”Sosial şəbəklərdə və KİV-də adamı abırsız bir vəziyyətə salırlar”

Oqtay Əsədov jurnalistlərə xəbərdarlıq edib

Tahir Kərimli.Foto: arxiv
Tahir Kərimli
Tahir Kərimli


Oqtay Əsədov jurnalistlərə xəbərdarlıq edib

“Sosial şəbəkələrdə dövlətin parlamentini gözdən salırlar. Onlara informasiya yemi lazımdır. Sözləri dəyişirlər, kontekstdən çıxarırlar, ağızlarına gələni deyirlər. İstənilən səviyyədə dövlət məmurunu təhqir edirlər”.

Bunu deputat Tahir Kərimli parlamentin dekabrın 18-də keçirilən plenar iclasında deyib. O, dövlət məmurlarının və deputatların KİV-də və sosial şəbəkələrdə təhqir hədəfinə çevrildiyini deyib.

Tahir Kərimli məsələni tənzimləmək üçün “Mətbuat Şurası haqqında” qanunun qəbul olunmasını və bu quruma yeri gələndə cəzalandırıma səlahiyyəti verilməsini təklif edib:

“Eyni zamanda bu məsələ “Teleradio Şurası haqqında” qanuna da aiddir. Heç biz görmürük bir neçə günlüyünə də olsun hansısa televiziya verilişi dayandırılsın”.

Deputat vurğulayıb ki, qanunda bu məsələyə baxmaq lazımdır:

“Adamı abırsız bir vəziyyətə salırlar. Ailə tərbiyəsi görmüşük, 50-60 il yaşamışıq. Uşaqlıqdan bizi valideynlərimizin küçəyə buraxmayıb ki, o sözləri eşidək. Bizi açıq təhqir edirlər, biabır edirlər. Hər birimizin təhqir olunması parlamentin nüfuzunun aşağı salınması deməkdir. Əli Həsənov da (Prezidentin köməkçisi – red.) öz müsahibəsinə bu məsələyə toxunub”.

Oqtay Əsədov
Oqtay Əsədov

Spiker Oqtay Əsədov çıxışa cavab olaraq, parlamentdə akkreditasiya edilmiş jurnalistlərə xəbərdarlıq edib:

“Bəzən iclaslarda çıxış edən deputatların fikirlərini kontrekstdən çıxarıb yayırlar. “Xahiş edirəm ki, bu məsələdə diqqətli olun. Nə deyilibsə, onu yazın. Kontekstdən söz çıxarmaq lazım deyil”.

Ana səhifəXəbərlər”Sosial şəbəklərdə və KİV-də adamı abırsız bir vəziyyətə salırlar”