Seymur Həzi

Источник: Meydan TV

Başlıq: Seymur Həzi

“Siyasi dialoq” haqqında

Kim kiminlə nəyi danışmalıdır?

Jurnalistlər tez-tez sual verirlər: “Filan partiya ilə hökumət nümayəndələri arasında görüş keçirilib, bunu dialoq sayırsızmı? İqtidar müxalifət dialoqu necə olmalıdır?” Bu cür suallara məcbur qalmadıqca cavab verməməyə çalışıram. Bunun köklü səbəbləri var. İlk növbədə dialoq anlayışının düzgün qavranmamasıdır. Hətta özünü bu prosesin ayrılmaz elementi hesab edən siyasət subyektləri belə nəinki bu anlayışın nəzəri təfsirini, hətta yaxın tarixdəki praktiki nümunələrini öyrənməyiblər. Öyrəniblərsə də, ya düz nəticə çıxarmayıblar, ya da düz nəticə çıxardıqlarını büruzə vermirlər ki, işin əyri gedişi hiss olunmasın. Siyasi dialoq və ya diskussiya anlayışları eynidirmi?

Dialoq nəzəriyyədə və təcrübədə

Nəzəriyyədə ən azı iki tərəfin cəlb olunduğu müzakirə prosesini dialoq adlandırmaq olar. Amma təcrübədə istisnasız olaraq dialoq böhran vəziyyətlərinin zəruri etdiyi müzakirə formasıdır. Burada mütləq böhran və anlaşa bilməyən tərəflər mövcuddur. Məsələn, BMT-nin Livya üzrə dialoq forumları buna nümunədir. Ya da vaxtilə ATƏT-in Bakı ofisi seçki məsələləri üzrə iqtidar-müxalifət dialoqları təşkil edirdi. Bu siyahını istənilən qədər uzatmaq olar. Mahiyyət budur ki, dialoq prosesi “böhran masası” statusundakı tərəflərin müzakirə formatında çıxış yolu axtarmasıdır. Bir siyasi sistemdə “dialoq nailiyyətdir” demək “xəstə komadan ayıldı” deməkdir. Çünki siyasi dialoq danışıq imkanlarının bitdiyi və böhran həddə çatdığı sistemlərdə vacib instrument kimi lazım olur.

Normalda necə olur?

Normal siyasi sistemlərdə parlamentlər siyasi ünsiyyətin açıq və birbaşa meydanı rolunda çıxış edir. Fraksiyalar ən müxtəlif məsələləri gündəlik müzakirə edirlər, konsensusa gəlirlər və ya səsvermə yolu ilə münasibət bildirirlər. Təsəvvür edək ki, bizim parlamentdə A, B, C, D, E olmaqla 5 fraksiya var. X məsələsi üzrə müzakirədə hakim B fraksiyası ilə müxalif D və C fraksiyasının fikri üst-üstə düşür. A və E fraksiyaları başqa mövqedə olurlar. Müzakirələr başlayır, layihənin qəbul olunması üçün A və ya E fraksiyasından səslərə ehtiyac var və bu zaman müxalif qalmış tərəf layihyə təkliflərini verir, nəyin ixtisar olunmalı olduğunu irəli sürür. Nəticədə razılaşma olur və bu layihə milli maraq ifadəsi hesab edilir. Ya da milli marağı ifadə edə bilmirsə, qəbul edilmir. İndi siz düşünün, bizim parlamentdə belə bir mühit olsaydı, şəhid ailələrinə və qazilərə ayrılan müavinət beləmi olardı? Yoxsa, manatı 5 ildə 5 dəfə ucuzlaşdıran Milli Banka yeni bina tikmək üçün az qala yarım milyard manat pul ayrılardı? Bunlar işin sosial iqtisadi tərəfidir.

Siyasi tərəfi

Bu dialoq məsələsini ortaya atmaq o deməkdir ki, normal parlamentdən əlinizi üzün. Yəni ölkənin normal siyasi həyatı olmayacaq. Azərbaycan AB ilə danışıqlar aparır, eyni zamanda da ölkədə siyasi partiyalarla. Bu bilirsiniz nə deməkdir? – “Biz hələ özümüzlə danışmağa hazır deyilik”. Nəinki sizinlə. 44 günlük müharibə göstərdi ki, Azərbaycanda ən artıq məsələ “siyasi dialoq” prosesidir. Niyə? Çünki lazım olanda bütün cəmiyyət milli məsələnin ətrafında birləşə bilir. Bu isə siyasi sistemin subyektlərinin məsuliyyətinin ifadəsidir. Məsuliyyətli siyasi subyektlərlə ölkədaxili məsələlərdə qarşı tərəf kimi davranmaq yumşaq desək, naşılıqdır. Amma bunun vacibliyini kimsə ideologiyalaşdırırsa, deməli, onun başqa niyyəti var. Yəni hələ də bulanıq suda balıq tutmaq eşqindədir. Bunu isə daha çox suya məsul olan düşünməlidir, çünki düşünmək üçün elə də çox vaxt qalmayıb.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/uy4vfd

Самое читаемое