Dövlət Statistika Komitəsi

Источник: meydan tv

Оглавление: Dövlət Statistika Komitəsi

Rəsmi statistika son 20 ilin ən yüksək işsizlik göstəricisini qeydə alıb

Статья обновлена:  17 Сентябрь 2019

Nazim Bəydəmirli: “Real işsizliklə bağlı vəziyyət acınacaqlıdır”

Yerli məşğulluq idarələri sentyabrın 1-ə olan məlumata görə 71 min işsiz qeydiyyata alıblar.

“Turan” İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Agentlik qeyd edib ki, bu, son iyirmi ildə ən yüksək göstəricidir.

Bu ilin əvvəli ilə müqayisədə fəal şəkildə iş axtaran şəxslərin sayı 3,5 dəfə artıb. Bununla belə, həmin rəsmi mənbələrə əsasən, ölkədə işsizliyin səviyyəsi dəyişmir və iqtisadi fəal əhalinin 5 faizini (253 min nəfər) təşkil edir.

“İşsizlərin əsas hissəsi - 29 min nəfər Bakıda qeydiyyatdadır. Rəsmi məlumatlara əsasən, Naxçıvan Muxtar Respublikasında 450 min nəfər yaşayır və bir nəfər də olsun işsiz qeydiyyata alınmayıb. Qeydiyyatda olanların sayının çoxluğuna baxmayaraq, işsizlərin yalnız kiçik kontingenti müvafiq müavinət alır. DSK-nin məlumatına görə, sentyabrın 1-ə 638 işsizə müavinət verilir. Bu ilin yanvar ayında bu göstərici 1100 nəfəri ötürdü. İşsizliyə görə müavinət ayda 233,5 manat təşkil edir”, - agentlik yazıb.

DSK-nin məlumatını Meydan TV-yə şərh edən iqtisadçı-alim Nazim Bəydəmirli deyib ki, heç kim açıqlanan rəqəmlərin gülüş doğurduğuna şübhə etmir.

Nazim Bəydəmirli qeyd edib ki, iqtisadi baxımdan inkişaf edən ölkələrdə işsizlik səviyyəsi 9-13 faiz olduqda, yaxşı göstərici sayılır:

“Bir gün öncə Türkiyənin statistika qurumu açıqlama yaymışdı ki, ümumi işsizlik 13, gənslər arasında isə 24,8 faizdir. Hətta bu rəqəmləri istinad kimi götürsək, Azərbaycanda 5 faizlə bağlı deyilən rəqəmlər etimad qazanmır”.

Nazim Bəydəmirli

Nazim Bəydəmirli

Источник: meydan.tv

Amma iqtisadçı 71 min nəfər işsizin qeydə alınmasını müsbət qiymətləndirir, çünki illər boyu 35-40 min civarında işsizin olduğunu bildirirdilər:

“Belə təəssürat yaranırdı ki, SSRİ-nin Plan Komitəsi ayrı-ayrı rayonlara neçə nəfər işsizin qeydə alınması barədə yuxarıdan göstəriş göndərib. Çox təəssüf ki, mövcud ənənə bu gün də davam edir, real işsizliklə bağlı vəziyyət acınacaqlıdır, gənclər arasında işsizlik ən azı 35 faizdən çoxdur, ümumi işsizlik isə yüksəkdir. Dövlət büdcəsinin gəlirlərində də bunu müqayisəli görmək mümkündür. Çünki gəlir vergisi heç 1 milyard manata çatmır, 750-800 milyon göstərilir. Orta aylıq əmək haqqını nəzərə alaraq bunu adambaşına böldükdə, işlə təmin olunan 1,6-2 milyon arası adam var. Qalanları hardadır, DSK bu suala cavab vermir”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  17 Сентябрь 2019
Pазделы:  
Короткие линки:   http://mtv.re/ereqk2

Самое читаемое