Источник: Meydan Tv

Şəfəq Ağacan aclıq aksiyasına başladığını deyir

“Gündən-günə ölümə yuvarlandığımı hiss edə bilirəm”

"Bakupress.az" saytının təsisçisi və baş redaktoru Şəfəq Ağacan aclıq aksiyası keçirir. Onun "Facebook" hesabından bu barədə məlumat yayılıb. Məlumatda bildirilir ki, o, aclıq etməklə istintaqın gedişinə narazılığını bildirir:

"Mənə qarşı Bakı Şəhər Baş Polis İdarəsində aparılan istintaqda açıq şəkildə qərəzli davranışların şahidi olduğum, həmçinin aid olmadığım yerdə olduğum üçün psixologiyam təmiz pozulub. Bu neçə gün şokda olduğum üçün çox düşünə bilmirdim. Burada səhhətim dəfələrlə ağır şəkildə pozulub. İstintaqdan qaçmadığımı, tam əksinə maraqlı olduğumu və sifarişçini öyrənmək istədiyimi bildirərək, səhhətimə görə həbs-qətimkan tədbirimin ev dustaqlığı ilə əvəz edilməsini tələb etsəm də, dəyişən heç nə olmadı. Gündən-günə ölümə yuvarlandığımı hiss edə bilirəm. Buna görə də 21 maydan aclıq aksiyasına başladığımı bildirirəm. Əgər öləcəmsə, bunun haqsızlığa üzülərək yox, haqqımı tələb edərək olmasını istəyirəm", - Şəfəq Ağacanın "Facebook" hesabında yazılıb.

Penitensiar Xidmət Ş.Ağacanın aclığa başladığını təsdiqləsə də, Bakı İstintaq Təcridxanasının rəhbərliyinin onunla apardığı profilaktik söhbətlərdən sonra aksiyanı dayandırdığını, rəhbərliyə də bu haqda ərizə təqdim etdiyini bildirib.

Şəfəq Ağacan qızı Ağabalayeva mayın 1-i Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, marixuana satışında ittiham olunur.

43 yaşlı Ş.Ağacan isə şərləndiyini bildirir.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/l1s2iz

Самое читаемое