Demokratik Təşəbbüslər İnstitutunun sənədi

Источник: Demokratik Təşəbbüslər İnstitutu

Başlıq: Demokratik Təşəbbüslər İnstitutunun sənədi

“Regionların sosial-iqtisadi inkişafında ciddi problemlər var”

İDİ sosial-iqtisadi inkişafda regional qeyri-bərabərlik probleminə dair araşdırma sənədi hazırlayıb

“Ölkədə regionların sosial-iqtisadi inkişafı arasında olan kəskin fərqlərin aradan qaldırılması sahəsində hələ də ciddi problemlər qalır”.

Demokratik Təşəbbüslər İnstitutu (IDI) "Gənc İqtisadçılar” təlimlərinin məzunlarından ibarət araşdırma qrupunun üzvləri Sosial-iqtisadi inkişafda regional qeyri-bərabərlik probleminə dair araşdırma sənədi hazırlayıb.

Bu siyasət sənədində son 2002-ci ildən bəri ölkədə regional sosial-iqtisadi inkişafdakı qeyri-bərabərliyin azaldılması və bölgələrin tarazlı inkişafına nail olmaq sahəsində hökumətin həyata keçirdiyi siyasətlər təhlil olunub və bu siyasətin təkmilləşdirilməsi üzrə tövsiyələr işlənilib.

Araşdırmanın birinci hissəsində regional sosial-iqtisadi inkişafda qeyri-bərabərliyin mövcud vəziyyəti rəsmi statistik məlumatlar əsasında təhlil olunur və onun səbəbləri araşdırılır.

Tədqiqatda daha sonra bu problemin aradan qaldırılması istiqamətində hökumətin indiyədək həyata keçirdiyi siyasət addımları araşdırılır. Bu siyasətin nəticələri və əldə olunan nəticələr təqdim olunur.

Eyni zamanda regionların sosial-iqtisadi inkişafındakı qeyri-bərabərliyin azaldılmasına və regionların tarazlı inkişafına nail olmaq üçün beynəlxalq təcrübə əsasında, hökumətin siyasətində zəruri dəyişikliklərin istiqamətləri təqdim olunur.

Sonda həmin istiqamətlər konkretləşdirilərək tövsiyələr halında təqdim olunur.

Araşdırma sənədinə əsasən, aparılan tədqiqat belə bir nəticəyə gəlməyə əsas verir ki, Azərbaycanda 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına yönəlik 3 dövlət proqramının icra edilməsinə, habelə “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının icra müddətinin başa çatmasına baxmayaraq, ölkədə regionların sosial-iqtisadi inkişafı arasında olan kəskin fərqlərin aradan qaldırılması sahəsində hələ də ciddi problemlər qalır.

“Təhlili ümumiləşdirməklə demək olar ki, ölkənin bütün sosial-iqtisadi inkişaf parametrləri üzrə həm Bakı-Abşeron zonası ilə ölkənin digər regionaları arasında, həm də Bakı-Abşeron istisna olmaqla, ölkənin qalan regionlarının özləri arasında kəskin fərqlər qalmaqda davam edir”, - sənədlə bağlı yayılan press-relizdə qeyd olunub.

Tədqiqatda ölkədə regionların sosial-iqtisadi inkişafındakı qeyri-bərabərliyin azaldılması və daha səmərəli və tarazlı inkişafının təmin edilməsi üçün həm regional inkişafın idarə edilməsi və tənzimlənməsi sahəsində, həm də regionların iqtisadi inkişafının stimullaşdırılması mexanizmləri sahəsində islahatların aparılması təklif olunur:

  1. Azərbaycanda regional inkişafa məsul olan ayrıca mərkəzi hakimiyyət orqanının yaradılması zəruri və məqsədəuyğundur;
  2. İqtisadi baxımdan problemli regionların və əlverişsiz coğrafi şəraitə malik bölgələrin inkişafı üzrə xüsusi proqramların hazırlanması zəruridir;
  3. Azərbaycanda hər bir iqtisadi rayon üzrə xüsusi inkişaf proqram hazırlanması məqsədəuyğundur;
  4. Regional sosial-iqtisadi problemlərin həllində bələdiyyələrin iştirakını atırmaq üçün onlaırn administrativ və maliyyə potensialının gücləndirilməsi vacibdir;
  5. Regional iqtisadi inkişafda klasterlərin yaradılması yanaşmasına keçid edilməli və müvafiq strategiyalar işlənilməlidir;
  6. Regionların rəqabət qabiliyyətliliyini dəyərləndirməyə imkan verən kəmiyyət və keyfiyyət metodları əsasında bölgələrin klaster potensialının analizi aparılmalıdır;
  7. Klasterlərin yaradılmasına qarşı xüsusi tələblər müəyyən edilməlidir.
Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/hdrca2

Самое читаемое