”Saytların bloklanması konstitusiyaya ziddir”

27 apreldə Səbail Rayon Məhkəməsində azadliq.org azadliq.info, azerbaycansaati.com, meydan.tv saytları, Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı iddiaya baxılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin qaldırdığı iddia ərizəsi ilə bağlı proses qurumun  nümayəndəsinin etibarnamə təqdim etmədiyindən təxirə salınıb. Hakim Nurəddin Bağırovun sədrlik etdiyi prosesə jurnalistlər buraxılmayıb.

Media mütəxəssisi Ələsgər Məmmədli deyir ki, bu saytlarda qadağan olunmuş informasiya yayılıbsa, hökumət öncə yazılı xəbərdarlıq etməlidir.

Bağlanmış “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli bildirir ki, hökumət internet əsrində bloklanmaya nail ola bilməyəcək. Alternativ üsullarla jurnalistlər yenə işlərinə davam edəcəklər.

Növbəti məhkəmə proses mayın 1-də, saat 15:00-da keçiriləcək.

Ölkə başçısı İlham Əliyev isə çıxışlarında internetin azad olduğunu söyləyir.

Ana səhifəVideo”Saytların bloklanması konstitusiyaya ziddir”