Rusiya seçkilərində seçicilərə nəğd pul paylanır

“Mən konstitusiyaya ediləcək dəyişikliklərə səs verdim”, – Moskva sakini Mixail Volkov deyib:

Source: Specify Source


Putinin sifarişiylə uşaqlı ailələrə 10,000 rubl (141 ABŞ dolları) verilib

Uşaqlı ruslar konstitusiya dəyişiklikləri ilə bağlı keçirilən seçkilərin son günü nəğd ödəniş alıbar.

“Reuters” xəbər verir ki, dəyişikliklə Prezident Vladimir Putin 2036-cı ilədək hakimiyyətdə qala bilər və buna görə Putinin sifarişiylə uşaqlı ailələrə 10,000 rubl (141 ABŞ dolları) verilib.

Seçki məntəqələri qeyd ediblər ki, dəyişikliklər seçicilərin 2/3-si tərəfindən dəstəklənəcək. Vurğulanıb ki, əhalinin bir çoxu mükafatlandırılıb.

Bu gün səsvermənin sonuncu, yeddici günüdür. Koronavirusun yaratdığı yoluxma səbəbiylə seçkilər bir gündə deyil, bir həftə boyunca keçirilib.

“Mən konstitusiyaya ediləcək dəyişikliklərə səs verdim”, – Moskva sakini Mixail Volkov deyib:

“Bizə köklü dəyişikliklər lazımdır və mən onların tərəfdarıyam”.

Digərləri dəyişikliklərə az həvəslə səs verib, -xəbərdə qeyd edilib.

“Düzünü desəm, mən dəyişikliklər haqda oxumadım”, – digər seçici Lyudmila deyib. “Əgər sizin üçün qərar veriblərsə, səsvermənin nə mənası var? Bizim ölkəmizdə vəziyyət budur – bir şeyi oxu və səs ver. Səs verdim mən də”.

Rusiyanı iyirmi ildən artıqdır ki, Prezident və ya Baş nazir olaraq idarə edən 67 yaşlı keçmiş KQB zabiti Putin çərşənbə axşamı günü səsvermə öncəsi çıxışı zamanı dəyişikliklərin onun idarəçiliyinə necə təsir göstərəcəyi barədə heç bir rəy bildirməyib.

Dəyişikliklər hazırkı müddəti 2024-cü ildə bitdikdən sonra ona 12 il daha prezident olaraq seçilməsinə imkan verəcək.

Putin hələ gələcəyi ilə bağlı qərar vermədiyini deyib. Tənqidçilər onun yenidən seçkilərdə iştirak edəcəyinə əmin olduqlarını deyib, lakin bəzi analitiklər bildirib ki, Putin topal ördək halına düşməmək üçün seçimlər üçün qapıları açıq saxlayır.

Ana səhifəDünyaRusiya seçkilərində seçicilərə nəğd pul paylanır