None

Источник: 

''Taleh Bağırzadə özünə xəsarət yetirmək məcburiyyətində qalıb''

“Həbsxana rəisi Avtandil Ağayev “sənin qanını içərəm” dedi"

“Müsəlman Birliyi Hərəkatı”nın sədri Taleh Bağırzadə yanvarın 7-də ailəsilə əlaqə saxlayıb. O, Qobustan həbsxanasında təzyiqlər üzündən özünə xəsarət yetirməyə məcbur olduğunu bildirib. T.Bağırzadə telefon danışığı zamanı deyib:

“Heç kimə sirr deyil ki, Əliyevlər hakimiyyəti Qobustan həbsxanasında bizi ləyaqətsiz şəkildə saxlayır. 3-4 metrlik kamerada üstü açıq ayaqyolu ilə yemək yediyimiz stol arasında məsafə heç bir metr deyil. Bütün bu çətinliklərə baxmayaraq, biz haqq davamız üçün nəinki 20 il, hətta ömür boyu həbsdə qalmağa hazırıq. Əqidəmizdən dönməyə, haqq davamızdan vaz keçməyə hazır deyilik. Biz bu mübarizədə nələrdən keçmədik ki...

Sifarişlə idarə olunan hakimiyyət nümayəndələri yenidən fəallaşaraq, öz yaramaz əməllərindən əl çəkməyərək, bizim konstitusiya ilə təminat verilən hüquqlarımıza açıq-aşkar təcavüz edir. Həftədə iki dəfə ailə üzvlərimlə telefon danışıqlarıma müdaxilə edilir, söz və fikir azadlığım məhdudlaşdırılır. Vəkillərimizə qarşı elə davranırlar ki, heç dustaqları elə yoxlamırlar.

Vəkillərimizi saatlarla qapıda saxladıb, onlarla konfidensial danışıqlarımızı gizli şəkildə dinləyirlər. Bununla bağlı etirazlarımıza məhəl qoyulmur. Vəkillər də yaxşı anlayırlar ki, bu qanunsuzluqlardan şikayət edəcəkləri halda, aqibətləri vəkil Yalçın İmanovun aqibətindən fərqlənməyəcək. Görün, bu gün Azərbaycanda hüquq nə vəziyyətə qalıb ki, məhbus həm özünün, həm də vəkilinin hüquqlarını qorumaq üçün özünə xəsarət yetirmək məcburiyyətində qalır. Hələ mən mənəvi işgəncə olaraq, gecə saatlarında yuxudan oyatmaları, təxribat xarakterli addımları sadalamıram.

Erməni məhbus Arsenin hüquqları müdafiə olunur, yağ-bal içində saxlanır, öz vətəndaşlarına isə zülm edirlər. Hakimiyyət dini tolerantlıqdan dəm vurduğu halda, Qobustan həbsxanasının rəisi Avtandil Ağayev namaz qılarkən çiynimə atdığım əbanı oğurlatdırır, bədənimdəki xəsarətləri aktlaşdıran həkimə təzyiq göstərib, sənədi yoxa çıxartdırır. Bilmirəm, kimlər sifariş verir - Əliyev hakimiyyəti, xarici kəşfiyyat, yoxsa başqa qüvvələr... Şəxsən mənim həyatımla oyun oynayırlar. Həbsxananın rəisi Avtandil Hacıyev mənə deyir ki, “sənin qanını içərəm”.

Əziz bacı və qardaşlarım, sizdən xahiş edirəm, mənə görə həbsinizə səbəb olacaq, sizə ziyan gətirəcək heç bir addım atmayın. Allah şahiddir ki, qardaşlarımızın körpə uşaqlarının məsum baxışları qəlbimizi dağlayır. Həm də özünüzü daha böyük işlər üçün qoruyun. Allaha güvənərək, təkbaşına da olsa, öz əqidəmizlə, düşüncə və sözlərimizlə, hətta damarda axan qanımızla bu zalımlarla baş-başa gəlmək iqtidarındayıq. Allah bizimlə olduqdan sonra bu zalımlar kimdir ki?! Allah ən gözəl vəkildir. Hamınızı Allaha tapşırıram".

T.Bağırzadənin yaxınları Meydan TV-yə bildirib ki, onlar ilahiyyatçının həyatına görə çox narahatdılar:

“Talehi tanıyanlar yaxşı bilir ki, o, necə dözümlü, iradəli adamdır. Əsəbiləşən, təbdən çıxan biri deyil. Bu adam “Bandotdel”dəki dəhşətli işgəncələrə dözüb. İndi görün onu hansı həddə çatdırıblar ki, özünə xəsarət yetirməyə məcbur olub. Başqa məhbuslar vasitəsilə əldə etdiyimiz məlumata görə, gecə vaxtı onu elə əsəbiləşdiriblər, qışqırığının səsi başqa kameralara gedib”.

Penitensiar Xidmət T.Bağırzadəyə qarşı təzyiqlər barədə deyilənləri təkzib edib.

T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub.

T.Bağırzadə və digərlərinə qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. İlahiyyatçı 20 il azadlıqdan məhrum edilib. Onunla birlikdə həbs olunan digər şəxslərə də 10 ildən 20 ilə qədər həbs cəzası verilib.

T.Bağırzadə özünü təqsirli bilmir, ittihamların yalan olduğunu, polislərin evdə namaz qıldıqları vaxt insanlara silahlı hücum edib, altı nəfəri qətlə yetirdiyini bildirir.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/xcuzq6

Самое читаемое