Источник: Meydan tv

Seçki lüğəti: Karusel, onbaşı, yüzbaşı, proksi səsvermə

Seçki lüğəti: Karusel, onbaşı, yüzbaşı, proksi səsvermə

Sentyabrın 15-i dünyada Beynəlxalq Demokratiya Günü kimi qeyd edilir. Bu qərarı 2007-ci ildə BMT qəbul edib və üzv dövlətləri bu günü qeyd etməyə dəvət edib. BMT demokratiyanı insanların azad şəkildə öz siyasi, iqtisadi, sosial və mədəni sistemlərini müəyyən etmə iradəsinə əsaslanan universal bir dəyər kimi müəyyən edir. Demokratik idarəçilik azad və ədalətli seçkilərin keçirilməsi ilə mümkün olur. İndi gəlin Azərbaycanda keçirilən seçkilərə göz ataq.

Gülzar Məmmədli və Xalid Xanlarov 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərində müstəqil müşahidəçi olublar. Deyirlər, onları seçki otağından uzaq tutmaq üçün tez-tez mətbəxə çağırıblar.

Gənclər seçki günü bir neçə qanun pozuntusu qeydə alıblar.

Təkcə gənc müşahidəçilər yox, həm də ATƏT-in Müşahidə Missiyası seçkinin qanun pozuntuları ilə müşahidə olunduğunu açıqladı. Və bundan sonra hakimiyyətyönlü jurnalistlərin səsi zalı götürdü...

Seçkini müşahidə edən yerli və beynəlxalq təşkilatlar səsvermə prosesində ciddi qanun pozuntularının olduğunu açıqlasa da, Mərkəzi Seçki Komissiyası İlham Əliyevin 86 faiz səslə 4-cü dəfə prezident seçildiyini elan etdi. Komissiyanın seçkinin nəticəsi ilə bağlı protokolunu MSK-nın bütün üzvləri imzaladı.

2013-cü ildə Prezident Seçkilərində və 2015-ci ilin parlament seçkilərində MSK-nın üzvü olan Akif Qurbanov səsvermənin yekunları ilə bağlı protokola qol çəkmədi.

Akif Qurbanov əlavə edir ki, protokola qol çəkmək üçün üstörtülü şəkildə hədə-qorxu da gəlinib, yaxşı həyat vəd edən də olub.

Hökumət nümayəndələri bildirirlər ki, seçki azad və şəffaf keçirilir. Bəs vətəndaşlar necə ölkədəki seçkilərə etibar edirlərmi?

Seçkini ilk dəfə müşahidə edən Gülzarla Xaliddən soruşuruq ki, birinci təcrübələri onların yaddaşında necə qaldı?

Gənclər ilk seçki müşahidəçilərində xəyal qırıqlığına uğrasalar da, ədalətli seçki görənə qədər müşahidə edib nöqsanları deməyə davam edəcəklərini deyirlər.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/kmrjl6

Самое читаемое