Источник: Meydan Tv

Rəsmi: Ötən 8 ayda 60,5 min şəxs işlə təmin olunub

Ekspert: “Azərbaycanda işsizliyin səviyyəsinin ölçülməsi üzrə alternativ məlumat yoxdur”

Bu ilin 8 ayında 60 mindən artıq vətəndaşın işlə təmin olunduğu deyilir. Məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti yayıb. Bildirilir ki, bu rəqəm ötən ilin müvafiq dövrünə nisbətən 45,6 faiz çox olmaqla 60,5 min şəxsi əhatə edir:

“2019-cu ilin yanvar-avqust aylarında aktiv məşğulluq tədbirləri nəticəsində 60 475 nəfər münasib işlə təmin olunub”.

Məlumatda bildirilir ki, işsiz və işaxtaranların səmərəli məşğulluğunun təminatında nazirliyin tabeliyindəki DOST Agentliyinin “DOST İş Mərkəzi” böyük rol oynayıb. Proqram çərçivəsində cari ilin 8 ayında 40 mindən çox vətəndaşa ödənişli ictimai işlərə göndəriş verilib. Proqram çərçivəsində işsiz və işaxtaranların əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təminatı həyata keçirilib:

“Yanvar-avqust aylarında Dövlət Məşğulluq Xidmətinin xətti ilə eyni zamanda 1200-ə yaxın vətəndaş üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. Əksəriyyəti gənclərdən ibarət 67 mindən çox şəxsə Xidmət tərəfindən peşəyönümü məsləhətlər verilib”.

"Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" (DOST) ötən il yaradılıb, publik hüquqi şəxs statusundadır. Yeni yaranmasına baxmayaraq qurumdan şikayətlər tez-tez medianın gündəminə gəlir. Bu ilin əvvəlində Meydan TV-yə üz tutan Şamaxı sakinləri onlara yalnız təmizlikçi, fəhləlik işlərinin təklif olunduğundan şikayətlənirdilər.Başqa bir şikayətdə isə deyilirdi ki, vaxtilə fəhləlik edən şəxslərin toplaşdığı və el arasında “qul bazarı” kimi tanınan yerlər indi DOST tərəfindən idarə olunur.

Ötn il Dünya İqtisadi Forumu (DİF) hesabatında Azərbaycanda işsizliyin 5 faiz olduğunu göstərmişdi. Bu rəqəm prezident İlham Əliyevin ötən ilin əvvəlində Nazirlər Kabinetinin ilin yekunlarına dair iclasında dediklərilə üst-üstə düşür. Lakin müstəqil ekspertlər bu rəqəmin doğru olmadığını deyirlər. Məsələn, iqtisadçı Rövşən Ağayev “BBC News azərbaycanca”ya deyib ki, iqtisadçılar dəfələrlə Global Rəqabətlilik İndeksində Azərbaycanın yerinin ölkədəki real vəziyyətə adekvat olmadığını bildiriblər:

"Məsələn, işsizlik üzrə göstərici. Biz bilirik ki, Azərbaycanda əhalinin məşğulluqla bağlı çox ciddi problemi var və ölkədə qeyri-rəsmi məşğulluğun miqyası həddən artıq böyükdür. İnsanların əhəmiyyətli hissəsi aşağı maaşlı işlərdə çalışır. Üstəgəl əmək şərtlərini göstərən müqavilə ilə işləyənlərin sayı ümumi məşğulluqda həddindən artıq azdır".

Ekspert onu da əlavə edib ki, Azərbaycanda işsizliyin səviyyəsinin ölçülməsi üzrə alternativ məlumat yoxdur.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/ygv21g

Самое читаемое