Taleh Bağırzadə: Qobustan həbsxanasında insanlıq faciəsi yaşanır, biganə qalmayın...

“Cabbar Cabbarovu vəhşicəsinə döyüb, sonra da “kars”a salıblar”

"Yerli və beynəlxalq insan haqları təşkilatlarına, sosial şəbəkə fəallarına, Milli Şuraya müraciət edirəm. Qobustan həbsxanasında insanlıq faciəsi yaşanır. Buna biganə qalmayın...", - deyə “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadənin müraciətində bildirilir.

İlahiyyatçı ailəsinin Meydan TV-yə verdiyi məlumata görə, o, telefon danışığında bildirib ki, onunla birlikdə həbs edilən və Qobustan həbsxanasında saxlanılan Nardaran məhbusu Cabbar Cabbarov işgəncəyə məruz qalıb: "Cabbar ağır xəstədir, ciyəri parça-parçadır. Bu vəziyyətdə olan adamı vəhşicəsinə döyüb, sonra da “kars”a atıblar. Onu şəxsən rəis Avtandil Ağayev özü döyüb".

T.Bağırzadə bildirib ki, ona qarşı təzyiqlər də davam edir: "Soruşuram, başqalarından fərqli olaraq, həbsxana daxilində mənə niyə qandal tətbiq edirsiz? Deyirlər, əməkdaşlara xəsarət yetirə bilərsiz. Deyirəm, narahat olmayın, mən kimsəyə xəsarət yetirmərəm. Əksinə, Qobustan həbsxanasının rəisinə qandal tətbiq eləmək lazımdır ki, günahsız insanlara əl atır, döyür, xəsarət yetirir. Cabbarı ölümünə döyüb, çənəsindən elə vurub ki, 15 günlük “kars”dan sonra da xəsarətin yeri sağalmayıb".

T.Bağırzadənin sözlərinə görə, onun şikayətləri mediada yayılandan sonra Penitensiar Xidmətin əməkdaşları onunla görüşüblər: "Ertəsi gün Pərviz adlı adamı göndəriblər yanıma, məni təxribata çəkməyə çalışır. O da elə biridir ki, az qala, döymədiyi dustaq qalmayıb. Bunlar hamısı planlı şəkildə olan hadisələrdir. Burada insanların təhlükəsizliyindən söhbət gedə bilməz".
Bir müddət öncə daha bir Nardaran məhbusu Abbas Hüseynovun da Qobustan həbsxanasında işgəncəyə məruz qalması haqda məlumatlar yayılmışdı.

Penitensiar Xidmət isə Nardaran məhbuslarına həbsxanada işgəncə verilməsi haqda məlumatları təkzib edir. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, həmin şəxslər gündəmdə qalmaq üçün belə məlumatlar yayırlar: "Bütün məhkumlarla qanun çərçivəsində davranılır".

T.Bağırzadə, A.Hüseynov və C.Cabbarov 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub. Onlara qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. T.Bağırzadə və A.Hüseynov 20 il, C.Cabbarov isə 19 il azadlıqdan məhrum edilib.

Onlar özlərini təqsirli bilmir, ittihamların yalan olduğunu, polislərin evdə namaz qıldıqları vaxt insanlara silahlı hücum edib, altı nəfəri qətlə yetirdiyini bildirirlər.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/s09mfy

Самое читаемое