İlkin Rüstəmzadə

Источник: Meydan TV

Başlıq: İlkin Rüstəmzadə

Son centlmenlər müharibəsi

I Dünya Müharibəsi tarixə bu adla düşdü

Ermənistanın Gəncədə və Bərdədə dinc insanlarımızı bombalaması hamımızda çox böyük hiddətə və qəzəbə səbəb oldu. Bu bombardımanlar mənim yadıma sivillərin bombalanmadığı, mərd müharibələrin sonuncusu olan I Dünya Müharibəsini saldı.

I Dünya Müharibəsi xalqların bir-birinə etnik nifrətinin olmadığı (balkanları çıxmaq şərtilə) imperiyalar müharibəsi idi və dünyada və Avropada liderlik uğrunda mübarizənin nəticəsində başlamışdı. Fransanı çıxmaq şərtilə müharibəyə başlayan bütün dövlətlər sülalələr tərəfindən idarə olunurdu. Onların ordularına şahzadələr, zadəganlar başçılıq edirdi. Zabitlərinin böyük əksəriyyəti zadəgan ailələrindən gələn insanlar idi. Müharibəyə başlayan alman imperatoru Vilhelm düşmən İngiltərə kralı Corc və Rusiya çarı Nikolay ilə xalaoğlu idi. Və bu savaş olduqca vəhşi və dağıdıcı olsa da, müharibənin döyüş meydanında aparılması ilə bağlı aristokratik hərb qaydalarının və cəngavər ruhunun mövcud olduğu sonuncu müharibə idi.

Alman və ingilis əsgərləri

Alman və ingilis əsgərləri

Источник: google.az

Və bu səbəbdən də tarixə, son centlmenlər müharibəsi olaraq düşmüşdü. Müharibənin 1917-ci ilə qədərki hissəsi, xüsusilə də Gelibolu və Yutland döyüşləri.

Mülki vətəndaşların öldürülməməsi, qala istehkamlarının olduğu şəhərləri çıxmaqla şəhərlərin bombalanmaması, düşmənin batan gəmilərinin xilas edilməsi, əsirlərə humanist rəftar, məğlub tərəfə ehtiram bu iki döyüşü tarixə bu adla yazdırmışdı.

Onların sırasında bir hadisə var ki, xüsusilə məşhurdur.

1914-cü il 25 dekabr Milad Bayramı günü Belçikanın İpres şəhəri ətrafında qarşılıqlı səngərlərdə olan ingilis və alman əsgərləri bayramı qeyd edirdilər. Gecə saatlarında ingilislər bu mahnını oxumağa başlayırlar. Almanlar öncə təəccüblənir, sonra ingilislərə qoşulurlar.

Səhər 8.30-da ingilis leytenant Edvard Huls, Ceyms adlı ingilis əsgərinin alman tərəfə, Otto adlı alman əsgərinin ingilis cəbhəsinə doğru irəlilədiyini görür, öncə iki tərəf də silahlarını tuşlayır, ardınca yerə salırlar. Almanların əlində "you no fight, we no fight" kimi bəsit ingilis dilində yazılmış plakat var idi. İngilislər də səngərdən çıxırlar, əsgərlər qarşılıqlı qucaqlaşıb bayram təbriki edirlər. Ardınca isə komandalar formalaşdırıb futbol oynayırlar. Onlar futbol oynayarkən cəbhənin digər istiqamətində ağır döyüşlər gedir. Ölən əsgərləri ərazidən çıxarıb dəfn edirlər, bir-birilərilə tütünlərini, yeməklərini bölüşürlər. Ardınca əmr gəlir və səngərə qayıdıb döyüşü davam etdirirlər. Oradakı 800-ə yaxın əsgərdən müharibənin sonunda cəmi 12 nəfəri sağ qalır. Onların arasında Ceyms və Otto da var idi.

Tokio

Tokio

Источник: google.az

Jan Renuarın "Böyük İllüziya" filmində, alman komandanın ona əsir düşən fransız komandanla rəftarı həmin dövrün komandanlarının ümumiləşdirilmiş prototipi, ona dediyi "sən və mən centlmen nəslinin son nümayəndələriyik. Bundan sonrakı müharibələr belə olmayacaq. Bizim kimilərə ehtiyac qalmayacaq" sözləri isə gələcəkdən deyilən səs idi.

Elə də oldu. Öncə Yaponiya Nankinkdə 300 min sivili öldürdü, ardınca Hitlerin Frankoya dəstək üçün göndərdiyi Stukalar Guernika və Barselonadakı dinc insanları bombaladı. II Dünya Müharibəsi başladı və "terror bombardımanı" adı ilə sivilləri bombalamağı ilk dəfə hərbi nəzəriyyəyə salan amerikalı general Körtis Lemey ortaya çıxdı. "Düşmənin dinc insanlarını öldürmək lazımdır. Onlardan yetərincə öldürdükdə onlar təslim olar və siz müharibəni qazanarsınız" sitatı ilə adını tarixə yazdıran, yaponların "iblis" adlandırdığı general Lemey xalça bombardımanını ixtira etdi və Tokioda bir axınla 100 min sivili öldürən bombardımanı başladaraq hərb tarixində yeni bir dövrün qapısını açdı. Onun bu əməli o qədər dağıdıcı olmuşdu ki, Lemey Avropaya gətirildi və almanların Hamburq, Drezden kimi şəhərlərini yer üzündən silən bombardımanlara da o rəhbərlik etdi.

General Körtis Lemey

General Körtis Lemey

Источник: google.az

Lemeyin ardıcılları bu işi daha da irəlilətdilər və bu gün hər kəsin mülkilərin bombalanmasına qarşı olmasına baxmayaraq, dünyadakı ən bahalı silahların əksəriyyəti kütləvi mülki əhali qətlləri üçün istehsal olunub.

Müharibələrin olmadığı, insanların sevgi içində yaşadıqları bir dünya hamımızın xəyalı olsa da, hələ ki yalnız xəyaldır və mümkünsüzdür. Müharibələr biz istəsək də, istəməsək də var. Lakin müharibənin bəlirli əxlaq qaydalarının olduğunu və döyüşlərin hərb meydanında aparılması gərəkdiyini düşünürəm. Heç olmasa qarşımıza sivilləri bombalamaqdan həzz almayan bir düşmən çıxaydı...

Hamburq

Hamburq

Источник: google.az

Barselona

Barselona

Источник: google.az

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/hqoz2p

Самое читаемое