Rusiya Enerji nazirinin müavini korrupsiyada ittiham olunur

Tixonovun vəkillərindən biri müvəkkilinin günahkar olmadığını deyib.

Source: Specify Source


Basmannı Rayon Məhkəməsi onu iki ay müddətinə azadlıqdan məhrum edib

Rusiya Enerji nazirinin müavini Anatoliy Tixonov Moskvada korrupsiya, mənimsəmə ittihamı ilə həbs olunub, – RFE/RL xəbər verir.

Basmannı Rayon Məhkəməsi onu iki ay müddətinə azadlıqdan məhrum edib.

İstintaq Komitəsinə görə, Tixonov və digər üç nəfər Enerji Nazirliyindən ən az 603 milyon rubl (7,9 milyon dollar) mənimsəməkdə günahlandırılır.

Tixonovun vəkillərindən biri müvəkkilinin günahkar olmadığını deyib.

51 yaşlı Tixonov Enerji Nazirliyində daha çox rəqəmsal layihələrə ağırlıq verirdi.

Enerji nazirinin müavini vəzifəsinə yüksəlmədən əvvəl, 2014-2019-cu illərdə o, Rusiya Enerji Agentliyinə rəhbərlik edib.

Müstəntiqlər iddia edirlər ki, dövlət vəsaitlərinin mənimsənilməsi agentlikdə rəqəmsal sistemin inkişafı ilə əlaqədardır.

Ana səhifəDünyaRusiya Enerji nazirinin müavini korrupsiyada ittiham olunur