Источник: Meydan TV

Rəqəmlərin dəfni

Статья обновлена:  18 Октябрь 2019

(“Statistika öz ilkin halında da dəyişdirilmiş halında olduğu kimi uydurmadan başqa bir şey deyil” - Corc Oruell, “1984")

Təzəlikcə, Azərbaycanda əhalinin siyahıya alınması keçirildi. Proses cəmi on gün çəkdi, onbirinci gün isə artıq sosial şəbəkələr sayılmadıqlarını deyən vətəndaşlarla dolub-daşırdı (yeri gəlmişkən, elə bu sətirlərin müəllifi və onların ailə üzvləri də siyahıyaalmadan kənarda qalıb!). Qəribəsi bu idi ki, bir neçə nəfər “Facebook”-da bu haqda yazdıqdan sonra Dövlət Statisika Komitəsindən (DSK) onlarla əlaqə saxlanıldığını, sayçı göndərildiyini və siyahıya alındıqlarını xəbər verdilər.

Qəribə olan nədir?

Bəlkə kimsə sosial şəbəkədən istifadə etmir, belə çıxır ki, o, siyahıyaalmadan kənarda qalmalıdır?

Yaxud, mən niyə siyahıya alınmağım üçün DSK-nın qapısını döyməliyəm?

Proses başladığı gün bu komitənin sədri Tahir Budaqov üç ildir siyahıyaalmaya hazırlaşdıqlarını, hazırlıq mərhələsini də uğurla başa çatdırdıqlarını təntənəli şəkildə bəyan etmişdi.

Nə cür hazırlaşdıqlarını gördük!

Üstəlik, siyahıyaalma prosesini həyata keçirmək üçün 2019-cu ilin büdcəsindən təxminən 22 milyon manat (daha dəqiq demək lazımdırsa, 21,8 milyon manat!) ayrılıb.

Bu qədər vəsaitin necə xərcləndiyi göz önündədir: axırda xeyli adam siyahıya almadan kənarda qaldı, siyahıya alınması üçün özü hərəkətə keçməli oldu.

DSK-dakıların açıqlamalarına inansaq, siyahıyalmaya onminlərlə sayçı cəlb edilib. Məşhur lətifədə deyildiyi kimi: “Bu ətdirsə, pişik hanı? Yox, əgər bu pişikdirsə, bəs ət hanı?” Yəni: doğrudan da, onminlərlə sayçı cəlb edilibsə, niyə saysız-hesabsız insan siyahıyaalmadan kənarda qalıb, yox, əgər həmin rəqəm şişirtmədirsə, bu nə üçündür? Həmin o 22 milyon manatın başına daha rahat daş salmaq üçünmü?!

Ən əsası: prosesin belə alayarımçıq aparılmasına təəccüblənirikmi? Qətiyyən. Əksi baş versəydi, təəccüblənərdik. Yarıtmazlıq bu idaretmənin mayasını təşkil edirsə, başqa necə ola bilərdi ki?!

Üstəlik, bu ölkənin rəsmi statistika qurumunun səbatsızlığı bir daha bütün çılpaqlığı ilə gözlər önünə sərildi. DSK sovetdənqalma ənənəsinə sadiqdir: rəqəmlərlə rəqs eləməkdən başqa heç nəyə yaramır! Nəticədə həmin rəqəmlərlə reallıq arasında dərin, dibsiz uçurum yaranır. Ancaq DSK-dakılar qətiyyən narahat deyillər, onlar hesab edirlər ki, yeganə vəzifələri rəqəmləri hökumətin istəklərinə uyğunlaşdırmaqdır. Lazım gələndə şar kimi üfürüb şişirtmək, lazım gələndə kiçiltmək, azaltmaq!

Bazarlardakı göz-görəti bahalaşmanı qoyuram bir tərəfə, Baş nazir müavininin belə bazarda kartofun yüksək qiymətə satılmasına etiraz etdiyi ölkənin statistika qurumu real inflyasiyanı gizlətməyi özünün borcu hesab edirsə, ona kim inana, yaxud etibar edə bilər? Bir yandan işsizlik tüğyan edir, digər yandan isə rəsmi statistika qurumçu az qala iki əlin barmaqları qədər işsiz sayı açıqlayırsa, ona hansı məntiqlə güvənməliyik? Lap bu yaxınlarda vergilər naziri Azərbaycanda “gizli iqtisadiyyat”ın həcmindən danışarkən DSK-nı ifşa etmədimi? “2018-ci ilin əvvəlinə olan məlumata görə, Dövlət Statistika Komitəsi ilə Vergilər Nazirliyinin rəqəmləri arasında çox böyük fərq olub. Bu fərq təxminən 7 dəfəyə qədər olub. Bu da bir daha kölgə iqtisadiyyatının həcmini göstərir” demədimi? Normal ölkədə böyük müzakirələrə yol açmalı olan, rəsmi hesabalamların “dəfn”i, rəsmi statistikanın “nekroloq”u sayıla biləcək həmin bəyanatı DSK sükutla qarşılamadımı?

Belə bir qurumun hətta özünə əziyyət verib əhalini siyahıya almasına da gərək yoxdur – ağıllarından bir rəqəm yazsınlar getsin!

***

“Bir şey bəllidir: hər rüb kağızda astronomik sayda ayaqqabı istehsal edilir, halbuki Okeaniya əhalisinin yarısı ayaqyalın gəzir” – Corc Oruell “1984" romanında belə yazırdı. Bir yazıda yalanlarla süslənmiş rəsmi statistikadan danışıb o yazıya bir romandan epiqraf seçərək, sonluğu da həmin romandan bir cümlə ilə bitirmək bəlkə də kiməsə qəribə görünə bilər.

Ancaq unutmayın ki, Azərbaycanda ədəbiyyatla həyat arasında sərhədlər onsuz da çoxdan bir-birinə qarışıb...

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  18 Октябрь 2019
Pазделы:  
Короткие линки:   http://mtv.re/ts57vl

Самое читаемое