Qəzaya uğrayan təyyarənin pilotunun cəsədi tapıldı

O, avqustun 21-də günün birinci yarısında Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində pilotla vida mərasimi keçiriləcəyini söyləyərək, Rəşad Atakişiyevin ikinci Fəxri Xiyabanda dəfn olunacağını əlavə edib.

Source: meydan tv


Pilot ikinci Fəzri Xiyabanda dəfn ediləcək

Qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb.

Bu barədə yayılan xəbərləri pilotun qayınatası Qabil Hüseynli Meydan TV-yə təsdiqləyib.

Qabil Hüseynli deyib ki, avqustun 20-də Rəşad Atakişiyevin meyitinin qalıqları tapılaraq sudan çıxarılıb.

O, avqustun 21-də günün birinci yarısında Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində pilotla vida mərasimi keçiriləcəyini söyləyərək, Rəşad Atakişiyevin ikinci Fəxri Xiyabanda dəfn olunacağını əlavə edib.


Müdafiə Nazirliyi

pilotun cəsədinin tapılmasını təsdiq edib. Nazirliyin məlumatında bildirilir ki, hazırda dəfnin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Pilotla vida mərasimi avqustun 21-i, saat 10:00-da keçiriləcək.

İyulun 24-də saat 22.00 radələrində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “MİQ-29” təyyarəsi qəzaya uğrayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən təyyarə ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Azərbaycan Hərbi Prokurorluğu MiQ-29 təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi açıb.

Təyyarənin tapılması üçün Türkiyədən mütəxəssislər cəlb edilmişdi.

Avqustun 19-da

təyyarənin “qara qutusu” tapılıb.

Ana səhifəXəbərlərQəzaya uğrayan təyyarənin pilotunun cəsədi tapıldı