Rövşən Hacıbəyli

Источник: Meydan TV

Başlıq: Rövşən Hacıbəyli

Qarabağın qara bəxti...

Статья обновлена:  30 Май 2021

Burada illərlə qanunsuz çalışan şirkətlər məhkəməyə verilibmi?

Mayın 29-da prezident İlham Əliyev Kəlbəcərdəki filiz yataqlarının 30 illiyə icarəyə verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Kəlbəcərdəki 3 yataq Türkiyənin 2 şirkətinə verilib. 30 il müddətinə icarəyə verilən yataqlardan “Ağduzdağ”la bağlı yetərincə məlumat olsa da, qalan 2 yataqla bağlı heç bir mənbədə, hətta AMEA Coğrafiya İnstitutunun saytında da informasiya yoxdur. O yataqların adını belə heç bir mənbədən tapmaq olmur.

Yataqları icarəyə götürən şirkətlərinsə reputasiyası heç də yaxşı deyil. Mis istehsalı üzrə ixtisaslaşmış “Eti Bakır A.Ş.” şirkəti “Çengiz Holding”in tərkibinə daxildir. Bu holdinq İstanbul aeroportunun, Şəmkirçay Su Anbarının tikintisini həyata keçirib. Holdinqin sahibi tanınmış biznesmen Mehmet Çengizdir. O, 2004-cü ildə “Eti Bakır A.Ş.” şirkətini özəlləşdirib və öz holdinqinin tərkibinəqatıb.

“Artvin Maden A.Ş.” şirkəti isə biznesmen Ömər Faruka və “Zirve” holdinqinə məxsusdur.

Bu şirkətlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yaxınlığı ilə seçilir və Azərbaycandakı bəzi şirkətlər kimi daim tender qalibi olduqları deyilir.

Narahatlıq doğuran məqam müharibənin belə Azərbaycanda qanunçuluq baxımından heç nəyi dəyişmək gücündə olmamasıdır. İşğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işləri də yenə qaranlıq, şəffaf olmayan tenderlərlə, ya da tendersiz aparılır. Xalq yenə çox şeydən xəbərsiz qalır, ya da bu xəbərlər yarımçıq çatdırılır. Məsələn, saytlarda, AzTV-lərdə gedən bir xəbərə baxaq:

“Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında bildirilir ki, Azərbaycan torpaqlarının bir hissəsinin işğalda olduğu müddətdə orada qanunsuz fəaliyyət göstərən bəzi şirkətlər rəsmi Bakıdan üzr istəyib”. Bu xəbər yarımçıq olduğundan, şirkət və ölkə adları çəkilmədiyindən bu il martın 13-də Nazirlər Kabinetinə və Xarici İşlər Nazirliyinə informasiya sorğusu yollayıb aşağıdakı suallara cavab istədım:

- Bu illər ərzində hansı ölkələrin (adbaad) hansı şirkətləri (adbaad) Azərbaycan torpağında qanunsuz fəaliyyət göstərib? Hansı şirkətlər üzr istəyib?

- Bu illər ərzində o ölkələrə və həmin şirkətlərə qanunsuz fəaliyyətlə bağlı xəbərdarlıq edilibmi, yaxud bununla bağlı hər hansı bəyanat olubmu?

- İşğalda olan torpaqlarımızda həmin şirkətlər hansı sahələrdə fəaliyyət göstərib?

- O şirkətlərin bu illər ərzində təxmini qazancı nə qədər olub?

- Bu qanunsuz fəaliyyətdən Azərbaycana nə qədər ziyan dəyib?

- Qarabağın bərpasında həmin ölkələrin və şirkətlərin iştirakına icazə veriləcəkmi?(Azərbaycan prezidenti İlham Əliyev çıxışlarında bildirib ki, dost ölkələrin şirkətləri Qarabağın bərpasında iştirak edəcək).

Aradan 3 aya yaxın vaxt keçir, heç bir qurumdan hələ də cavab yoxdur. Niyə yoxdur sualına, görünür, məhkəmə yoluyla cavab axtarmalı olacağıq.

Çünki işğaldakı torpaqlarımızda qanunsuz çalışan bu şirkətlərlə bağlı, daha çox yerli publikaya hesablansa belə, ölkə başçısı da hərdən fikir bildirib, onların məhkəməyə veriləcəyini deyib:

“Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib ki, torpaqlarımızda qanunsuz biznes fəaliyyəti göstərmiş xarici şirkətlər məsuliyyətə cəlb olunacaq. Prezident “Onlar bunu bilsinlər və gözləsinlər bu günü” - söyləyib. Ancaq ölkə başçısı onu da deyib ki, əgər həmin şirkətlər Azərbaycana vurduqları ziyanları ödəsələr, məhkəməyə verilməyə də bilərlər”.

“Dağlıq Qarabağ və ətraf ərazilərdə Avropadan, həmçinin təəssüf ki, Fransadan olan bəzi şirkətlərin fəaliyyəti ilə bağlı müəyyən narahatlığımı ifadə etmək istərdim. Çünki təkcə Dağlıq Qarabağ deyil, Dağlıq Qarabağ ətrafındakı 7 rayon da işğal altındadır. Bəzi şirkətlər bu ərazilərdə qanunsuz fəaliyyət göstərir ki, bu da qəbuledilməzdir. Bu, beynəlxalq hüququ, bizim qanunvericiliyimizi pozur və Azərbaycan bu məsələni beynəlxalq müstəvidə qaldırmaq üçün ciddi addımlar atır, həmçinin beynəlxalq məhkəmə institutlarına müraciət edir”.

Bu sözləri də İlham Əliyev deyib, həm də Parisdə, 2017-ci ildə. Ancaq hansı şirkətlər məhkəməyə verilib, hansı məhkəmə qərarları var, bununla bağlı hər hansı informasiya yoxdur. Əslində, prezidentin 2021-ci ildə verdiyi bəyanatdan (həmin şirkətlər Azərbaycana vurduqları ziyanları ödəsələr, məhkəməyə verilməyə də bilərlər”) çıxan məntiqi nəticə odur ki, Qarabağda qanunsuz çalışan heç bir şirkəti məhkəməyə verməmişik.

Ermənistanın işğal etdiyi torpaqlarımızda 20-dən artıq ölkənin şirkətləri qanunsuz çalışıb. Burda bir maraqlı məqam da var ki, ATƏT-in Minsk qrupuna üzv ölkələrin – ABŞ, Fransa və Rusiyanın şirkətləri də işğal illərində Dağlıq Qarabağda fəaliyyət göstərib, qondarma rejimlə əməkdaşlıq edib, ora böyük investisiya qoyub, gəlir götürüb, yüzlərlə iş yeri açıb. Bütün bunlarsa, görünür, regiona tez-tez səfərə gələn həmsədrlərlə prezidentin görüşündə heç vaxt müzakirə mövzusu olmayıb. “Böyük qardaş” missiyasıyla vasitəçilik edən, tez-tez Azərbaycan və Ermənistan prezidentlərini müxtəlif ünvanlarda bir araya gətirən Rusiya prezidenti Putini belə ata-bala Əliyevlərin heç biri sorğulamayıb. Kimsə etiraz edə bilər ki, şirkətlərdən prezidentə nə? Zod kimi qızıl yatağını istismar edən şirkətin prezidentə dəxli olmaya bilərmi? Həm də antidemokratik, talançı və işğalçı ölkə başçısına?!

“Fransız mənbələrinin məlumatına görə, Dağlıq Qarabağda qızıl hasilatı üçün istifadə olunan avadanlığın böyük hissəsi Rusiya və Fransadan gətirilir”.

Belə. Rusiyanın və Fransanın Qarabağ narahatlığının arxasında həm də biznes maraqlarının dayandığı şübhəsizdir. Bizdəsə xalqın maraqları həmişə hər şeydən sonda gəlir, gəlirsə... Ümid edək ki, o torpağın sahibləri tezliklə qayıdacaq, özəlləşdirmə aparılacaq, pay torpaqları bölüşdürüləcək... alqı-satqı da ondan sonra olacaq. Hələlik gücümüz üzü Qarabağa, dağlara sarı zəngulə vurmağa çatır:

Qarabağın qara baxtı qalmaz belə, qalmaz dünya...

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  30 Май 2021
Bölmələr:  
Короткие линки:   http://mtv.re/v1s1ev

Самое читаемое