“S-400” müdafiə sistemi

Источник: google.az

Оглавление: “S-400” müdafiə sistemi

“S-400” müdafiə sisteminin Türkiyəyə təslimatı başlanıb

Türkiyə ''F-35'' layihəsindən kənarlaşdırıla bilər

Türkiyə Rusiya istehsalı olan “S-400” hava müdafiə sisteminin təslimatına başladığını rəsmi olaraq elan edib.

BBC Türkçə xəbər verir ki, bu bəyanat Türkiyə-ABŞ əlaqələrinin yeni mərhələyə qədəm qoyduğuna işarə edir. Hazırda Vaşinqtonun hansı növ sanksiyalar paketi tətbiq edəcəyi izlənilir.

Təslimatla bağlı açıqlama əvvəlcə Müdafiə Nazirliyindən, daha sonra isə Prezidentə bağlı Müdafiə Sənayesi Başqanlığından gəlib.

Milli Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilir ki, "uzun mənzilli bölgə hava və mərmi müdafiə sistemi" olaraq müəyyən edilən “S-400”-ə aid təchizatlar Mürted Aerodromuna gətirilib.

Müdafiə Sənayesi Başqanlığının bəyanatında çatdırılmanın növbəti günlərdə davam edəcəyi bildirilir.

"Sistem tam olaraq hazır olandan sonra müvafiq qurumlar tərəfindən müəyyən edildiyi kimi istifadəyə hazır olacaq," məlumatda qeyd edilir.

Ankaranın verdiyi bəyanatda üç önəmli məqam yer alır. Birincisi, Türkiyə rəsmi açıqlamayla “S-40”0 sisteminə aid ilk təslimatın reallaşdırıldığı məlumatını elan edib. Hesab edilir ki, ABŞ Konqresinin 2017-ci ilin avqust ayında qərar verdiyi və CAATSA adı ilə tanınan ABŞ mübarizə qanunu avtomatik hərəkətə keçəcək.

Bəyanatdakı ikinci bölümdə isə qeyd edilir ki, təslimat tamamlandıqdan və sistem tam olaraq hazır olduqdan sonra istifadə olunacaq.

Üçüncü bölüm isə Milli Müdafiə Nazirliyinin açıqlamasında iştirak edən Türkiyə ilə Rusiya arasındakı razılaşmanın 11 aprel 2017-ci ildə, yəni CAATSA-nın ABŞ Konqresində qanuni qüvvə almasından əvvəl imzalandığı və bu səbəbdən bu razılaşmaya girməməsi detalıdır.

Gündəmdən düşən bir başqa məsələ də Türkiyənin “S-400” və Qərb istehsalı olan “F-35”-in birlikdə çalışmasının yol açacağı çətinliklərlə əlaqədar ABŞ qayğılarını aradan qaldırmaq üzrə təklif etdiyi texniki iş qrupudur. Daha əvvəllər bu təklifə isti baxmayan ABŞ-ın təslimat prosesinin başlamasının ardından belə bir görüşməni həyata keçirəcəyinin mümkünsüzlüyü qeyd edilir.

ABŞ-ın öncəki müdafiə nazirinin vəkili Patrik Şanahan 6 iyun tarixində Ankaraya göndərdiyi məktubda “S-400”-ün yerləşdirilməsi durumunda Türkiyənin “F-35” layihəsindən kənarlaşdırılacağı xəbərdarlığını etmişdi.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/jbdue8

Самое читаемое