Prezident İlham Əliyev avqustun 12-də yeni taksilərlə tanış olub

Источник: Azərtac

Başlıq: Prezident İlham Əliyev avqustun 12-də yeni taksilərlə tanış olub

Taksi Xidməti inhisarlaşır?

Статья обновлена:  13 Август 2020

İqtisadçı: “Yaxın zamanlarda Bakıda taksi xidməti göstərən avtomobillərlə bağlı yeni standartlar qəbul olunacaq”

''Bakı Taksi Xidməti'' yeni 100 ədəd 6 nəfərlik “LEVC TX” modelli "London taksi"si alıb.

Taksilər elektriklə işləyir.

“Bakı Taksi Xidməti” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Avqustun 12-də Prezident İlham Əliyev yeni taksilərə baxış keçirib. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, avtomobillər həm ev şəraitində, həm də xüsusi quraşdırılmış məntəqələrdə cərəyanla təmin oluna biləcək.

Ramin Quluzadə deyib ki, smart konfiqurasiyalı avtomobil 130 kilometrə qədər elektriklə çalışır, sonra rejimin dəyişməsi mümkündür. Bu, ətraf mühitə və ekologiyaya ziyanın sıfıra endirilməsi deməkdir.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu isə deyir ki, bu, taksi xidməti bazarının inhisara alınmasıdır:

“Ötən il müsahibələrimin birində inhisarçılıqdan bəhs edərkən "bəs ölkədə elə bir sahə varmı monopoliya olmasın", - sualına taksi xidmətləri bazarını misal göstərmişdim. Çünki ötən il taksi xidmətlərinin qiymətləri məhz rəqabətli bazar şəraitinə görə uculaşmışdı. Amma son zamanlar baş verənlər göstərir ki, bu sahədəki xidmətlərdə inhisarçılıq meylləri yaranır”.

Qubad İbadoğlu deyir ki, ötən il ərzində sərnişindaşıma fəaliyyəti xidmətindən istifadə edənlərin sayı 60-70 milyon nəfərə çatıb. Hər xidmətdən istifadə üçün orta hesabla 5 manat xərclənərsə, bu, təxminən 300-350 milyon manatlıq taksi xidmətləri dövriyyəsi deməkdir:

Qubad İbadoğlu

Qubad İbadoğlu

Источник: Meydan TV

“Dünən İlham Əliyev “LEVC TX” modelli yeni 100 ədəd "London taksi"lərinin təqdimatını edib. Bildiyiniz kimi, pandemiyaya görə metronun fəaliyyətinin müvəqqəti dayandırıldığı dövrdə ictimai nəqliyyatdakı problemləri həll edə bilməyən Bakı Nəqliyyat Agentliyinin yarıtmaz işi daha çox taksi sürücülərinin işinə yarayır. Hazırda Bakıda on minlərlə şəxs bu xidməti göstərərək ailəsinə çörək pulu qazanır. Əldə etdiyimiz məlumatlara görə, yaxın zamanlarda Bakıda taksi xidməti göstərən avtomobillərlə bağlı yeni standartlar qəbul olunacaq. Onlardan biri də istehsal ili köhnə olan avtomobillərə taksi xidməti göstərmək üçün qoyulan qadağadır”.

İqtisadçının fikrincə, o deməkdir ki, istismar müddəti çox olan avtomobillər bu xidmətdən kənarlaşdırılaraq, sahibləri də bazardan çıxarılacaq.

İqtisadçı Samir Əliyev “Facebook” səhifəsində qeyd edib ki, həmişəki kimi dövlət xətti ilə vergi ödəyicilərinin pulu hesabına alınan mal və xidmətlərin qiyməti ictimaiyyətdən gizlədilib:

“Bu taksilərin neçəyə alınması barədə məlumat verilmədi. Təəssüf ki, taksini istehsal edən şirkətin saytında da bu barədə məlumatı əldə etmək mümkün deyil. İnternetdə bir az axtarış verib onların təxmini qiymətini tapa bildim. Məlum oldu ki, bu modellərin qiyməti 57099 funt sterlinq (təxminən 127 min manat) edir. Maşının konfiqurasiyasından asılı olaraq bu qiymət dəyişə bilər, ancaq qiyməti təxminən bu həddə hesab etmək olar. Deməli, bu taksilərə ümumilikdə 12-13 milyon manat civarında pul ödənilib”.

Samir Əliyev

Samir Əliyev

Источник: Meydan TV

İqtisadçının fikrincə, narahatlıq heç də təkcə dövlət xətti ilə alınan 12-13 milyon manatlıq taksidə də deyil:

“Problem dövlətin hələ də aktiv şəkildə biznesə girişməsindədir. Taksi xidməti azsaylı sahələrdəndir ki, kifayət qədər rəqabət var. Hətta yanacağın bahalaşmasına rəğmən bu sahədə qiymətlər nəinki bahalaşmadı, hətta yaranmış rəqabət nəticəsində ucuzlaşmağa başladı. Dövlət bu sahədə rəqabəti qorumaq əvəzinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində ''Bakı Taksi Xidməti'' MMC yaradıb və öz resurslarından istifadə etməklə özəl sektoru haqsız rəqabətlə üz-üzə qoyur və bununla da onların inkişafına mane olur. Biz dövlətin büdcə yükünü azaltmaq məqsədilə öz mülkiyyətində olan şirkətləri (kommunal, nəqliyyat və s.) özəlləşdirmək və ya uzunmüddətli idarəyə verməyi gözlədiyimiz halda dövlət Azərbaycan İnvestisiya Holdinqi yaradıb öz mövqeyini daha da gücləndirmək siyasəti yürüdür”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  13 Август 2020
Bölmələr:  
Короткие линки:   http://mtv.re/01gus5

Самое читаемое