Источник: Meydan Tv

Sülh və xəyanət arasındakı incə xətt

İşğala qarşı mübarizə aparmaq müharibə tərəfdarlığı olmadığı kimi, işğala boyun əymək də sülh tərəfdarlığı deyil

İkinci dünya müharibəsinin gedişində Fransa ordusu çox utancverici şəkildə almanların mühasirəsinə düşmüş, yüz minlərlə hərbçisi və 180 generalı əsir olduqdan sonra almanlara təslim olmuşdu. Fransanı xilas etməsi üçün vəzifə başına gətirilən Marşal Peten Hitlerin alçaldıcı təklifini qəbul edərək onunla sülh imzalamışdı. Almaniya Fransanın Paris də daxil olmaqla ürəyini ələ keçirmiş, Peten isə mərkəzi Vişidə olan yeni hökümət qurmuşdu.

Almanlar qarşısındakı məğlubiyyətə və ərazisinin əhəmiyyətli hissəsini itirməsinə baxmayaraq Fransa hələ də güclü donanması, müstəmləkələri və insan ehtiyatı olan güclü ölkə idi. Lakin Peten Hitlerlə döyüşməyin mənasızlığını anlamış və onunla sülhün ən yaxşı seçim olduğu qənaətinə gəlmişdi. Başlanğıcda, əslində məhz elə bu cür idi.

Petenin təslimiyyətini qəbul etməyən bir qrup zabit, başda tank qoşunları polkovniki Şarl de Qoll olmaqla, İngiltərəyə köçüb mühacirət hökuməti qurdular və Almaniyaya müharibə elan etdilər. Və Çörçill, Kral hərbi-dəniz donanmasına Fransız donanmasını məhv etmək əmri verdi.

Əlbəttə, de Qollun mühacir hökumətinin hərbi gücü məhdud idi və yalnız Dunkerkdə xilas edilənlər və müstəmləkələrdən gələn azsaylı əsgərlərlə məhdudlaşırdı. Lakin həmin vaxt De Qollun prinsipiallığı və təslimiyyəti qəbul etməməsi, Fransanın gələcək azadlığının bünövrəsi oldu.

Almaniya Şərqdə SSRİ-yə qarşı müharibəyə başladıqdan, Stalinqrad və Kurskda məğlub olub geri çəkildikdən sonra, müttəfiqlər ehtiramla Marşal Petenə müraciət edib ondan Fransanın və Avropanın azadlıq müharibəsinə dəstək verməsini istədilər. O vaxta qədər, təslimiyyəti və almanların basqısı ilə yəhudi terroruna dəstək verməsi zərurət və məcburiyyətdən irəli gələn addımlar olaraq qəbul edilən Fransanın tarixinin ən böyük qələbələrindən biri olan Verdunun qəhrəman hərbçisi, Hitlerlə sülhə sadiq qalacağını və ölkəsində daha bir qan gölü görmək istəmədiyini bildirərək, müttəfiqlərə rədd cavabı verdi. Eləcə də müttəfiqlər əgər Fransa sahillərindən çıxartma etsələr, atəşlə cavab verməklə təhdid etdi.

Müttəfiqlər çıxartmanı İtaliyadan və ardınca Almaniyanın nəzarətində olan Normandiyadan etdilər. 25 Avqust 1944-cü ildə Paris azad edildi və Fransa işğaldan xilas oldu. Marşal Peten və digər Hitlerlə sülh tərəfdarı olan generallar, hərbçilər və mülki şəxslər-siyasətçilər, jurnalistlər, hüquqşünaslar və s. həbs edildilər və bir çoxu edam olundu. Marşal Petenə isə etdiyi xidmətlərə görə mərhəmət edildi və o ömrünün qalan hissəsini həbsxana barmaqlıqları arasında keçirməli oldu.

Maraqlısı odur ki, Fransanın ən yüksək hərbi rütbə sahiblərinin sülhü təbliğ etdikləri situasiyada, iki məşhur fransız yazıçısı, iki məşhur pasifist olan, nobel sülh mükafatı sahibi Jan Pol Sartr və "Balaca Şahzadə"-nin yazarı Antuan De Sent Ekzüperi həmin dönəmdə Fransa azadlıq hərəkatını dəstəkləmişdilər.

Ekzüperi, hətta alman işğalına dözə bilməyərək 1943-cü ildə ABŞ ordusuna qoşulmuş, gəmi ilə Atlantiki keçərək cəbhə bölgəsinə gəlmiş, 1944-cü ildə təyyarəsi Marsel yaxınlığında vurularaq vəfat etmişdi.

Sartra gəlincə, müharibədən sonra, Əlcəzairin azadlıq hərəkatına dəstək verən və buna görə də Fransada millətçi qruplar tərəfindən xain elan olunan yazıçını həbs etmək üçün Fransa Prezidenti De Qolla təzyiqlər başlamış, De Qoll isə "Sartr Fransadır" deyərək rədd etmişdi. Sonralar açıqlamasında De Qoll Sartrla bağlı "Sartr alman işğalına qarşı azadlıq hərəkatında bizimlə idi" deyərək, Sartrın sülpərvərliyinin onun vətənin dar günündəki ləyaqətli mövqeyinə mane olmadığını bildirmişdi.

Beləliklə, hər kəs birdəfəlik bunu anlamalıdır ki, işğala qarşı mübarizə aparmaq müharibə tərəfdarlığı olmadığı kimi, işğala boyun əymək də sülh tərəfdarlığı deyil.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/l9yc2o

Самое читаемое