Londonun məşhur Harrods dükanı, dünyada ən böyük və ən tanınmış alış-veriş mərkəzlərindən

biridir.


Yeddi mərtəbəli Harrods dükanında dəbdəbəli və gündəlik istifadə olunan əşyalar satılır. Dükanda əsasən imkanlı, zəngin insanlar alış-veriş edirlər.

Dükan hər il dünyanın müxtəlif yerlərindən, təxminən, 15 milyon müştəri cəlb edir. Londonun zəngin Knightsbridge rayonunda yerləşən dükanın əsası 1849-cu ildə Charles Henry Harrod tərəfindən qoyulub.

1985-ci ildə dükanı misirli iş adamı Məhəmməd Əl-Fayed və qardaşı Əli alır. Onlar House of Fraserə bunun üçün 615 milyon funt sterlinq ödəyirlər. 2010-cu ildə cənab Əl-Fayed Harrodsu 1.5 milyard funt sterlinqə (təxminən 1.9 milyard dollar) Qətər kral ailəsinə satır.

Hazırda dükanda təxminən 4000 işçi çalışır.

Ana səhifəXəbərlərTəkcə bir mağazada 35 milyon manat xərcləyən Zamirə Hacıyeva kimdir?