Separatçı “Dağlıq Qarabağ Respublikası”nda prezident seçkiləri

Источник: Foto: https://eurasia.expert/

Başlıq: Separatçı “Dağlıq Qarabağ Respublikası”nda prezident seçkiləri

“Separatçıların andiçmə məsələsinə xüsusi diqqət yetirmək lazım deyil”

Siyasi icmalçılar Ermənistanın addımını şərh edib

Azərbaycanın işğal altında olan torpaqlarında yaradılmış separatçı “Dağlıq Qarabağ Respublikası” prezidentinin andiçmə mərasimi Şuşa şəhərində təşkil olunacaq. Mərasim mayın 21-də baş tutacaq.

Tanınmamış respublikada əvvəlki prezident seçkiləri zamanı bu cür tədbirlər Xankəndində baş tuturdu. Mərasimdə Ermənistan Baş naziri Nikol Paşinyanın da iştirakı rəsmi Yerevanın işğalda iştirakının təsdiqləyən amillərdən biri sayılır.

Meydan TV siyasi icmalçılara “Ermənistan bu addımı ilə nə demək istəyir” sualını ünvanlayıb.

Deputat Rasim Musabəyov separatçıların andiçmə mərasiminə xüsusi diqqət yetirməməyi məsləhət görür:

“Təkcə ora toplaşanları bir futbol stadionuna yığmaq mümkündür. Ona görə qondarma seçkilərin iştirakçılarının tədbirinə reaksiya verməyə dəyməz”.

Rasim Musabəyov

Rasim Musabəyov

Источник: Foto: sosial şəbəkə

Rasim Musabəyov bildirib ki, Rəsmi Bakı sərt addımı yalnız Nikol Paşinyan “biz torpaqları qaytarmayacağıq” söyləyəndə atmalıdır:

“Yəni onların qondarma seçkiləri heç bir əhəmiyyət kəsb etmir. Çünki heç kim tanımır və reallıqları da dəyişmir”.

Telejurnalist Qulu Məhərərmlinin sözlərinə görə, işğalçılar bununla demək istəyir ki, onlar artıq respublika yaradıblar, ayrıca dövlətdilər:

“Azərbaycanın da bizimlə bacarmaq iqtidarı yoxdur. Bununla onlar bizim heysiyyatımızı nümayişkarənə şəkildə təhqir edirlər”.

Qulu Məhərrəmli

Qulu Məhərrəmli

Источник: Foto: Meydan TV

Qulu Məhərrəmli bildirib ki, separatçıların andiçmə mərasiminin arxasında daha ciddi mesajlar dayanır:

“İlk növbədə Azərbaycanın müstəqilliyinə təhdid, dövlət kimi varlığına qarşı təhlükəli addım atırlar. Ən əsası bunların hamısı bir yerdə Rusiyanın himayədarlığının nümayişidir”.

Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov Azərbaycan cəmiyyətində bu cür məsələlərdə hay-küy qaldırmağın səbəbini başa düşmədiyini bildirib:

“Şuşa 28 ildir işğal olunub. Bəli, Azərbaycan torpaqları işğal altındadır, biz də müqəddəs, tarixi və çox böyük insanlarımızın yaradıcılığı ilə bağlı ərazilərimizə gedə bilmirik. Amma illərlə torpaqlarımızı işğal altındadır, biz isə hay-küy qaldırmışıq ki, işğalçılar Şuşada inaqurasiya keçirirlər. Mən bunun səbəbini bilmirəm, yalançı vətənpərvərlik nəyə lazımdır?! Məgər, separatçılar Xankəndində inaqurasiya keçirsəydilər, nəsə dəyişəcəkdimi? Düzdür, Xankəndi də Azərbaycanın tarixi ilə bağlı vacib şəhərlərdən biridir. Sözsüz ki, Nikol Paşinyan və tərəfdarları tədbiri Şuşada keçirməklə Ermənistan cəmiyyətinə və Dağlıq Qarabağ ermənilərinə mesaj verir ki, bu şəhər heç vaxt Azərbaycan torpağı olmayacaq. Ümumiyyətlə, Ermənistan nəinki Şuşanı, Dağlıq Qarabağ ətrafındakı rayonları da qaytarmaq istəmirlər. Ən yaxşı halda 5 rayonu müzakirəyə çıxarıblar, Laçın və Kəlbəcər barədə danışmaq belə istəmirlər. Yəni Şuşadan heç bir söhbət getmir”.

Rauf Mirqədirov

Rauf Mirqədirov

Источник: Foto: Sosial şəbəkə

R.Mirqədirov hesab edir ki, diplomatik şəkildə sərt reaksiya verilməlidir, amma hay-küy səviyyəsində yox:

“Ən yaxşı addım zəruri olanı etməkdir, əgər bunu etmiriksə, şüvən qoparmağın heç bir təsiri yoxdur. Son 30 ilin acınacaqlı tərəfi odur ki, biz hər rayonun işğal gününü qeyd edirik. Təsəvvür edin ki, 1300 il əvvəl ərəblərin faciəsini necə qeyd ediriksə, Xocalının, Ağdamın, Zəngilanın və başqa rayonların işğalını da elə yada salırıq. Bilmirəm, səhrada ölən ərəblərin bizə nə aidiyyatı var, amma işğal altındakı rayonlar bizimdir. Əslində, belə tədbirlər milləti aşağılayır və özünə inam hissini öldürür. Belə çıxır ki, biz məğlubiyyətlərimizi qeyd edirik. Halbuki, zəruri qərarlar qəbul edilməlidir. Dünya xalqlarının tarixinə nəzər saldıqda, insanlar daha çox qalibiyyət və şərəf günlərini qeyd edirlər. Yaxud 20 yanvarı matəm günü kimi qeyd etməyə ehtiyac yoxdur, əslində, şərəfli tarixin yad edilməsi günü olmalıdır”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/mwr60e

Самое читаемое