Mariya Zaxarova

Источник: https://www.rbc.ru/

Başlıq: Mariya Zaxarova

Rusiya Ərdoğanın Şuşadakı açıqlamalarında problem görmür

Статья обновлена:  18 Июнь 2021

Mariya Zaxarova: "Azərbaycan-Türkiyə münasibətlərini yüksək qiymətləndiririk"

"Ermənistan-Azərbaycan sərhədindəki hadisələr tərəflərin qarşılıqlı etimadının olmaması ilə izah edilməlidir".

Bu açıqlamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyunun 17-də keçirdiyi brifinqdə səsləndirib.

Mariya Zaxarova deyib ki, iki ölkə arasında problemin uzunmüddətli həlli icün sərhədlərin demarkasiyası və delimitasiyasına başlanması vacibdir: "Biz prosesə fəal yardım göstərməyə hazır olduğumuzu bəyan edirik".

Məlumatı "Turan" yayıb.

Mariya Zaxarova erməni jurnalistin Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa şəhərinə səfərinin "bölgədə kövrək sabitliyə qarşı təxribat" olduğu barədə açıqlamasını rədd edib: “Dağlıq Qarabağla əlaqəli mövzuların Azərbaycanın və ya Ermənistanın üçüncü ölkələrlə ikitərəfli münasibətləri ilə qarışdırılmasını düzgün hesab etmirik. Azərbaycan-Türkiyə təmaslarına da ən yüksək səviyyədə baxırıq. Hərbi əlaqələr də daxil olmaqla bölgədəki ikitərəfli münasibətlərin başqa dövlətlərə qarşı olmadığını düşünürük. Bakı ilə Yerevan arasında, o cümlədən, Yerevanla Ankara arasında dialoqun normallaşdırılmasına yönəlmiş addımları qətiyyətlə dəstəkləyirik. Cənubi Qafqazdakı qarşılıqlı münasibətlər bölgədəki bütün ölkələrin maraqlarını nəzərə alaraq və tarazlaşdıraraq yaxşı qonşuluq prinsipləri əsasında inkişaf etməlidir”.

O, Türkiyənin Şuşada Baş Konsulluq açması ilə bağlı Ərdoğanın açıqlamasına da münasibət bildirib.

Zaxarova bunun təxribat və Rusiyanın barışıq missiyasına zidd olması ilə bağlı iddiaları rədd edib, əksinə Türkiyə-Azərbaycan münasibətlərini yüksək qiymətləndirdiklərini deyib: “Bu məsələni ya birbaşa Dağlıq Qarabağla, ya da Azərbaycanın üçüncü ölkələrlə ikitərəfli münasibətləri ilə əlaqəli iki mövzunu qarışdırmaq səhvdir. Azərbaycan-Türkiyə təmaslarını da ən yüksək səviyyədə qiymətləndiririk. Hərbi xətt daxil olmaqla bölgədəki ikitərəfli əlaqələrin başqa dövlətlərə qarşı qurulmamasını vacib hesab edirik. Bölgə ölkələri arasında dialoqun normallaşdırılmasına yönəlmiş addımları dəstəkləyirik”.

XİN rəsmisi hərbi əsirlər və digər məhbuslar barədə suala cavab verərkən bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il tarixli 10 noyabr bəyanatının müddəalarının icrası kontekstində də aktual olaraq qalır: "Azərbaycan tərəfinin 15 Ermənistan vətəndaşının azad etməsi, "hamısı hamıya" prinsipinə əsasən dəyişməsinə tərəfdarıq. Eyni zamanda, digər humanitar problemlərin, xüsusən minalardan təmizlənmə və minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı problemlərin həlli vacibdir. Düşünürəm ki, bu istiqamətdəki səylərimizdən xəbərdarsınız”.

İyunun 15-də Türkiyə dövlət başçısı R.T.Ərdoğan Şuşa şəhərinə gəlib və iki dövlət arasında Şuşa Bəyannaməsi imzalanıb.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  18 Июнь 2021
Bölmələr:  
Короткие линки:   http://mtv.re/l7lz0r

Самое читаемое