Qarabağ qazisi : “Ömrümün axır çağı odu söndürüb, kül ilə oynayıram…”.

Qarabağ qazisi : “Ömrümün axır çağı odu söndürüb, kül ilə oynayıram…”.

"Mənim prezidentim eşitsə, buna qulaq assa, pensiyamı iki qat verər. Deyər ki, axı bu kişini niyə incidirsiniz?"

Firdovsi Məmmədov I Qarabağ müharibəsində könüllü batalyon komandiri olub. Füzuli və Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib. O, müharibədə qəlpə yarası və 2 dəfə kontuziya alıb. Deyir ki, 25 ildir buna görə heç bir təqaüd ala bilmir.

Prezidentə dəfələrlə məktub yazsa da, cavab ala bilməyib : "Biz o zaman neçə şəhid verdik. Heç birinin adı çəkilmir, heç birinə kömək olunmadı. Bunu Allah da götürməz axı…"

Qarabağ qazisi deyir ki, dolanmaqda çətinlik çəkir. 2 oğlu da vəfat etdiyindən, nəvələrinə də tək baxmalı olub. İşləmək istəsə də, yaşına görə işə götürülmür : "Axşama qədər bir-iki "meşok" yığıb, 15-20 qəpikdən satıram. Ömrümün axır çağında odu söndürüb, kül ilə oynayıram. Gör mən nədən pul çıxarıram. Bununla nəvələrimi saxlayıram".

Firdovsi Məmmədov deyir ki, o zaman döyüşən hərbçilərə lazımi diqqət ayrılmayıb. Dövlət rəsmiləri isə hər zaman öz çıxışlarında həm qazilərə, həm də şəhid ailələrinə xüsusi diqqət ayrıldığını bildirir.

Ana səhifəVideoQarabağ qazisi : “Ömrümün axır çağı odu söndürüb, kül ilə oynayıram…”.