Qubadlı köçkünü: SOCAR-ın trestindən işdən çıxmağa məcbur edildik

“Məni və kürəkənimi işdən çıxardıqdan sonra, yeməyə çörək də tapmırıq”

Source:
SOCAR
SOCAR



Məni və kürəkənimi işdən çıxardıqdan sonra, yeməyə çörək də tapmırıq”

“Bir ailədən iki nəfəri işdən çıxardılar. Yalvardıq, yaxardıq, saxlamadılar. Gözümüzün yaşına baxan olmadı”.

Bunu Qubadlıdan olan məcburi köçkün, 50 yaşlı Elnaz Kərimova deyib.

O, bildirib ki, 2000-ci ildən SOCAR-ın “Kompleks qazma işləri” trestinin “İcraya nəzarət kargüzarlıq və təsərrüfat işləri” şöbəsində referent vəzifəsində çalışıb:

“Bu il mayın 24-də kadrlar şöbəsinə dəvət etdilər. Orada gördüm ki, mənim çalışdığım idarənin “Maliyyə və vergi” şöbəsində aparıcı iqtisadçı kimi çalışan kürəkənimi də dəvət ediblər. Mən bu sahədə 18 ilimi xərcləmişəm. Kürəkənim isə 8 ildir ki, burada çalışırdı. Otaqda maliyyə şöbəsinin rəisi Rəsul Quliyev, idarənin baş mühəndisi Fazil Ramazanov, idarənin hüquqşünası Şakir Əliyev, kadrlar şöbəsinin rəisi Sübhan İsmayılov var idi. Bizə dedilər ki, işdən azad olunmanızla bağlı ərizə yazmalısınız. Səbəbini soruşduqda, “müdirin tapşırığıdır, getməlisiniz”, – dedilər”.

E.Kərimovanın sözlərinə görə, bundan sonra onun halı pisləşib.

“Özümə gələndə o adamların hamısının önündə diz çökdüm, yalvardım ki, bir ailədən iki nəfərin işsiz qalması, onların acından ölməsinə gətirib çıxaracaq. Məni dinləyən olmadı”.

Onun sözlərinə görə, əvvəlcə hər ikisi ərizə yazmaqdan imtina edib:

“Kadrların rəisi bildirdi ki, onsuz da səni çıxaracağıq. Özün yazmasan, töhmətlə gedəcəksən. Heç yerdə işə düzələ bilməyəcəksən”.

E.Kərimova bildirib ki, bundan sonra idarənin müdirinin yanına gedib, işdə saxlanılması üçün yalvarıb.

Onun sözlərinə görə, ixtisarın səbəbini soruşduqda, cavab olaraq müdir tapşırığın yuxarıdan gəldiyini deyib.

“Otağa dönəndə gördüm ki, kürəkənimə ərizəni yazdırıblar. Bu zaman kadrlar şöbəsinin rəisi Sübhan İsmayılovun yanına getdim. Dedim yoldaşı xəstədir, övladları var, işsiz qala bilməz. Onun ərizəsini qəbul etməyin. Dedi ki, o zaman sən ərizəni yaz, mən gedib müdirlə danışacam, kürəkənini saxlayaq. Mən də ərizəmi yazdım. Nəticədə kürəkənimi də işə qaytarmadılar. İkimiz də qaldıq ortalıqda”.

Elnaz Kərimova deyir ki, bugünədək üzləşdikləri haqsızlıqla bağlı müraciət etmədikləri yer qalmayıb:

“Prezident İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya, millət vəkili Qənirə Paşayevaya, SOCAR prezidenti Rövnəq Abdullayevə, Mirvari Qəhrəmanlıya müraciət etmişəm. Ümidlə gözləyirəm. Bizim idarə hamıya eyni cavabı verir “onlar işdən öz xahişləri ilə azad olunublar, bizlik nəsə yoxdur”.

O bildirib ki, durumları çox pisdir, yeməyə çörək tapmırlar.

Ana səhifəXəbərlərQubadlı köçkünü: SOCAR-ın trestindən işdən çıxmağa məcbur edildik