”Qarabağ mitinqinə qadağa qoymaqla düşmənlərə bəhanələr verilir”

”Qarabağ Komitəsi” mitinqə qadağa qərarına yenidən baxılmasını tələb edir

Source:


”Qarabağ Komitəsi” mitinqə qadağa qərarına yenidən baxılmasını tələb edir



Qarabağ Komitəsi”

Bakı Şəhər İcra Hakimiyyətinin noyabrın 24-də keçirilməsi nəzərdə tutulan mitinqinə icazə verməməsi barədə açıqlama yayıb.

Komitə xatırladıb ki, 25 ildir ölkə ərazilərinin 20 faizi işğalda, 1 milyondan çox insanı qaçqın vəziyyətdindədir:

“Dünyanın diqqətini bu məsələyə cəlb etmək və torpaqlarımızın azad olunması üçün atılacaq addımlara dəstək ifadə etmək üçün təyin edilən 24 noyabr mitinqinə qadağa qoyuldu. Azərbaycan iqtidarı fərqində olmalıdır ki, mitinqə qadağa qoyulması barədə cavabı və bu cavabda “möhtərəm cənab prezidentimiz hər şeyi həyata keçirir, ona görə də mitinqin keçirilməsi məqsədəuyğun sayılmır” məntiqi ilə nəinki vətəndaşlarının hüquq və azadlıqlarını pozur, eyni zamanda beynəlxalq ictimai rəydə Azərbaycan haqqında geriçi, çağdışı, müasir sivilizasiyadan kənar, avtoritar, antidemokratik bir üsuli-idarənin mövcudluğu təəssüratı yaratmaqla özünü və Azərbaycanı rəzil və rüsvay edir, həm də düşmənlərimizə və bədxahlarımıza Qarabağ məsələsinin ədalətli həlli əleyhinə bizə qarşı dəlillər, bəhanələr verir”.

“Qarabağ Komitəsi” heç bir qanuna, hüquqa söykənməyən, əsaslandırılmayan bu qadağanı Azərbaycan Respublkasının Konstitusiyasında və “Əsas İnsan hüquq və azadlıqları haqqında” Avropa Konvensiyasında təsbit edilmiş ifadə və sərbəst toplaşma azadlığının kobud şəkildə pozulması kimi dəyərləndirib, pisləyir və bu qərara yenidən baxılmasını tələb edir:

“Komitə bütün maneələrə və təzyiqlərə baxmayaraq Qarabağın azadlığı üçün milli həmrəylik və bütövlüyə nail olmaq istiqamətində fəaliyyətini davam etdirəcək”.

Ana səhifəXəbərlər”Qarabağ mitinqinə qadağa qoymaqla düşmənlərə bəhanələr verilir”