Rusiyalı müxalif Navalnı komaya düşüb

“Həkimlər onun vəziyyəti ilə bağlı ziddiyyətli məlumat verirlər”.

Source: Specify Source


“Güman edirik ki, Aleksey çayına qarışdırılan bir şeylə zəhərlənib”

Rusiyalı müxalif siyasətçi Aleksey Navalnı zəhərləndiyi üçün cümə axşamı Sibirin xəstəxanasına yerləşdirilib,- “Reuters” xəbər verir.

Onun koma vəziyyətində olduğunu bildirən siyasətçinin mətbuat katibi Kira Yarmış Navalnının halının bir fincan çay içdikdən sonra pisləşdiyini qeyd edib.

Prezident Vladimir Putinin sərt tənqidçisi olan Navalnı çərşənbə günü səhər təyyarə ilə Tomskdan Moskvaya qayıdarkən özünü pis hiss etməyə başlayıb. Bu səbəbdən Omskda təyyarə təcili eniş enib.

Mətbuat katibinin “Novaya qazeta”ya dediyinə görə, Navalnıya diaqnozu həkimlər qoyub. “Yəqin ki onu zəhərləyiblər”, – Yarmış əlavə edib. Mətbuat katibi daha sonra siyasətçinin Omsk xəstəxanasında özünə gəlməsi barədə məlumatı təkzib edib və ”Novaya qazeta”ya xəbər verib ki, Navalnı reanimasiyadadır və özünə gəlmir. O öz tvitterində yazıb ki, Navalnını süni ağciyər ventilyasiya aparatına qoşublar, xəstəxanaya polis çağırıblar.

“Güman edirik ki, Aleksey çayına qarışdırılan bir şeylə zəhərlənib. Bu, onun səhər içdiyi yeganə şey olub. Aleks indi huşsuz vəziyyətdədir”,- o deyib.

“Həkimlər onun vəziyyəti ilə bağlı ziddiyyətli məlumat verirlər”, – “Reuters” bildirib. Tibb işçiləri siyasətçinin vəziyyətinin sabitləşdiyini desələr də, onun həyatı təhlükəsinin keçmədiyini və onu xilas etmək üçün çalışdıqlarını qeyd ediblər.

Siyasətçiyə əvvəllər də sui-qəsdlər olub. Belə ki, ötən il iyulun 27-də baş tutmuş mitinqdə, – məqsəd müstəqil deputatların Moskva şəhər Dumasına seçkilərə buraxılması idi, – vətəndaşları aksiyaya çağırdığına görə 30 sutka həbs cəzası alan Navalnını iyulun 28-də xüsusi təcridxanadan “kəskin allergik reaksiya” diaqnozu ilə Moskva klinik xəstəxanasına hospitallaşdırıblar. Onun dediyinə görə, üzü, boynu, qulaqları “yanmağa” başlayıb.

“Üzü möhkəm şişib və dərisi bərk qızarıb. Allergik reaksiyanın mənbəyi müəyyənləşdirilməyib. Aleksey əvvəllər həyatı boyu heç vaxt nəyəsə allergik reaksiya verməyib”, – həmin vaxt mətbuat katibi söyləyib. Bununla yanaşı, Navalnının oftalmoloq həkimi və “Həkimlərin həmkarlar ittifaqı”nın rəhbəri Anastasiya Vasilyeva həkimlərin eləcə də allergiyanın səbəbini müəyyənləşdirmədiyindən şikayətlənib.

Navalnı ertəsi gün xəstəxanadan qayıtdıqdan sonra onu təkrar təcridxanaya göndəriblər. Rəhbərlik həmin vaxt Vasilyevanı müxalifətçinin yanına buraxmayıb. Navalnı daha sonra Rusiya Federasiyasının İstintaq Komitəsinə zəhərlənmə haqda ərizə verib.

Kremlin düşmənlərinin zəhərləməsinin uzun tarixi var.

2006-cı ildə “polonyum-210” ilə zəhərlənmiş çayı içdikdən sonra Aleksander Litvinenko Londondan vəfat etmişdi. 2018-ci ildə İngiltərənin Salisbury şəhərində sinir maddəsi ilə zəhərlənmiş keçmiş agent Sergey Skripal öldürülmüşdü.

Kreml dəfələrlə bu və digər hadisələrə qarışmağı rədd edərək, onları anti-Rusiya təxribatları adlandırıb.

Yarmış Navalnının kimin zəhərlədiyi barədə heç bir şey söyləməyib.

Regional Səhiyyə Nazirliyinin sözçüsü Tatyana Şakirova Navalnının Omsk şəhərində xəstəxanaya yerləşdirildiyini təsdiqləyib və onun vəziyyətinin ağır olması haqda məlumatlandırıldıqlarını vurğulayıb.

“Həkimlər onun vəziyyətini stabilləşdirmək üçün əllərindən gələni edirlər”,- o deyib: “Zəhərlənmə nəzərdən keçirilən bir neçə versiyadan biridir. Səbəbin nə olduğunu söyləmək indi mümkün deyil”.

44 yaşlı vəkil və antikorrupsiya fəalı Navalnı anti-Kreml etirazlarını təşkil etdiyinə görə dəfələrlə həbs edilib və küçədə fiziki hücumlara məruz qalıb.

O, rəsmi korrupsiya halları ilə bağlı aparılan araşdırmalarda iştirak edib.

Rusiya gələn ay regional seçkilər keçirir və Navalnı və müttəfiqləri bölgələrdəki namizədlərinə dəstəyi artırmaq üçün çalışırlar.

Ana səhifəDünyaRusiyalı müxalif Navalnı komaya düşüb