Sabirabad rayonu, Nizami küçəsindəki 23 saylı ev

Источник: Meydan TV

Başlıq: Sabirabad rayonu, Nizami küçəsindəki 23 saylı ev

Sabirabad sakini: Ev dağılsa, üç uşaq altında qalacaq

Статья обновлена:  22 Апрель 2021

Günel Ağalarova bilmir uşaqları həyətdəki çirkab sulara görə artan həşəratlardan qorusun, yoxsa hər gün tavandan qopub düşən daş-kəsəkdən...

“İllərdir ki, evimiz qəzalı vəziyyətdədir. Hər yerə məktubla müraciət etmişik. 5 il əvvəl fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qəbuluna da düşdüm. Onun göstərişi ilə evə nümayəndə göndərdilər, baxış keçirdilər, yalandan bir məktub göndərdilər ki, guya köməklik ediləcək. Ancaq heç bir faydası olmadı”.

Bunu Meydan TV-yə Sabirabad rayonu, Nizami küçəsindəki 23 saylı evdə yaşayan Günel Ağalarova deyir. Onun sözlərinə görə, yaşadıqları ev 1960-cı illərdə inşa edilib. Bir tərəfdən istismar müddətinin başa çatması, bir tərəfdənsə sel suları evi qəzalı vəziyyətə salıb. İllərdir ki, aidiyyəti qurumlar ailəyə evin təmir-bərpasını söz verib, ancaq hələ də heç bir iş görülməyib. Nəticədə ev dağılmaq üzrədir. Bu isə üç üzvü azyaşlı olan ailənin gələcəyini təhlükə altına alıb.

"İllərdir ki, aidiyyəti qurumlar ailəyə evin təmir-bərpasını söz verib"

"İllərdir ki, aidiyyəti qurumlar ailəyə evin təmir-bərpasını söz verib"

Источник: Meydan TV

“Heç nazirin də sözünü sayan olmadı”

“Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Saatlıda vətəndaşları qəbul edərkən biz də gedib dərdimizi dedik. Məmurlara tapşırıq verdi, o tapşırıq elə orda da qaldı. O görüşün üstündən təxminən iki il keçəndən sonra xəbər tutduq ki, nazir bu dəfə İmişlidə vətəndaşları qəbul edəcək. Getdik, nazirlə görüşməyə imkan vermədilər, bizi müavini Etibar Mirzəyev qəbul etdi. Ancaq yenə də heç nə əldə olunmadı. Dayanmadan prezidentə yazıram, məktublarım araşdırılması üçün Sabirabadın Rayon İcra Hakimiyyətinə göndərilir. Ordansa bildirilir ki, kömək etməyə imkan yoxdur. Bir vətəndaş kimi gördük ki, o boyda nazirin də sözünü sayan olmadı”, - şikayətçi deyir.

"Gəlib vəziyyətimizi görsələr..."

"Gəlib vəziyyətimizi görsələr..."

Источник: Meydan TV

“İmkanımız olsa, məmur qapısına getmərik”

Evin təmir-bərpasıyla məşğul olmağa ailənin öz maddi gəliri də yoxdur. Günel Ağalarova deyir, həyat yoldaşı günəmuzd fəhləliklə məşğul olur, qazancı heç ərzağa da çatmır:

“Üç azyaşlı uşağın heç qarnını doyura bilmirik. İmkanımız olsa, bu məmurların qapısında düşüb qalmazdıq. Gəlib vəziyyətimizi görsələr, o qədər ağır şəraitdə yaşayırıq ki... Yağış yağanda həyətimiz suyla dolur, yayın cırhacırında həyət ilanla, həşəratla dolu olur. Tez-tez icra hakimiyətinə gedirik, xahiş edirik ki, heç olmasa gəlib çirkab suları çəksinlər həyətdən, deyirlər, mənası yoxdur, biz qurudacağıq, qonşuların çirkab suları təzədən gəlib həyətinizdə yığılacaq. Uşaqlar infeksion xəstəliklər tapır, gələcək üçün xəstə nəsil yetişir. Bizə bir çıxış yolu göstərən yoxdur, uşaqların həyatı üçün çox narahatıq”.

"Təbii fəlakətdən zərər çəkmiş tikililərin siyahısından çıxarılıb və heç bir yardım göstərilməyib"

"Təbii fəlakətdən zərər çəkmiş tikililərin siyahısından çıxarılıb və heç bir yardım göstərilməyib"

Источник: Meydan TV

Günel xanımın sözlərinə görə, Kür daşqını zamanı ev suyun altında qalıb. Evə baxış keçirməyə gələnlər əvvəl təbii fəlakət nəticəsində yararsız vəziyyətə düşdüyünü qeyd ediblər. Ancaq sonradan dəyişiklik edərək evin istismar müddəti bitdiyi üçün istifadəyə yararsız olduğunu yazıblar. Bu səbəbdən də təbii fəlakətdən zərər çəkmiş tikililərin siyahısından çıxarılıb və heç bir yardım göstərilməyib.

Sabirabad Rayon İcra Hakimiyyətindən bildirilib ki, qəzalı evin təmir-bərpası qurumun maliyyə imkanları xaricindədir. Bu məsələylə Fövqəladə Hallar Nazirliyi məşğul olmalıdır.

2 il əvvəl FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən ailəyə göndərilən məktubda qeyd olunub ki, 2017-ci ildə “Azərdövlətlayihə” İnstitutunun mütəxəssisləri evə baxış keçirərək akt tərtib ediblər. Həmin akt əsasında ev bərpa-gücləndirməyə ehtiyacı olan evlərin siyahısına daxil edilib. Bununla əlaqədar müvafiq tədbirlər görüləcək.

"Bizə bir çıxış yolu göstərən yoxdur, uşaqların həyatı üçün çox narahatıq"

"Bizə bir çıxış yolu göstərən yoxdur, uşaqların həyatı üçün çox narahatıq"

Источник: Meydan TV

Kür daşqınından 11 il ötsə də...

Kür daşqını 2010-cu ilin mayında ölkənin aran zonasını əhatə edən genişmiqyaslı daşqın hesab olunur. Sabirabad, Salyan, Saatlı, Hacıqabul, Şirvan, İmişli, Kürdəmir rayonları ərazisində 50 min hektara yaxın ərazini su basıb. 20 mindən çox ev sel suları altında qalıb. 300-dən çox ev tamamilə dağılıb. 10 min hektarlarla əkin və otlaq sahələrini su basması ilə kənd təsərrüfatına böyük zərər dəyib. Kür daşqınından 11 il ötməsinə baxmayaraq, zərərçəkmiş vətəndaşların şikayətləri hələ də bitmir.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  22 Апрель 2021
Bölmələr:  
Короткие линки:   http://mtv.re/90up5f

Самое читаемое