Rasim Əliyevin cənazəsi evinə gətirildi (yenilənib)

Jurnalist bu gün dəfn olunacaq

Source:


14.54. Rasim Əliyev “Mehdiabad” qəbirstanlığında dəfn olunacaq.


14.01. Jurnalistin atası Məmmədəli Əliyev jurnalistlərə bildirib ki, oğlunun halı gözlənilmədən pisləşib, təzyiqi aşağı düşüb: “Amma həkimlər ölüm riski haqda heç nə deməyib. Vəziyyəti pisləşəndə əməliyyata götürüblər, dalağını çıxarıblar, ağ ciyəri zədədlənmişdi. Vəziyyəti pisləşəndə süni nəfəs aparatına qoşublar. Bütün bunlar gecə saat 2-də olub, 2 saat sonra Rasim ölüb”.


M.Əliyev də övladının futbolçunun bibisi oğlu tərəfindən döyüldüyünü söyləyib: “6-7 nəfər olub, Razin qəsəbəsinin uşaqları imiş. Prokuror köməkçisi dedi ki, döyənlər cəzasını alacaq”.


Jurnalistin atası onu da əlavə edib ki, dünən futbolçu Cavid Hüseynov və klubun meneceri oğlunu ziyarət ediblər.


13.10. Hadisə yerində olan Meydan TV-nin əməkdaşları bildiriblər ki, Sәbail rayon prokurorunun kömәkçisi və rayon polis rәisi jurnalistin evinə gəlib, valideynləri ilə görüşüblər.


Jurnalist bu gün dəfn olunacaq

Avqustun 8-də döyülən, bu gün səhər saatlarında isə vəfat edən jurnalist Rasim Əliyev Bayıldakı evlərinə gətirilib. O, 1 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. Meydan TV-nin xəstəxanada olan əməkdaşının verdiyi xəbərə görə, onun daxili qanaxmadan öldüyü bildirilir.  Jurnalisti ilkin müayinə edən Babək Zeynalov adlı həkim olub. Rasim Əliyevi əməliyyat edən həkimin adı barədə məlumat verilməyib.

Yaxınlarının bildirdiyinə görə, daxili qanaxma olub, amma həkimlər aşkarlamayıb, rentgen aparatına salınsa da. Yalnız ağrıkəsici iynə vurulub. Güman olunur ki, həkimlərin məsuliyyətsizliyi rol oynayır

Rasim Əliyev ANN.TV-nin əməkdaşı olub. O, əvvəllər “Obyektiv TV”-də reportyor kimi fəaliyyət göstərib. Jurnalist döyülməsinə səbəb olaraq onun futbolçu Cavid Hüseynovun kiprli jurnalistə qarşı hərəkətini “Facebook” sosial şəbəkəsində tənqid etməsini göstərib.

Avqustun 16-da Rasim Əliyevin doğun günüydü, jurnalist ailə həyatı qurmağa hazırlaşırmış.

Ana səhifəXəbərlərRasim Əliyevin cənazəsi evinə gətirildi (yenilənib)