Источник: Meydan Tv

Qarabağ qaziləri etiraz aksiyası keçirib

Onlar dövlət idarələrində incidilmələrinə etiraz edir

Bu gün, iyunun 9-da bir qrup qazi Nərimanov rayonundakı “ASAN Xidmət”in qarşısında etiraz edib.

Toplananların problemləri müxtəlif olub.

3-cü qrup Qarabağ əlili Ramazan Allahverdiyev maddi durumunun ağır olması ilə bağlı YAŞAT Fonduna müraciət edib, yardım istəyib. Ancaq ona “sənin evin yoxdur, ona görə sənə yardım düşmür”, - cavabı verilib.

Ramazan Allahverdiyevə bildiriblər ki, YAŞAT Fondunun idarə heyəti üzvləri “ASAN Xidmət” Mərkəzində otururlar. Onlar da də qeydiyyat probleminin həlli, həm də YAŞAT Fonduna səslərini çatdırmaq üçün əvvəlcə şəhərin Yasamal rayonu ərazisindəki “ASAN Xidmət” Mərkəzinə gedib, sonra da bura gəliblər.

“Burada mənə dedilər ki, bir yanlış anlaşılma olub. Qısa müddətdə şikayətimi araşdırıb, mənə kömək edəcəklərini dedilər. Mən də ümid edirəm ki, problem tezliklə həll ediləcək və mən ehtiyacım olan yardımı alacağam”.

Ramazan Allahverdiyev uşaq evində böyüyüb. Valideynləri, evi yoxdur. Hal-hazırda kirayə qalır:

“Kirayəyə pul çatdıra bilmirəm. Ona görə də kömək üçün müraciət etmişdim. Zaqatala şəhərində qeydiyyatdayam, amma Sumqayıtda kirayə qalıram. Odur ki, Sumqayıt İcra Hakimiyyəti də mənə kömək edə bilmir”.

Qazilərdən Emil Ağayev isə deyir ki, hərbidə erməni qəbri qırdığı üçün ona qarşı cinayət işi açılıb. Bu günədək həmin iş bağlanmayıb:

“Mən buradan Ali baş komandanımız İlham Əliyevə müraciət edirəm. Mənim işimə xitam verilməsinə göstəriş verməsini xahiş edirəm. 3 ay ev dustaqlığı vermişdilər, bitdi, təzdən işimi artırdılar. Mən tək də deyildim, 4 nəfər həbs edilmişdik. Hamımızın işinə xitam verilsə çox yaxşı olar”.

Qazilərin toplanma səbəbləri isə dövlət idarələrində incidilmələrinə etiraz olub. Onlar ölkə rəhbərliyinə müraciət ediblər:

“Şəhid ailələrinə baş çəkin. Qaziləri də nəzərə alın, onları incitməyin. Azad edilən torpaqlar onların sayəsindədir”, - Emil Ağayev əlavə edib.

Qazilər bildiriblər ki, ayağının biri olmayan qazi yoldaşlarına 3-cü qrup əlillik dərəcəsi təyin edilib. Onlar bu cür yanlışlıqların da aradan qaldırılmasını xahiş ediblər.

Qarabağ münaqişəsi yeni mərhələdə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

BMT 1993-cü ildə Azərbaycan ərazilərinin erməni qüvvələri tərəfindən işğal olunmasını tanıyan dörd qətnamə qəbul edib, amma bu qətnamələr icra olunmayıb.

2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə ağır döyüşlər başladı.

44 günlük bu müharibə (İkinci Qarabağ Müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ aldı.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/ts9lme

Самое читаемое