Источник: Meydan TV

Şəki sakini: Əlilliyi olduğu üçün evinə işıq, qaz çəkmirlər

Статья обновлена:  18 Апрель 2019

Almas Əmirova qardaşı oğlu üçün əlaqədar qurumlara müraciət ünvanlayıb

“Qardaşım Oruc bir neçə il əvvəl xəstəlikdən vəfat edib. Oğlu, 3-cü qrup əliliyi olan Sərvər Əmirov tək qalıb. Onun yaşayış şəraiti və dolanışığı ağırdır. Evinə qaz və işıq çəkilmir. Nəticədə, qaranlıq, soyuq bir daxmada yaşamağa məcburdur”.

Şəkinin Baş Göynük kəndinin sakini Almas Əmirova belə deyir. O, 29 yaşlı qardaşı oğluna görə çox narahat olduğunu söyləyir:

“Onun yaşadığı daxmaya işıq və qaz çəkilməsi üçün dəfələrlə yerli orqanlara ərizə ilə müraciət etmişəm. Heç bir xeyri olmayıb. Qardaşım oğlu Sərvər fiziki cəhətdən güclü olsa da, son 3 ildir ki, qışı da, payızı da elektriki və qazı olmayan birotaqlı daxmada keçirib. Yazıq uşaq mağara şəraitində yaşamağa, daha doğrusu, mövcud olmağa məhkumdur”.

Almas Əmirova deyir ki, kənd əhalisi Sərvərin qeydinə qalır, ona əllərindən gələn köməyi göstərirlər. Ancaq bəzi şeylər var ki, onlar əhalinin əlindən gəlmir, gərək dövlət də kömək etsin:

“Aidiyyatı təşkilatlar onun evinə qaz və elektrik sayğacı qoydurub adam kimi yaşamasına imkan vermirlər. Sərvər pulu olmadığına görə Robinzon Kruzo kimi tək-tənha yaşayır. Çox sakit və avam olduğuna görə kənd sakinləridən bəziləri onu aldadaraq, gündəlik 2-3 manat pul verib öz təsərrüfatlarında qul kimi işlədirlər. Çarəsiz tifil də özünə çörək almaq üçün bütün əzablara qatlanır”.

Bibisi deyir ki, Sərvərin əlilliyə görə aldığı çox az təqaüddən başqa gəliri yoxdur. Hətta ünvanlı sosial yardıma da müraciət edib, verməyiblər:

“Axı o da insandır. Aldığı qəpik-quruş təqaüdünü dərmanlara veririk ki, xəstəliyi artmasın. Onun gündəlik quru çörəkdən başqa yeməyə heç nəyi olmur. Kim inanmırsa, kəndimizə gəlib, Sərvərin dəhşətli yaşam tərzinin şahidi ola bilər”.

Almas Əmirova qardaşı oğlu Sərvər Əmirovun işıqsız, qazsız, ağır vəziyyətdə yaşaması ilə bağlı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, energetika naziri Pərviz Şahbazova, iqtisadiyyat naziri Şahin Mustafayevə, Azərbaycan Respublikasının Audit-Azərbaycan təşkilatına, SOCAR prezidenti Rövnəq Abdullayevə, “Azəriqaz” İB-nin sədri Əkbər Hacıyevə, Azərenerji ASC-nin sədri Baba Rzayevə, “Azərişıq” ASC -nin sədrinə, Ombudsman Aparatının sədri E.Süleymanovaya, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə məktubla müraciət edib. Xahiş edib ki, tənha və əlil qardaşı oğlu Sərvərə bir vətəndaş olaraq işıq və qaz sayğaclarının qoyulması üçün aidiyyatı üzrə tapşırıqlar versinlər.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Şəki Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Ümumi şöbədən bildiriblər ki, sayğacla təmin olunmaq hər bir vətəndaşın haqqıdır:

“Amma bu işə biz baxmırıq. Aidiyyatı qurumlara müraciət edin. O adamın ağır vəziyyətdə yaşamasına gəlincə, sosial fonda müraciət edə bilər”.

Şəki Regional Elektrik Şəbəkəsi və Qaz İstismar İdarəsindən isə məsələni araşdıracaqlarını söyləyiblər.

Hüquqşünas Səməd Rəhimli deyir ki, belə olan halda Sərvər Əmirov aidiyyatı qurumlara evinə işıq və qaz çəkilməsi üçün ərizə ilə müraciət etməlidir. Aidiyyatı qurumlar bundan imtina edə bilməzlər. Əgər imtina etsələr, vətəndaş məhkəməyə müraciət etməlidir:

“O zaman həmin qurumlar məhkəmədə vətəndaşın evinə elektrik və qaz çəkilməməsinin səbəbini izah etməlidirlər. Əgər məhkəmə şəxsi məhdud fəaliyyət qabiliyyətli sayarsa, o zaman ona himayəçi təyin olunmalı, həmin himayəçi ilə müqavilə bağlanmalıdır. Çünki qanunla məhdud fəaliyyət qabiliyyətli şəxslə müqavilə bağlamaq mümkün deyil”.

Evin vəziyyəti

Evin vəziyyəti

Источник: Meydan TV

Evin vəziyyəti

Evin vəziyyəti

Источник: Meydan TV

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  18 Апрель 2019
Pазделы:  
Короткие линки:   http://mtv.re/5d434l

Самое читаемое