None

Источник: 

Səbət toxuyan oğlan

Qismət Rəhimov 10 ildən artıqdır ki, Gəncədə səbət toxuyur. Elə bu sənəti də babasından öyrənib.

Qismət səbət toxuma işini qədim əl sənəti olduğunu desə də, təlabatın az olduğunu da deyir. "Əvvəllər səbətlərə daha çox tələbat var idi. Zaman keçdikcə, tələbat azalmağa başladı. Səbəb, torba və taxta yeşiklərin çoxalması oldu". Qismət, bu günə qədər minlərlə səbət hazırlayıb. Səbətin qiymətləri 5-20 manat arası dəyişir: "Gəncəyə gələn adamlar da meyvə və tərəvəzi bu səbətlərə yığıb qonaq aparırlar. Hətta bəzi kənd yerlərində adət-ənənəni saxlamaq üçün cehiz kimi də istifadə olunur. Hal-hazırda səbət məişətdə istifadə olunur, meyvəni və tərəvəzi yaxşı saxlayır. Kartof, soğan üçün isə çox əlverişlidir. Səbətdə qalan kartof göyərmir. Ona görə bir çoxu bu səbətlərdən alıb isitfadə edirlər.

Bir günə təxminən 6-7 səbət hazırlaya bilirəm. Sifariş olduqda babamla birlikdə işləyirik. Əsas odur ki, gündəlik dolanmaq üçün pulumuzu çıxarda bilirik".

Qismət yeni səbət hazırlamaq üçün qarğıları bir araya gətirir

Qismət yeni səbət hazırlamaq üçün qarğıları bir araya gətirir

Səbətin hazırlanmasında istifadə olunan alətlər

Səbətin hazırlanmasında istifadə olunan alətlər

Yeni səbət hazırlamaq üçün qarğının uc hissəsinə iki dənə taxta parçası qoyularaq dörd hissəyə bölünür

Yeni səbət hazırlamaq üçün qarğının uc hissəsinə iki dənə taxta parçası qoyularaq dörd hissəyə bölünür

Daha sonra qarğı, bıçaq vasitəsilə təmizlənir

Daha sonra qarğı, bıçaq vasitəsilə təmizlənir

Bir səbət hazırlamaq üçün təxminən 30-40 dəqiqə vaxt sərf olunur

Bir səbət hazırlamaq üçün təxminən 30-40 dəqiqə vaxt sərf olunur

Günün müəyyən hissəsini səbət tikməyə sərf edir

Günün müəyyən hissəsini səbət tikməyə sərf edir

Qismət müxtəlif ölçülü səbətlər hazırlaya bilir

Qismət müxtəlif ölçülü səbətlər hazırlaya bilir

Hazırladığı səbətləri Gəncə və ətraf rayonlardan olan müəyyən adamlar sifariş verir

Hazırladığı səbətləri Gəncə və ətraf rayonlardan olan müəyyən adamlar sifariş verir

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/uttrl9

Самое читаемое