Biləsuvarın Nəsimi kəndi

Источник: Meydan.TV

Оглавление: Biləsuvarın Nəsimi kəndi

“Su məmurların təsərrüfatına axıdılır, pambıq sahələrimiz yanır”

Biləsuvarın Nəsimi kəndinin sakinləri susuzluq üzündən əkinlə məşğul ola bilmir

“Məmurlar özlərinə kəndimizin arxa tərəfində iri əkin təsərrüfatları yaradıblar. 500 hektarda pambıq, 600 hektarda çəltik, qalan sahədə qarğıdalı əkilib. Kəndin bütün su ehtiyatı həmin sahələrə yönləndirilib. Sadə kəndlilər susuzluqdan əkinçiliklə məşğul ola bilmirlər”.

Bunu Meydan TV-yə Biləsuvarın Nəsimikənd sakinləri deyir. Onların sözlərinə görə, rayonun icra hakimiyyətinin başçısı və onun işçiləri kəndin yaxınlığında iri əkin təsərrüfatları yaradıb. Əkin-biçin vaxtı bütün su və texniki resurslar həmin əraziyə yönləndirilir. Nəticədə sadə kəndlilər əkin sahələrini suvara bilmirlər.

“Deyirlər, Araz quruyub”

Kənd sakinləri danışır:

“Kəndlərdə heç içməyə də bir ovuc su tapılmır. “Betonkanal” deyilən ərazi var, bir qram su gəlmir ora... Çünki su kanallarını bağlayıblar. Heyvanlar susuzluqdan qırılır. “Əzizbəyov” su kanalı var, rayonda ən böyük kanaldır, onun da suyu özlərinin əkin yerlərinə yönləndirilib. Əhalini aldadırlar ki, guya Araz çayında su quruyub. Halbuki, Arazın suyu aşıb-daşır və hara axdığını da hamı görür”.

Kəndlilərin sözlərinə görə, onlara vəd olunub ki, Xudafərin su anbarından ehtiyat su alınıb, 3 gün ərzində əhali içməli su ilə təmin olacaq. Ancaq xeyli vaxt ötsə də, su yoxdur. Kəndlilər:

“İcra hakimiyyətinin bütün içşçiləri pambıq əkib. Bizim kəndin sakinləri də pambıq, taxıl əkiblər. Elə adam var ki, 50 min manat kredit götürüb... Həvəsləndirdilər, boş vədlər verdilər, biz də inanıb arpa sahələrimizi şumlayıb, yerində pambıq əkdik. İndi su vermirlər ki, işimizi bilək. Hamı borcun içində batır. Bu adamlar bu pulları necə qaytaracaqlar?”

Biləsuvarın Nəsimi kəndi

Biləsuvarın Nəsimi kəndi

Источник: Meydan.TV

Pambıq əkib peşman olublar

Kəndlilərin pambıq əkini peşmançılıqları da gec qalıb. Pambıq əkinindən sonra torpaq münbitliyini itirdiyindən kəndlilər növbəti illərdə həmin ərazilərdən başqa əkin məqsədləri üçün istifadə edə bilməyəcəklər. Pambıq əkininə qədər heyvandarlıqla məşğul olanların da işi qəlizləşib. Çünki onlar da bir müddət əvvəl heyvanlarını satıb əldə etdikləri pulları pambıq işinə yönləndiriblər.

Biləsuvar Rayon İcra Hakimiyyəti deyilənləri təkzib edib. Qurumdan bildirilib ki, nə başçının, nə də qurumun başqa işçilərinin rayonda əkin təsərrüfatı var.

Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsindən isə bildirilib ki, rayonda əkin sahələri növbəli qaydada suvarılır. Havaların quraq keçməsi Araz çayında suyun səviyyəsini aşağı salıb. Bu da sahələrin suvarılmasına mənfi təsir göstərir. Rayon rəhbərliyi əkin sahələrinin vaxtında suvarılması üçün idarə alternativ variantlar düşünür.

Beləcə, su olmasa, həm Nəsimi, həm də digər kəndlərdə ağ qızıl tarlaları tamamilə məhv ola bilər.

Nəsimi kəndinin 4200 əhalisi var. Kəndlilərin əsas məşğuliyyətləri heyvandarlıq və əkinçilikdir.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/gg5saf

Самое читаемое