Источник: APA

Siyasi şərhçi: Minsk Qrupu "Sizif əməyi" ilə məşğul olacaq

Статья обновлена:  28 Сентябрь 2021

Əhməd Əlili: "Lavrovun fikri razılaşmanın interpretasiyasıdır"

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Minsk Qrupunun fəaliyyətinin bərpasına və regiona səfərlərini razılaşdırıblar.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 28-də Rusiya paytaxtında keçirdiyi brifinqdə deyib.

Lavrov bildirib ki, 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı əldə etdikləri razılaşmanın əsas nəticəsi münaqişə zonasında vəziyyətin sabitləşməsidir.

O, sabitliyin Rusiya sülhməramlıları tərəfindən qorunduğunu və buna görə də zorakılıq hərəkətlərinin müşahidə edilmədiyini deyib.

Rusiyalı diplomatın sözlərinə görə, Nyu-Yorkdakı görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ regionuna işgüzar səfərlərin bərpasını Bakı və Yerevanla razılaşdırıblar: "Bildiyim qədərilə həmsədrlər Bakıya, sonra Bərdə və Ağdama oradan da Stepanakertə gedəcəklər. Onlar Dağlıq Qarabağa səfərlərinin bərpasını və yerlərdə (o cümlədən Stepanakertdə) Ermənistan, Azərbaycan nümayəndələrilə söhbətlərini razılaşdırıblar".

Sergey Lavrov

Sergey Lavrov

Источник: Meydan.TV

Lavrovun fikirlərini Meydan.TV-yə şərh edən Rauf Mirqədirov Minsk Qrupunun fəaliyyətinin bərpasını daha çox Ermənistan və Rusiyanın istəyi kimi görür.

Onun fikrincə, bu məsələdə hər iki tərəfin öz marağı var:

"Ermənistan Minsk Qrupu vasitəsilə Dağlıq Qarabağın statusunu gündəmə gətirmək istəyir. Əslində, bu məsələ Minsk Qrupu çərçivəsində Rusiyanın da maraqlarına cavab verir. Çünki tərəflər bununla bağlı heç bir razılığa gələ bilməyəcək. Birinci, Azərbaycan statusu qəbul etmir, İlham Əliyevin təbirincə desək, status gorbagor oldu. Ümumiyyətlə, Dağlıq Qarabağ inzibati vahidi yoxdur. Ermənistan isə statusun həllinin qaçılmaz olduğunu israr edir. Ona görə də yaxın vaxtlarda bu məsələnin həlli qeyri-mümkündür. Belə olan halda Minsk Qrupu uzun müddət "Sizif əməyi" ilə məşğul olacaq. Bu, həlli mümkün olmayan bir problemin çözümü ilə məşğul olmaq deməkdir. Əlbəttə, Azərbaycan bu gedişata narazılığını bildirəcək. Məsələ ondadır ki, Azərbaycan bu formatdan rəsmi olaraq imtina etməyib. İlham Əliyev dəfələrlə Dağlıq Qarabağ probleminin mövcud olmadığını desə də, yalnız o zaman problem aradan qalxacaq ki, Azərbaycan bölgənin bütün ərazisində suverenliyini bərpa edəcək. İkinci halda erməni icması Azərbaycanın suverenliyini qəbul edib, Azərbaycan vətəndaşı kimi yaşayanda problem mövcud olmayacaq. Bunların heç biri olmadığı üçün problem hələ mövcuddur. Ona görə də həmsədrlər Xankəndinə gedib erməni icmasıyla müzakirə aparacaqlar. Sadəcə, bu təmasların nəticə verəcəyinə inanmıram. Məsələ ondadır ki, Rusiya bu "qaynar nöqtə"nin tamamilə xəritədən yox olmasında maraqlı deyil. Bəli, istisna etmirəm ki, Moskva Bakı-Yerevan arasında sülh müqaviləsinin bağlanmasına təqdir edəcək, müəyyən zaman imzalanmasına yardımçı olacaq. Lakin Dağlıq Qarabağdakı problemin həllini mümkün qədər uzatmağa çalışacaq".

Rauf Mirqədirov

Rauf Mirqədirov

Источник: AzadliqRadiosu

R.Mirqədirov deyib ki, Rusiya praktik məsələlərin həllini özü həll etməyə çalışacaq: "Bura kommunikasiyaların açılışı, demarkasiya, demilitasiya məsələləri və Baş nazirlərin üçtərəfli komissiyası qrupunun görüşləri daxildir. Minsk Qrupu isə burda təqdiredici rolda çıxış edəcək, ruslar onların bu məsələlərə qarışmasına imkan verməyəcək".

Siyasi icmalçı Əhməd Əlili deyir ki, Sergey Lavrovun açıqlamasında ən vacib hissə "mən bildiyim qədərilə" ifadəsidir: "Mümkündür ki, real razılaşma var, amma bu razılaşmanın Lavrov tərəfindən interpretasiyası da var. Yəni bu özü maraqlı məqamdır".

Onun sözlərinə görə, rəsmi Bakı Minsk Qrupunun müharibəyə qədərki fəaliyyətinin bərpa olunmasını istəmir: "Azərbaycan Rusiyaya qarşı müəyyən balans yaradılması üçün Minsk Qrupunun bərpasını istəyir. Həm də Rusiya xatırlatsın ki, vaxtıyla regionda yerləşdiriləcək sülhməramlıların qonşu ölkələrdən olmaması razılaşdırılıb. Məsələ ondadır ki, Rusiya iki məsələdə bu razılığı pozur, çünki həm qonşu ölkədir, həm də həmsədr. Prezident Əliyevin son müsahibəsində də sezildi ki, Minsk Qrupunun fəaliyyəti əvvəlki formada bərpa olunmayacaq. Konkret olaraq, dövlət başçısı "Anadolu" agentliyinə müsahibəsində həmsədrlərin keçmiş fəaliyyətini tənqid etdi. Yeni çərçivələr cızdı ki, hansı formada qrupun fəaliyyəti arzuolunandır. Güman ki, müəyyən qədər razılaşmalar var".

Əhməd Əlili

Əhməd Əlili

Источник: Əhməd Əlilinin şəxsi arxivindən

Minsk Qrupunun fəaliyyəti ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayır.

Həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunaraq Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilmişdir. 1997-ci ildən isə ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.

2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb.

44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  28 Сентябрь 2021
Bölmələr:  
Короткие линки:   http://mtv.re/4hn8cq

Самое читаемое