Zaur Qurbanlı

Источник: meydan tv

Оглавление: Zaur Qurbanlı

Teatr və yaltaqlıq

Tamaşaya baxa-baxa heyran olur, heyran olduqca da, bu cür yüksək səviyyəli aktyorların düşdüyü vəziyyətə görə utanırdım

Bir az fasilədən sonra o gün yenə teatra getdim. Gənc Tamaşaçılar Teatrı mövsümü bağlayırdı. “Qızlar, mən gəldim” (“Müharibə”) əsəri oynanılırdı. Cəmi 5 aktyor şedevr yaratdılar. Müharibənin nə qədər dəhşətli olması, arxa, görünməyən planlarda nələrin yaşanması, müharibədə qalibin olmaması, qadınların dramlarının ağırlığı uğurla tamaşaçıya çatdırıldı.

Klassik dramatik məzmunlu əsərdir, burası öz yerində. Ümid edirəm, yeni mövsümdə yenə göstərərlər, baxmayanlar da baxar. Mənim diqqətimi çəkən isə qalib fransız əsgərinin evinə gözünü itirmiş vəziyyətdə qayıdanda qarşılaşdığı dəhşətlərdən başqa tamaşadan öncə olan hadisədir.

Saat 7-də, yəni tamaşanın təyin olunduğu vaxtda səhnəyə orta yaşını azacıq keçirmiş bir kişi çıxdı. Yəqin aktyor idi. Bir teatrın əhəmiyyətindən, teatra qiymət verən şəxslərin fədakarlığından, aktyorların bizə verdiyi töhfələrdən danışdı və... gəldi sözünün məmmədvəlisinə. Yazıq kişi başladı, prezidentə, vitse-prezidentə növbə ilə tərif deməyə.

Dedi, teatrımızın 90 illiyi oldu bu yaxında, bu münasibətlə filankəsə, filankəsə filan-filan adlar verildi. 4 nəfərin adı yadından çıxdı, açıb, kağızdan oxudu. Hamımız alqışladıq. Amma dayı razı düşmədi, dedi, buna görə biz prezidentimizə minnətdar olmalıyıq. Yenə alqışlar. Amma dayı sakitləşmədi. Dedi, teatrımızı yaşadan, ona qiymət verən prezidentimizdir, “xahiş edirəm onu alqışlayın”. Yenə alqışlar.

... Dayı isə dayanmırdı. Maaşları artıb deyə, bir daha prezidenti alqışlatdırdı. Artıq alqış səsləri azalırdı. Dayı camaatı 1-2 dəfə də prezidenti alqışlamağa məcbur edəndən sonra keçdi vitse-prezidentə. Allah tərəfi, ona bir az az alqışlatdırdı. Amma bu ünvanı da mükafatsız qoymadı.

Çox acınacaqlı mənzərə idi. Teatrın adında “Gənc” sözü var. İncəsənətlə məşğuldurlar. Yəni müstəqil olmağa hərtərəfli borcludurlar. Amma yazıqlar maaşları artdığı üçün sevinirlər. Medal, fəxri ad aldıqları üçün yaltaqlanırlar. Ardınca isə teatr gözəl oyun nümayiş etdirir, yüksək məharət, möhtəşəm ifa. Bir sözlə, hər şey var – ölkədə pul, teatrlar, onların maddi-texniki bazası, aktyorlar, istedad, fədakarlıq... Amma bütün bunların üstündə onları pulla ələ alan, satılmayanları sındıran, qovan, ələ aldıqlarını yaltaqlanmağa məcbur edən bir güc var.

Tamaşaya baxa-baxa heyran olur, heyran olduqca da, bu cür yüksək səviyyəli aktyorların düşdüyü vəziyyətə görə utanırdım. Gözümün qabağına o aktyorların ölümqabağı vəziyyəti gəlirdi. Başqa bir çox teatr aktyoru kimi 1 və ya 2 otaqlı evə sığınıb, prezidentdən, icra başçısından kömək uman yüksək istedadlar. Dəhşətdir. Ölkəni məhv etməyin usta meetodlarından biridir. Bunu hər şeyi alverdə görən indiki hakimiyyət düşünməyib, bu, sovetdən gələn əclaf siyasətdir. Maddi mülkiyyəti əlindən alınan insanlar mənəvi mülkiyyətlərini də qoruya bilməyiblər və 1920-dən etibarən özlərini kompleks olaraq, satışa çıxarıblar. İndi ortada satılmışların, sınmışların nəsilləri, böyütdükləri var və onların da başının üstündə bu satınalma, sındırma metodlarını vargücü ilə davam etdirən bir güc.

Tamaşa İkinci dünya müharibəsi haqqında idi. Müharibə görmüş insanlar itirilmiş nəsil idilər. Onlar 1945-dən sonra da heç nə edə bilmədilər. Avropanı 1968 inqilabı dəyişdi – 1945-dən sonra doğulanlar. İndi biz də, özümüzdən əvvəlki nəsil kimi bütün bu yaltaqlıqları, alçalmaları görmüş, təbii qəbul etmiş insanlarıq. Nə vaxtsa, hakimiyyət dəyişsə də, bizim nəsil çox az şey edə biləcək. Bu hakimiyyəti, bu rəzil idarəetməni görməmiş yeni insanlar doğulub, böyüyəndən sonra ölkədə əsaslı dəyişikliklər olacaq.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/r1eyhx

Самое читаемое