Qırğızıstan-Tacikistan sərhədi

Источник: tass.ru

Başlıq: Qırğızıstan-Tacikistan sərhədi

Qırğızıstan-Tacikistan sərhədində münaqişə: ölən və yaralananlar var

Hər iki ölkənin xüsusi xidmətləri nə bəyan edir?

Münaqişənin qısa təsviri: Münaqişə aprelin 28-də başlayıb. Həmin vaxt iki ölkənin 100-150 vətəndaşı bir-birini daşlayıb, nəticədə üç adam zərər çəkib. Sonra münaqişə silahlı toqquşmayadək böyüyüb. Münaqişənin səbəbi rolunda “Qolovnoy” supaylaşdırıcı məntəqəsindəki işlər oynayıb.

Qırğızıstan tərəfinin versiyası

Qırğızıstanın sərhəd xidməti xəbər verib ki, Tacikistan vətəndaşlarının “Qolovnoy” supaylaşdırıcı məntəqəsinə çınqıl tökmək cəhdləri və heç bir razılaşma olmadan videomüşahidə kameralarının quraşdırılması münaqişəyə gətirib çıxarıb.

Milli Təhlükəsizlik Dövlət Komitəsinin mətbuat xidməti xəbər verib ki, aprelin 29-u saat 14:00-da sərhəd qoşunları və Tacikistanın DİN-i Batkensk rayonunun Kok-Taş kəndində yerləşən “Qolovnoy” supaylaşdırıcı məntəqəsində kütləvi atəş gerçəkləşdirilib.

MTDK-da qeyd ediblər ki, minaatanlar, pulemyot və avtomatlardan atəş açılıb.

Münaqişə yerinə MTDK-nın sədr müavini Ularbek Şarşeyev gəlib. O, vəziyyəti koordinasiya edir və sərhəd münaqişəsinin lokallaşdırılması üzərində işləyir.

Sonra Qırğızıstanın sərhəd xidməti xəbər verib ki, Tacikistan tərəfi dövlət sərhədinin qırğız-tacik sahəsində qəsdən münaqişə yaradıb və vəziyyəti gərginləşdirməyə davam edir.

Onların məlumatına görə, sərghəd ərazisində iki tərəfin ordu bölmələri arasında atışma başlayıb.

“Tacikistan MTDK-nın sərhəd qoşunları qəsdən tarixi faktları təhrif edərək, dinc əhalini qanlı əməllərə təhrik edir və beləliklə də, məsələləri sülh yolu ilə çözməmək istəyini nümayiş etdirir”, – sərhəd xidmətinin bəyanatında deyilir.

Qırğızıstanın Səhiyyə Nazirliyi xəstəxanalara 11 zərərçəkənin müraciət etdiyini xəbər verib. Onlardan biri atəşlə gözündən yaralanıb – vəziyyəti orta ağır qiymətləndirilir.

Sərhəd rayonunda münaqişə yeri yaxınlığında olan “Kloop”un jurnalistləri daha iki qırğızıstanlının zərər çəkməsi barədə xəbər verib. Onları hələ ki xəstəxanaya çatdıra bilmirlər, belə ki Oş-Batken-İsfan avtomobil yolunun Tort-Koço hissəsi kəsilib.

Tacikistan tərəfinin versiyası

Tacikistan tərəfi xəbər verir ki, münaqişə Qırğızıstan hərbçiləri Tacikistan hərbçilərinə atəş açdıqdan sonra başlayıb.

“Olay Qırğızıstan tərəfi daha əvvəl Tacikistan Respublikası ilə qarşılıqlı əldə edilmiş razılaşma pozulduqdan sonra başlayıb. Belə ki, qonşu ölkə “Qolovnoy” supaylaşdırıcı məntəqəsini qanunsuz şəkildə tutmağa çalışır”, – Tacikistan sərhəd qoşunlarının xəbərində deyilir.

Tacikistan sərhəd xidmətinin versiyasına görə, “Qolovnoy” supaylaşdırıcı məntəqəsi 1968-ci ildə tikilib və Tacikistan ərazisində yerləşir.

“Qırğızıstan birmənalı olaraq bu tikilini işğal edib və sərhəd rayonlarının dinc tacikdilli əhalisinə qarşı mülki geyimli xüsusi təyinatlı döyüşçülərdən istifadə edir”, – Tacikistan sərhəd xidmətinin bəyanatında deyilir.

Həmçinin Tacikistan sərhədçilərinin məlumatına görə, münaqişə nəticəsində Tacikistanın yeddi vətəndaşı zərər çəkib.

"Tass.ru” isə rəsmi Bişkekə istinadən xəbər verir ki, aprelin 29-da baş verən silahlı toqquşmada 13 nəfər ölüb, 134 nəfər yaralanıb

Tacikistan rəsmi orqanları onlar tərəfdən 7 nəfərin öldüyünü qeyd edib.

Qırğızıstan hökumətinin sərhəddəki toqquşma bölgəsindən 2 726 yerli sakini təhlükəsiz yerlərə təxliyə edildiyi bildirilir.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/gzbooo

Самое читаемое