Şair Abbas Abdulla vəfat edib

Yazar Maştağadakı məzarlıqda dəfn olunacaq

Source: Meydan TV


Yazar Maştağadakı məzarlıqda dəfn olunacaq

Sentyabrın 4-də şair Abbas Abdulla vəfat edib.

Azadlıq Radiosu şairin yaxınlarına istinadən məlumat yayıb.

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun sözlərinə görə, A.Abdulla xəstə imiş. O, Maştağada yerləşən qəbiristanlıqda dəfn ediləcək.

A.Abdulla 1940-cı ildə doğulub. Bir çox şeirin müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Ədəbi «Ulduz» jurnalının baş redaktoru olub. 1992-93-cü illərdə Azərbaycanın İstanbulda baş konsulu kimi fəaliyyət göstərib.

Ana səhifəXəbərlərŞair Abbas Abdulla vəfat edib