Источник: google

Rəsmilər vətəndaşın koronavirusdan ölən anasının meyitini niyə özünün daşımasına aydınlıq gətirməyib

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Gədəbəy rayon sakini Kamran Şadmanovun koronavirusdan ölən anasının meyitini özünün daşımasına şərh verib.

“Qafqazinfo” saytına danışan birliyin direktoru Ədalət Həsənov qeyd edib ki, vəfat etmiş mərhumun meyiti 29 iyul saat 12:00-da Gəncə şəhər Abbas Səhhət adına xəstəxanadan Birliyin Gəncə şəhər şöbəsinin meyitxanasına gətirilib:

Onun sözlərinə görə, koronavirus (COVİD-19) infeksiyası səbəbindən vəfat etmiş şəxslərin və ya buna şübhə hallarında meyitlərin müayinəsi və dezinfeksiyası Səhiyyə Nazirliyinin nəzərdə tutulmuş qərarına əsasən həyata keçirilir.

“Meyitlər “MTE və PA Birliyi”nin respublikanın bütün rayon və şəhər şöbələrinin işçiləri tərəfindən mütləq qaydada müvafiq fərdi mühafizə vasitələrindən (birdəfəlik kombinezon, üz maskası, eynək, ikiqat əlcəklər, uzunboğaz çəkmələr və s.) istifadə etməklə həyata keçirilir. Bütün bədən səthini əhatə etmək şərtilə meyit əməkdaşlarımız tərəfindən müvafiq məhlullarla dezinfeksiya edilir, sonra təmiz su ilə yuyulur. Meyit az miqdarda quru xlor əhəngindən də istifadə etməklə 5-6 qat polietilenlə bükülərək kip şəkildə bağlanır, bundan sonra isə meyitin məscidlərə, həyətlərə və evlərə aparılmasına ehtiyac olmasın deyə dini adət-ənənələrə uyğun olaraq bir neçə qat ağ bezə (kəfənə) bükülür və bağlanılır. Bütün bunların həyata keçirilməsi üçün isə şöbələrimiz Səhiyyə Nazirliyi tərəfindən lazımi vasitələrlə tam şəkildə təchiz edilib. Bu şəkildə dezinfeksiya edilərək yuyulmuş, bükülərək bağlanmış meyit yoluxuculuq nöqteyi-nəzərdən ətraf mühit üçün tamamilə zərərsiz olur”.

Onun sözlərinə görə, bükülmüş meyit daha sonra hüquq-mühafizə orqanları əməkdaşlarının da iştirakı və ya nəzarəti ilə dəfn məqsədilə mərhumun yaxınları tərəfindən təyin edilmiş və gətirilmiş avtomobilə qoyularaq onlara təhvil verilir.

Ədalət Həsənov bildirib ki, meyit yaxın adamlarına təhvil verilərkən bu barədə əməkdaşlarımız tərəfindən yerli hüquq-mühafizə orqanlarına, bəzən isə hətta meyitin aparıldığı rayonun da hüquq-mühafizə orqanlarına və Rayon İcra Hakimiyyətlərinə məlumat verilir.

Ədalət Həsənov prosedur qaydalarını izah etsə də, Gədəbəy sakininin meyiti niyə özünün daşımasına aydınlıq gətirməyib.

“Youtube” videoplatformasında Gədəbəy sakini Kamran Şadmanovun koronavirus infeksiyasından dünyasını dəyişmiş anasını meyitini Gəncədə xəstəxanadan götürərək, özünün avtomobildə daşıması haqqında video yayılıb. Video Kamran Şadmanovun özü tərəfindənçəkilib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/ds70mb

Самое читаемое