Bakı-Yalama elektrik qatarı

Источник: Foto: arxiv

Оглавление: Bakı-Yalama elektrik qatarı

Sərnişinlər: Bakı-Yalama elektrik qatarı tələbatı ödəmir

“Əvvəlki kimi gündə 2 reys etsələr, hamı razı qalar”

“Əvvəl günün 2 saatı (səhər, axşam) Bakıya qatarla gedə bilirdik. Özü də qənaətlə, çox az pula başa gəlirdi. Bakı-Yalama-Bakı istiqamətində yüzlərlə yaşayış məntəqəsi var. Məsafədən asılı olaraq Bakıya gedib-gəlmək 1-3 manat edirdi. İndi avtobuslarda qalmışıq. Həm narahatdır, həm də baha”.

Bakı-Yalama dəmir yolundan istifadə edən sərnişinlər Meydan TV-yə belə deyiblər. Bildiriblər ki, bu ətrafda yaşayan insanların 90 faizi aztəminatlıdır. Qatardan istifadə edənlərin isə demək olar ki, hamısı:

“Pulu olanın maşını var, ya da taksiylə gedir. Həmin reyslərdən istifadə edənlərin hamısı kasıblar idi. Sovetdən qalan qatarlar olsa da, hər gün bu marşrut ilə 2 dənə qatar işləyirdi. Keçdiyi ərazilərdə yaşayanların nəqliyyata olan tələbatını pis-yaxşı təmin edirdi”.

Sərnişinlər deyirlər ki, 6 il əvvəl həmin 4 vaqonlu qatarlar ləğv edilib. Bir müddət sırf dəmiryolçular üçün fəaliyyət göstərib. Sonradan sərnişinlərin çoxsaylı arzu və təklifləri nəzərə alınaraq həmin istiqamətdə qatarların hərəkəti bərpa edilib. Ancaq gündə bir dəfə olmaqla:

“Hazırda Bakı-Yalama-Bakı elektrik qatarı hər gün saat 20-00-da Bakı sərnişin stansiyasından yola düşür. Saat 01-10-da Yalama stansiyasına çatır. 03-30-da Yalama stansiyasından Bakıya geri qayıdır. Çatmır, 1 reys bu qədər insanın tələbatını ödəmir”.

Şikayətçilər deyirlər ki, düzdür, hazırda işləyən bu qatar 6 vaqonludur və daha müasir, rahat və yenidir. Amma sərnişinlərin tələbatını tam ödəyə bilmir:

“Qatarın keçdiyi Keşlə, Biləcəri, Xırdalan, Güzdək, Sumqayıt, Yaşma, Giləzi, Siyəzən, Şabran, Xaçmaz, Yalama və s. yaşayış yerlərində, ara stansiyalarda kifayət qədər əhali yaşayır. Onların əksəriyyəti aztəminatlıdır. Əgər sərnişinlər əvvəl ara məsafədən asılı olaraq 1-3 manata rahat və qənaət edərək bu qatarla gedib-gəlirdilərsə, indi məcbur olub avtobuslara 3-6 manat xərcləyirlər”.

Sakinlər deyirlər ki, bu maştrutla gündə 2, hətta 3 qatarın günün müxtəlif saatlarında işləməsinə ehtiyac var. Bu sərnişinlər üçün həm sərfəli, həm də rahat olar:

“Biz adlarını dediyimiz ərazilərdə yaşayan sakinlərik. “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovdan xahiş edirik ki, yenidən bizim gündəlik heç olmasa bir reysimizi bərpa etsinlər. Ya Bakı-Yalama-Bakı maştrutu ilə hərəkət edən elektrik qatarlarının, ya da reysin sayı artırılsın ki, bizim nisbətən ucuz nəqliyyata olan tələbatımız tam ödənsin. Əziyyət və artıq xərc çəkmədən bu qatarlardan istifadə edə bilək”.

“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Meydan TV-yə bildirilib ki, ola bilər gün ərzində gedən bir reys sərnişinlərə azlıq edir. Bu zaman sakinlər onlara müraciət etməlidir:

“Zəng etsinlər və yaxud gəlsinlər, problemlərini söylsinlər, dinləyək. Əgər həqiqətən bir reys azlıq edirsə, tələbata uyğun olaraq artırıla və yaxud tənzimlənə bilər. Ancaq bunun üçün şikayətçilərin birbaşa bizə müraciət etmələri lazımdır”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/hgguu0

Самое читаемое