Rolls-Roys SOCAR-a rüşvət verdiyini etiraf edib

Rolls-Roys Azərbaycan Dövlət Neft Şirkəti, SOCAR-a 7.8 milyon dollar həcmində rüşvət verdiyini etiraf edib.

SOCAR. Mənbə: “aze.media”
SOCAR-ın baş binası
SOCAR-ın baş binası

Rolls-Roys Azərbaycan Dövlət Neft Şirkəti, SOCAR-a 7.8 milyon dollar həcmində rüşvət verdiyini etiraf edib. Həmçinin Rolls-Roys ümumilikdə 6 ölkədə verdiyi rüşvətlərə görə ABŞ hökumətinə

170

milyon dollar məbləğində cərimə ödəyib.

Azərbaycanda turbin sifarişlərinin təminatı üçün ödənilən rüşvətlər Rolls-Roys-un ABŞ-dakı filialı olan Rolls-Roys Energy System (RRESI) tərəfindən edilib. ABŞ Ədliyyə Nazirliyi SOCAR-ın “Azərbaycan dövləti tərəfindən idarə edilən və Azərbaycan üçün dövlət funksiyaları həyata keçirən” şirkət olmasını hesab edərək Rolls-Roys-un ABŞ-dakı filialına qarşı iddia qaldırıb.

Rolls-Roys, RRESI-in vasitəçi ilə 2000-2009-cu illərdə  “SOCAR-dakı xarici rəsmilərə” 7.8 milyon dollar həcmində rüşvət verildiyini etiraf edib. Qaldırılan iddiada RRESİ şirkətinin Azərbaycanda imzalanan turbin sövdələşmələrindən 50 milyon dollardan çox mənfəət əldə etdiyi hesablanıb.

Böyük Britaniya hökumətinin korrupsiya və irimiqyaslı dələduzluq əməllərinin təhqiqatı üzrə departamenti Unaoil-in vasitəçi şirkət olaraq bir çox şirkətlərlə saxta neft müqavilələri bağladığını müəyyən edib. Böyük Britaniyanın “The Guardian” qəzetində dərc olunan yazıya görə, Rolls-Roys Unaoil şirkətini 2001-ci ilin əvvəlində Azərbaycanda müqavilələrin bağlanması üçün istifadə edib.







Rolls-Roys





un Azərbaycanda bağladığı sazişlər


:

-2002-ci ildə məbləği

50

milyon dollardan çox olan 5 böyük generatorlar: generatorun üçü Səngəçal quru neft emalı zavodu, digər ikisi isə Xəzər dənizində dəniz platformaları

– 2005-ci ildə dəniz platformaları üçün quraşdırılan 5

turbin

-2007-ci ildə quru və dəniz platformalarınını 28 turbinlə təmin etmək imzalanan 120 milyon avro dəyərində olan

müqavilə

-2009-cu ildə dəniz platforması üçün sifariş edilən 5

turbin

-2011-ci ilin iyul ayında Qərbi-Çıraq dəniz platforması üçün məbləği 50 milyon dollar olan üç böyük enerji

qurğusu





Rolls-Roys





un Azərbaycandakı digə


r f


əaliyyəti

– 2014-cu ildə  “İmprotex Motors”  Azərbaycanda 300 kvadrat metrlik Rolls-Roys

dilerini

açıb. “İmprotex Motors” 2006-ci ilə qədər Fizuli Ələkbərovun rəhbəri olduğu “İmprotex Group”a aiddir.

Fizuli Ələkbərov

Əmək və Əhalinin Sosial Müdafiə Naziri seçildikdən sonra şirkət arvadı tərəfindən idarə olunmağa başlayıb.

-Azərbaycan Hava Yolları  4 Boeing 707. 2 Abirus A340 və 1 Gulfstream üçün Rolls-Roys mühərriklərini alıb

-ABŞ-ın qaldırdığı iddiada rüşvət verilən ölkələr sırasında Anqola, İraq, Qazaxıstan, Braziliya və Tailand da var.  Həmçinin Rolls-Roys Malayziya, Çin, Hindistan, Nigeriya, Rusiya və Taylanda verilən rüşvətə görə  Böyük Britaniya hökumətinin korrupsiya və irimiqyaslı dələduzluq əməllərinin təhqiqatı üzrə departamenti (SFO) və Braziliyanın Federal Prokurorluğuna ödəniləcək cərimənin məbləği 604 milyon 800 min dollara çatıb.

Məsələylə bağlı SOCAR Meydan TV-in suallarına cavab verməyib.

Ana səhifəAraşdırmaRolls-Roys SOCAR-a rüşvət verdiyini etiraf edib