Zəlzələdən zədələnmiş mənzil

Источник: meydan tv

Оглавление: Zəlzələdən zədələnmiş mənzil

Şamaxıda: Zəlzələdən zərərçəkmiş evlərin təmirində ayrı-seçkilik edilir

Статья обновлена:  28 Июнь 2019

''Bu vəziyyətdə olan evi tikmirlər, amma şəhərdə yaşayan imkanlı adamlar var, onların evlərini tikirlər''

“Divarlar bir-birindən aralanıb, çit parçalar doldurmuşuq ki, evə ilan girməsin. Atam əzab-əziyyətlə ev tikdi, xeyrini görə bilmədi”.

Bu sözləri Meydan TV-yə Şamaxı rayonu, Həmyəli kəndində məskunlaşmış kəlbəcərli məcburi köçkün Sevda Cəfərova deyir.

Onun sözlərinə görə, bu ilin əvvəlində Şamaxıda baş verən zəlzələ evlərini qəzalı vəziyyətə salıb. Yaradılmış komissiya nümayəndələri tərəfindən evə baxış keçirilərək, qərara alınıb ki, bərpa olunsun. Lakin Sevda Cəfərova bununla razı deyil:

zəlzələdən zədələnmiş mənzil

zəlzələdən zədələnmiş mənzil

Источник: meydan.tv

“Kəlbəcər işğal olunandan sonra Şamaxının Həmyəli kəndinə köçmüşük. 1993-cü ilin aprelin 4-dən burada məskunlaşmışıq, artıq 26 ildir. O vaxt Həmyəli kəndində xəstəxana tikildi, lakin istifadəyə verilmədi, məcburi köçkünlər yerləşdirildi. İllər əvvəl həmin bina qəzalı vəziyyətə düşəndə, o vaxtkı icra başçısı binanın üstünü sökdürdü ki, yaşamaq təhlükəlidir. Bundan sonra da orada məskunlaşan adamlar Bakıya və müxtəlif regionlara üz tutdu. Biz isə Həmyəlidə qaldıq, çünki buranın havası xəstə anama düşürdü. Atam Məhər Cəfərov Məhəmməd oğlu 1934-cü ildəndir. Özünün və anamın təqaüdü hesabına bir mətbəx və iki otaqdan ibarət ev tikdi. Altı ildir tikilib, yenicə evə yığışmışdılar ki, anam vəfat etdi. Sonra da zəlzələ oldu. Görün, ev hansı vəziyyətədir. Erməninin tifağı dağılsın, torpaqlarımız işğal olunmasaydı, anam xəstə düşüb, sonra da vəfat etməyəcəkdi. Hökumətin betondan olan xəstəxana binasında anam, qardaşlarım xəstəlik tapdı. Atam yaşlı adamdır, ona hörmətsizlik edirlər. Mən də dözə bilmirəm, əsəb keçirirəm. Fövqəladə Halar Nazirliyinin nümayəndələri evi baxış keçirib getdilər. Sonradan Həmyəli kənd inzibati ərazi dairəsindən bizə xəbər gəldi ki, evimizə təmir yazıblar. İki divar bir-birindən aralanıb, onun nəyini təmir edəcəklər? Evin seyf qapısı divardan aralanıb, indi bağlanmır. Yeni açar aldıq, usta baxdı, dedi ki, mümkün deyil, divar aralanıb deyə qapı bağlanmır. Atam evin qapısını açıq qoyub, bizə gəlmişdi”.

Şikayətçinin sözlərinə görə, evin qəzalı olması ilə əlaqədar Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət olunub. Lakin onlara qarşı laqeyid, yad münasibət göstərilir:

“Çünki biz gəlməyik, məcburi köçkünük. Gəlib, yerli camaatın evlərini tikirlər, amma mənim atam qorxudan öz evinə girə bilmir. O, kənardan olduğu üçün evinə də dırnaqarası yanaşıblar. Özünüz də baxın, bu ev təmirlikdir? Ev adamın başına uçur. Kənddə elə adamlara ev tikirlər ki, heç köhnəsinin təmirinə ehtiyac yoxdur.

Atam Bakının və Şamaxının havasını götürmür. Ağır təzyiq xəstəsidir. 26 ildir ki, Həmyəlidə yaşayır. Evindən çıxmaq istəmir. Şamaxıya, mənim evimə gələndə nəfəs ala bilmir, boğulur. Rayon icra hakimiyyətinə müraciət etmişik, Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazmışıq. Atam özü Şamaxı Rayon İcra Hakimiyyətində olub. İmkansızıq, kasıbıq, amma Azərbaycan vətəndaşıyıq. Məgər belə olanda, adama baxmırlar, küçəyə atırlar? Atam o evi əzab-əziyyətlə tikib. Belə haqsızlıq olmaz axı. Bu vəziyyətdə olan evi tikmirlər, amma şəhərdə yaşayan imkanlı adamlar var, onların evlərini tikirlər. Deyirlər ki, evlər tikilib, başa çatdırıldıqdan sonra təmiri nəzərdə tutulan evlərə başlanılacaq. Şamaxıdakı bütün evlər tikiləcək, lap axırda mənim atamın evini təmir edəcəklər? Beş aydır ki, qoca kişi yatmağa yer tapmır”.

Şamaxı Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsindən Meydan TV-yə bildirilib ki, təmirə yazılan evlərə ikinci dəfə baxış keçirilib, təkrar qiymətləndirilmə aparılacaq:

Məhər Cəfərov

Məhər Cəfərov

Источник: meydan.tv

“Vətəndaşın evi təmirə, bərpaya və yaxud sökülüb, yenidən tikilməyə uyğun olarsa, üçündən biri mütləq ediləcək. Yəni zərərçəkənin evinin aqibəti ikinci dəfə olacaq qiymətləndirilmədən asılıdır. İstənilən halda, şikayətçilərin evləri yaşamaq üçün normal, əlverişli vəziyyətə gətiriləcək. Hazırda bizdə iki mindən çox adam var, bərpanı bir qrup, təmiri və qəzalı olan evləri isə başqa qrup işləyir. İlk olaraq, şəhərdə yerləşən qəzalı, dağılmış evlərdə işlər yekunlaşdıqdan sonra kəndlərə keçiləcək. Həmin evlərdə yaşayan adamlar evlərdən çıxıblar, qalmağa yerləri yoxdur. Ona görə də ilk olaraq, tam qəzalı vəziyyətdə olan evlərin tikinti işləri həyata keçirilir. Heç bir vətəndaş kənarda qalmayacaq. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə FHN-nin əməkdaşları bir yerdə evlərə təkrar baxış keçirəcək, yenidən qiymətləndirmə işləri aparacaqlar”.

“Onlar yalan danışır. Atam İcra Hakimiyyətində olub, icra başçısı Tahir Məmmədov özü də orada imiş. Baş memar deyib ki, Şamaxı şəhərində işlər yekunlaşdıqdan sonra kəndlərə keçəcəyik. Həmyəlidə də, Çaylı da da artıq evlər tikilib, üstü vurulur. Burada başqa bir söhbət var, ayrı-seçkilik edirlər”, - deyə, Sevda Cəfərova Meydan TV əməkdaşına bildirib.

Cəfərovların evi

Cəfərovların evi

Источник: meydan.tv

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  28 Июнь 2019
Pазделы:  
Короткие линки:   http://mtv.re/erzime

Самое читаемое