Ölkə üzrə 400-dən çox adamın saxlanıldığı deyilir
Bu gün, yanvarın 23-də Rusiyada Aleksey Navalnıya dəstək aksiyaları keçirilir. Rusiya hakimiyyəti Navalnını “Şeremetyevo” hava limanında həbs edəndən sonra müxalifətçinin tərəfdarları Rusiyanın 66y şəhərində etiraz aksiyaları keçirəcəklərini bəyan ediblər.
Etirazlar demək olar ki, ölkənin hər yerini bürüyüb: Uzaq Şərqdən Kalininqrada qədər.
Həbslər etirazların ilk dəqiqələrindən başlayıb. Hazırda Moskvada 30-dan çox, ölkə üzrə isə 400-dən çox saxlanılan barədə məlumat var. Hadisə yerlərində Moskva və Sankt-Peterburqda jurnalistlərin də saxlanıldığı bildirilir.
Bu gün həm də ölkə sakinləri mobil internetin zəif işləməsindən şikayət edirlər.