QHT qanunu Azərbaycanın qaz müqavilələrini təhlükə altına alır

Rəsmi Bakının QHT qanununu yenidən yazması üçün 4 ay vaxtı var, yoxsa EITI-dən çıxarıla bilər

Source:
TANAP qaz kəməri, foto: trend
TANAP qaz kəməri, foto: trend

“Rəsmi Bakının QHT qanununu yenidən yazması üçün 4 ay vaxtı var, yoxsa EITI-dən çıxarıla bilər. Bu addım həmçinin Azərbaycanın Avropa ilə olan milyard dollarlıq qaz müqavilələrini təhlükəyə ata bilər”.

Bu fikirlər “Financial Times”-in oktyabrın 26-da dərc olunan

məqaləsində

qeyd olunub.

Məqalədə deyilir ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT), anti-korrupsiya sahəsində dövlətləri, şirkətləri və QHT-ləri bir araya gətirən qurumdur, 2015-ci ildə Azərbaycanın vətəndaş cəmiyyətinə qarşı repressiyasına görə üzvlüyünü namizəd statusuna salmışdı.

Çərşənbə günü MSŞT-nin İdarə Heyətinin üzvü bildirdi ki, Azərbaycan bəzi irəliləyişlər əldə edib amma “vətəndaş cəmiyyətinin sərbəst fəaliyyəti üçün kifayət qədər imkan yoxdur”. Növbəti idarə heyətinin iclası 4 ay sonra olacaq, rəsmi Bakının 4 ay vaxtı qalıb qanunu yeniləmək üçün.

Azərbaycanın qurumdakı statusu, onun Cənub Qaz Koridoru layihəsində payı ilə bağlı beynəlxaq institutlar olan Beynəlxaq Bank və Avropa Yenidənqurma və İnkişaf Bankından millyard dollarlıq kredit alınmasında danışıqları üçün çox əhəmiyyətli rol oynayırdı. 46 milyard dollarlıq layihə, onun digər payçıları BP və Türkiyə dövlətidir, Azərbaycanın Xəzər Dənizindəki qaz yataqlarını ilk dəfə olaraq Avropaya bağlayacaqdı.

Konkret olaraq isə MSŞT Bakıya bildirib ki, o, QHT-lərin hər iki ildən bir yenidən qeydiyyatdan keçməsini, qrantların Ədliyyə Nazirliyində qeydə alınması tələbini və nəhayət, xarici donorların fərdi qırantların verilməsini hakimiyyətlə razılaşdırılması tələbini ləğv etməlidir.

MSŞT-nin İdarə Heyətinin qərarına qədər isə Azərbaycan ortada olan narahatlığı aradan qaldırmaq üçün neft sahəsi ilə bağlılığı olan QHT-lərin bank hesablarına qoyulmuş həbsi və bəzi aktivistlərin ölkədən çıxışına olan əngəli aradan qaldırmışdı. MSŞT-nin Astana toplantısından bir neçə həftə öncə, Azərbaycan prezidenti İlham Əliyev xarici qrantların qeydiyyatı prosesini sadələşdirmək üçün fərman imzalamışdı. Amma Rachel Denber, “Human Rights Watch”-un Avropa və Asiya üzrə direktor müavini qeyd edib ki, QHT qanunu Azərbaycanın qaz müqavilələrini təhlükə altına alır. O qeyd edib ki, bu dəyişiklik formal xarakterildir və mahiyyəti dəyişmir: “Hökümətin vətəndaş cəmiyyətini məhv etməsi, MSŞT-nin standardlarına qətiyyən uyğun deyil”. Azərbaycanda fərqli fikrə olan dözümsüz münasibətə numunə olaraq, 22 yaşlı demokratiya aktivistinin 10 illik, insan hüquqları ilə məşğul olan qrupların dediyi kimi, narkotik ilə bağlı saxta ittihamla həbsini göstərmək olar.

Müzakirələrin gedişini izləyən iki şəxsin bildirdiyinə görə, QHT-lər Azərbaycanın MSŞT-yə olan üzvülüyünü dərhal ləğv etməyə çağırdı, amma dövlət və korporasiyaların idarə heyətində olan nümayəndləri Azərbaycana bir az daha zamanın verilməsinə meyl edirdi. Həmin adamların dediyinə görə, üzvlüyün dərhal dayandırılmasına ən çox qarşı çıxan isə ABŞ idi. ABŞ Cənub Qaz Kolidoru layihəsinin Rusiyadan yan keçərək, Avropaya birbaşa keçməsində maraqlıdır.

Ana səhifəXəbərlərQHT qanunu Azərbaycanın qaz müqavilələrini təhlükə altına alır